Sarkisyan Obama ilə danışıb
ABŞ prezidenti Barak Obama Ermənistanın dövlət başçısı Serj Sarkisyan ilə telefon əlaqəsi yaradaraq İrəvan - Ankara münasibətlərini müzakirə edib. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, telefon danışığı S.Sarkisyanın Los-Anceles səfəri zamanı Ağ Ev sahibinin təşəbbüsü ilə baş tutub. Vaşinqtonun məsələyə dair mövqeyini bir daha açıqlayan B.Obama bildirib ki, Ermənistan - Türkiyə yaxınlaşması hər hansı şərt irəli sürülmədən baş verməlidir. O bunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirilməməsinin vacibliyini qeyd edib.
S.Sarkisyan öz növbəsində ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ-ın gördüyü işlərə görə B.Obamaya minnətdarlıq edib. Erməni prezident iddia edib ki, problemin həllində əsas mərhələ "Dağlıq Qarabağ xalqının referendum yolu ilə öz hüquqi statusuna dair verəcəyi qərar olacaq". O bu məsələnin Madrid prinsiplərində də əksini tapdığını söyləyib.
"İnterfaks" xəbər verir ki, B.Obama indiyədək işlətmədiyi "erməni soyqırımı" ifadəsini də dilə gətirib. Məlumata görə, erməni diasporunun Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokola etirazını təbii adlandıran Birləşmiş Ştatların rəhbəri bunu təbii adlandırıb və fikrini "erməni xalqının Osmanlı Türkiyəsi tərəfindən soyqırıma məruz qalması" ilə əsaslandırıb.
Cahangir