Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 023(0924)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Qafqazda ilk iqtisadiyyat və biznes saytı
    Rəşad Mehdiyev: "Daha çox xaricdə yaşayan azərbaycanlı iqtisadiyyatçılardan bəhrələnmək istəyirik"

    Artıq ilkin razılıq alınıb.
       
       Sadəcə, müəyyən prosedur
       
       qaydaları var ki, onların həllini gözləyirik. Rəsmiləşdirmək
       
       istəyirik ki, onlar artıq
       
       bizim daimi yazarlara
       
       çevrilsinlər
       
       
       
       Azərbaycanda fəaliyyət göstərən müxtəlif səpkili saytların sırasına son bir ayda yenisi də daxil edilib.
       
       
       
       Özü də sırf iqtisadiyyatla, iqtisadi araşdırmalarla, təhlillərlə və informasiyalarla bağlı "Eko.az" saytı nəinki ölkəmizdə, hətta bütün Qafqazda ilk iqtisadi və biznes resursudur. "Eko.az"ın təsisçisi və baş redaktoru Rəşad Mehdiyevlə söhbətimiz də yeni layihəsi barədədir.
       
       - Rəşad müəllim, "Eko.az" saytının yaradılması hansı zərurətdən irəli gəldi?
       
       - Azərbaycanda onlayn məkanını izlədik və gördük ki, iqtisadiyyat və biznes sahəsi ilə bir yerdə peşəkar şəkildə fəaliyyət göstərən internet məkanı yoxdur. Bu səbəbdən də ekspertlərlə fikir mübadiləsi apararaq belə bir saytın yaradılmasının məqsədəuyğun olub-olmadığını müzakirə etdik. Sonucda müəyyənləşdirdik ki, "Eko.az"ın yaradılmasına zərurət var və artıq belə bir saytın olması mütləq vacibdir. Ona görə də həmin saytı yaratmaq qərarına gəldik və bunun üçün əməkdaşlar cəlb etməyə başladıq. Belə saytın alternativ variantları Rusiya Federasiyasında, Amerikada və bir sıra ölkələrdə var. Lakin bizdə yalnız internet portallarında iqtisadiyyat bölümləri mövcud olub. Amma sırf iqtisadiyyatla bağlı olan sayt yox idi və biz də bu sahədəki boşluğu doldurmaq qərarına gəldik. Məqsədimiz iş adamlarına, iqtisadçı tələbələrə və bu sahə ilə maraqlanan hər kəsə informasiya xidməti göstərməkdir. Saytımız təkcə Azərbaycan iqtisadiyyatında baş verən yenilikləri deyil, həm də yaxın regionun, MDB ölkələrinin və dünyaının iqtisadi həyatında baş verən ən son xəbərələri, analizləri, ekspert rəylərini dərc edəcək. İstinad etmək şərtilə özəl xəbərlərlə yanaşı, digər yerli və xarici informasiya agentliklərinin informasiya resuslarından, məlumatlarından da isifadə edəcəyik. İstəyirik oxucularımıza maraqlı və mərkəzləşdirilmiş informasiya şəbəkəsi təqdim edək. İnanırıq ki, qısa zamanda "Eko.az" saytı iqtisadiyyat və bizneslə maraqlanan hər kəs üçün etibarlı resusa çevriləcək.
       
       - Saytın təşkili üçün hansı iqtisadi qurumlar və ekspertlərlə əməkdaşlıq edirsiniz?
       
       - Hazırda ölkəmizdən kənarda çalışan çox məşhur ekspertlərimiz var. Onlardan gənc alim, Amerikada Azərbayjan iqtisadiyyatını təmsil edən Fariz Hüseynovla danışıqlar apardıq. O, bizimlə işləməyə razılıq verdi və artıq iki yazısını bizə göndərib. Bundan başqa, Pərviz Hacıyevlə də söhbətlərimiz olub. Pərviz bəy Azərbaycanda belə bir saytın olmasından çox şad oldu və bizimlə işləməyə razılıq verdi. Artıq o da yazılarını bizim sayta verməyə başlayıb. İstəyirik daha çox xaricdə çalışan azərbaycanlı ekspertlərdən istifadə edək. Eyni zamanda Rusiyada çalışan dünya səviyyəli ekspertlərlə də əməkdaşlıq etmək niyyətindəyik və hazırda onlarla danışıqlar gedir. İstərdik onlar Azərbaycan və Qafqaz iqtisadiyyatı haqqında olan ekspert rəylərini bizim sayta versinlər. Artıq ilkin razılıq alınıb. Sadəcə, müəyyən prosedur qaydaları var ki, onların həllini gözləyirik. Rəsmiləşdirmək istəyirik ki, onlar artıq bizim daimi yazarlara çevrilsinlər. Bundan başqa, ölkəmizdə də bəzi biznes və iqtisadiyyat ekspertləri var ki, eksklüziv olaraq bizə yazmaları üçün onlarla danışıqlar aparırıq. Ümid edirik artıq gələn ayın ortalarından istədiklərimizə nail olacağıq.
       
       - KİV-lərlə əməkdaşlığı hansı istiqamətdə qurmaq istəyirsiniz?
       
       - Biz KİV-lərlə əməkdaşlıq etməyə hazırıq. Hazırda bir-iki onlayn mətbuatdan informasiyalar alırıq. Saytımıza nəzər salsanız görərsiniz ki, eksklüziv yazılardan başqa, digər xəbərlər də veririk. Əgər hansısa agentlikdən xəbər götürürüksə, mütləq mənbəyə istinad edərək yazıları yerləşdiririk. Bizim saytımızdan da xəbərlər götürüb istinad edərək dərc edirlər. Bu çox normaldlır və biz də bundan istifadə edirik. Gələcəkdə də istərdik KİV-lərlə əməkdaşlıqlarımız davam etsin.
       
       - Saytda hansı yeniliklər olacaq?
       
       - Saytımız Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir. İstəyirik gələcəkdə dillərin sayını artıraq. Bundan başqa, gələcəkdə bir sıra iqtisadi layihələri də həyata keçirmək istəyirik. "Həftə içi" qəzeti vasitəsilə böyük şirkətləri, iqtisadçı alimləri və iqtisadçı tələbələri bizimlə əməkdaşlığa çağırırıq. Bu sahədə yaza bilən iqtisadçı tələbələr bizimlə əlaqə saxlasınlar və yazılarını saytımıza göndərsinlər. Biz onların yazılarını dərc etməyə söz veririk. Saytımızda eksklüziv xarici ekspertlərin, peşəkar iqtisadçıların heç bir yerdə dərc etdirmədikləri rəyləri var. Eksklüzivlərimiz çoxdur. Sadəcə, "Eko.az" saytına girib hər şeyi özünüz görə bilərsiniz. Əlimizdən gələni edirik ki, dövlətimizin iqtisadiyyatının güclənməsində bizim də köməkliyimiz olsun. Əmin edirəm ki, tezliklə hər kəs "Eko.az" saytını tam gücüylə görəcək.
       
       - Saytla bağlı gələcək planlarınız barədə nə deyə bilərsiniz?
       
       - Qarşımıza məqsəd qoymuşuq ki, gələcəkdə Qafqazın mərkəzləşdirilmiş ilk biznes və iqtisadiyyat portalı olan "Eko.az" daha da inkişaf etsin. Çalışacağıq ölkənin iqtisadi xəbərlərini ən dolğun, düzgün, şəffaf, böhtandan kənar, peşəkar şəkildə oxuculara təqdim edək. Bundan başqa, istərdik oxucularımız gələcəkdə təkcə ölkəmizdə deyil, Dağıstanda, Gürcüstanda, eyni zamanda Ermənistanın iqtisadiyyatında baş verən ən son xəbərləri də oxusunlar. Bunlardan biri də gənc iqtisadçıları öz ətrafımızda birləşdirməkdir. Artıq 20-yə yaxın gənc iqtisadçı bizim ətrafımızdadır və biz bu şəbəkəni daha da genişləndirmək niyyətindəyik.
       
       
    Səma Rəsulqızı
    Oxunub: 404
    Digər xəbərlər
    Tərtər əraziləri minalardan təmizlənib (104)
    KİVDF-nin yeni müsabiqəsi (109)
    Gənc alimlər Bakıda toplaşdılar (103)
    Məcburi köçkünlər yolu bağladılar (116)
    Quba məzarlığının yaxınlığından daha 6 ev köçürüləcək (124)
    Muzey tikilərkən bu işə mütəxəssislər cəlb olunacaq
    Ürək xəstələrinin sayı çoxalıb (114)
    Yardım alanlar (114)
    Universitetdə əmək yarmarkası keçirilib (125)
    Plastik kartla pensiya alanları sayı artıb (119)
    Qafqazda ilk iqtisadiyyat və biznes saytı (404)
    Rəşad Mehdiyev: "Daha çox xaricdə yaşayan azərbaycanlı iqtisadiyyatçılardan bəhrələnmək istəyirik"
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    "Trend"in Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla eksklüziv müsahibəsi

    "İnsanların şərlənməsi aradan qaldırılmalıdır"

    İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həsən Qaşqavinin "SİA"ya eksklüziv müsahibəsi

    İlham Hidayətov: "41 lisenziya dayandırılıb, 10 lisenziya isə ləğv edilib"

    "ATƏT sədrinin Azərbaycana səfərinə "növbətçi" kimi baxmaq olmaz"

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17