İlham Əliyev
"Caspian Agro-2009" sərgisinə qatılıb
DÜnƏn prezident İlham Əliyev "Caspian Agro-2009" kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisi ilə tanış olub. "AzərTAc"ın məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunmuş sərgiyə gələn dövlət başçısına məlumat verilib ki, tədbirin təşkilində əsas məqsəd Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafına nail olmaq üçün xarici şirkətlərin, sərmayədarların diqqətini cəlb etməkdir.
Qeyd edək ki, İ.Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən sərgidə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Türkiyə, İtaliya, Belarus, Suriya, İsrail, Litva, Latviyanın 80-dən artıq şirkəti təmsil olunub.
Cahangir