2010-cu ildə Ermənistanda iqtisadi
geriləmə 15,6 faiz təşkil edəcək
BeynƏlxalq Valyuta Fondunun dünyadakı iqtisadi vəziyyətlə bağlı son hesabatında verdiyi proqnozlara görə, 2010-cu ildə MDB-də ən kəskin geriləmə Ermənistanda (15,6 faiz) və Ukraynada (14 faiz) qeydə alınacaq. BVF-nin saytından əldə etdiyimiz məlumata görə, siyahıda daha sonra Rusiya (7,5 faiz), Gürcüstan (4 faiz), Qazaxıstan (2 faiz) gəlir. Bununla belə, Tacikistan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda iqtisadi artım proqnozlaşdırılır.
BVF-nin proqnozuna görə, 2010-cu ildə Azərbaycanda ÜDM istehsalı 7,4 faiz artacaq. ÜDM artımının Özbəkistanda 7 faiz, Qırğızıstan və Tacikistanda 3 faiz, Ukraynada 2,7 faiz, Qazaxıstan və Gürcüstanda 2 faiz, Belarusda 1,8 faiz, Rusiyada 1,5 faiz, Ermənistanda isə 1,2 faiz olacağı proqnozlaşdırılır.