Bakıda marşrut avtobusu
körpüdən aşdı
DÜnƏn Bakıda marşrut avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb. "ANS-press" Sabunçu rayon Polis İdarəsinə istinadən xəbər verir ki, qəza avtobusun sürücüsünün idarəetməni itirməsi üzündən baş verib. Nəticədə Sabunçu dairəsindəki körpünün üstü ilə hərəkət edən 319 saylı xətt avtobusu körpüdən aşıb. Bu zaman 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlar 28 yaşlı Rent İsmayılov, 20 yaşlı Rahib Qəhrəmanov, 54 yaşlı Ədilə Məmmədova, 20 yaşlı Anar Nəzərov, 33 yaşlı Ağasəf Cəfərov, 57 yaşlı Yusif Qocalıyev və 60 yaşlı Sabir Qasımovdur.
Faktla bağlı araşdırma aparılır.
Cahangir