Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Avropa çempionatının oyunlarının hakimləri müəyyənləşib
    Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 3 oyun keçirəcək (İsrail - Azərbaycan, Polşa - Azərbaycan, Azərbaycan - Danimarka).
       
       
       
       "SİA"nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, yığmamızın keçirəcəyi hər 3 oyunu idarə edəcək hakimlər müəyyənləşib.
       
       Oyunların vaxtlarını və hakimlər briqadasını nəzərinizə çatdırırıq:
       
       9 oktyabr, saat 16:00
       
       Nes Ziona. Nes Ziona stadionu
       
       İsrail - Azərbaycan
       
       Baş hakim: Xristo Ristoskov (Bolqarıstan)
       
       Baş hakimin köməkçiləri: Ventsislav Qavrilov (Bolqarıstan), Spridon Trifonas (Yunanıstan)
       
       Dördüncü hakim: Mixail Kukulakis (Yunanıstan)
       
       Hakim-inspektor: Yoyef Krula (Çexiya)
       
       UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
       
       11 oktyabr, saat 19:00
       
       Kfar Saba. Lavita stadionu
       
       Polşa - Azərbaycan
       
       Baş hakim: Xristo Ristoskov (Bolqarıstan)
       
       Baş hakimin köməkçiləri: Ventsislav Qavrilov (Bolqarıstan), Eyal Hatuka (İsrail)
       
       Dördüncü hakim: Ziv Adler (İsrail)
       
       Hakim-inspektor və UEFA nümayəndəsi: Yan Faşunq (Slovakiya)
       
       14 oktyabr, saat 19:00
       
       Kfar Saba, Lavita stadionu
       
       Azərbaycan - Danimarka
       
       Baş hakim: Mixail Kukulakis (Yunanıstan)
       
       Baş hakimin köməkçiləri: Spridon Trifonas (Yunanıstan), Eyal Hatuka (İsrail)
       
       Dördüncü hakim: Ziv Adler (İsrail)
       
       Hakim-inspektor və UEFA nümayəndəsi: Yan Faşunq (Slovakiya)
    Bu yazı 117 dəfə oxunmuşdur.
    Ərəb biznesmen "Portsmut"un səhmlərinə sahib çıxdı
    SƏudiyyƏ Ərəbistanından olan biznesmen Ali əl-Farac İngiltərənin "Portsmut" klubuna sahib olmaq üzrədir. Onun başçılıq etdiyi kompaniya komandanın səhmlərinin 90 faizini alıb. Bu barədə klub rəsmi açıqlama verib. "Portsmut"un əvvəlki sahibi Süleyman əl-Fahim isə səhmlərin 10 faizinin sahibidir. O həm də klubun fəxri prezidentidir.
       
       
    Bu yazı 117 dəfə oxunmuşdur.
    Semşov Bakı küçələrində bayram yaşamaq istəyir
    "ÇƏtin vəziyyətlərdəki oyunlar baxımından müəyyən təcrübəmiz var. Almaniya komandası ilə matç həlledicidir... Yekun nəticələr müəyyən olunduqda həlledici oyun keçirilir. Amma bizim sonuncu oyunumuz Azərbaycanda olacaq. İngiltərə yığmasını məğlub etməyimizi xatırlayırsınız? Sonra həlledici oyun Andorrada keçirildi və bu görüş heç də asan olmadı. Favoritlər yoxdur" - bu sözləri Rusiya mətbuatına açıqlamasında ölkə yığmasının üzvü İqor Semşov bildirib. Semşov Bakıda qələbə qazanaraq paytaxt küçələrində doyunca şənlənəcəklərinə ümidli olduğunu bildirib. O, sonda bir daha futbolçularımızdan çəkindiklərini qeyd edib.
    Bu yazı 121 dəfə oxunmuşdur.
    Löv zədəliləri əvəz etmədi
    DÇ-2010-un seçmə mərhələsində yığmamızın yer aldığı qrupda oktyabrın 10-da maraqlı oyun baş tutacaq. Rusiya və Almaniya yığmalarının Moskvadakı matçı qrup qalibini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Oyun ərəfəsində almanlar iki itki ilə üzləşiblər. Komandanın iki müdafiəçisi - Serdar Taşçı və Samir Xedira zədə üzündən ruslara qarşı forma geyinə bilməyəcək. Almaniya komandasının baş məşqçisi Yoahim Löv bu futbolçuları başqaları ilə əvəz etməyəcəyini bildirib.
       
       
    Bu yazı 129 dəfə oxunmuşdur.
    39 metrdən başla vurulan fantastik qol
    Argentinanın "Boka Xuniors" klubunun forvardı Martin Palermo maraqlı rekorda imza atıb. "SİA"nın məlumatına görə, 1999-cu ildə 3 penaltini vura bilməyən futbolçu kimi "Ginnesin rekordlar kitabı"na düşən Palermo, deyəsən, bu dəfə faydalı bir işlə kitaba adını yazdıracaq. Belə ki, "Boka Xuniors" - "Velez" qarşılaşmasında hesab 2:2 olarkən ev sahibinin üzvlərindən birinin vurduğu topu uzaqlaşdıran "Velez"in qolkiperi German Montoyun qaytardığı topu Martin Palermo 39 metrdən başı ilə qapı çərçivəsinə göndərib. Məhz bu qolun sayəsində "Boka Xuniors" rəqib üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
       
       
       
       
    Bu yazı 121 dəfə oxunmuşdur.
    Latviya futbolundakı böyük qalmaqalın sonu
    Latviya Futbol Federasiyası "Dinaburq" futbol klubunu ölkə çempionatında iştirakdan məhrum edib. "Livseport.az" saytı xəbər verir ki, komanda danışılmış oyunlarda iştirak etdiyi üçün federasiya belə bir addım atıb. "Dinaburq"un prezidenti Oleq Qavrilov və baş məşqçisi Tamaz Pertiya klubun iştirakı ilə keçirilən oyunlara pul qoyuluşu ediblər. Məsələni araşdıran LFF komandanı ciddi cəzalandırıb. Federasiya məsələ ilə bağlı UEFA-ya məktub ünvanlayaraq klub rəhbərliyinin totalizator oyunlarında iştirak etdiyini təsdiqləyib. Pertiya və Qavrilov isə ölkə futbolundan ömürlük uzaqlaşdırılıblar. "Dinaburq" Latviya çempionatında 26 oyundan sonra 46 xal toplayaraq 4-cü yeri tuturdu. Xatırladaq ki, yayda UEFA Avropa liqasında çıxış edən "Dinaburq" "Simurq"la rəqib ola bilərdi. Zaqatala təmsilçisi "Bney-Yequda" səddini aşa bilmədiyi üçün latışlarla qarşılaşmaq imkanından məhrum olmuşdu.
    Bu yazı 107 dəfə oxunmuşdur.
    Lippertsiz qalan U-21 "İnter"lə qarşılaşıb
    Gürcüstan səfəri təxirə düşən "İnter"in Türkiyəyə yollanmaq ehtimalı var idi. Amma sonda klub rəhbərliyinin bu arzusu da reallaşmayıb. Nəticədə "bankçılar" fasiləni paytaxtda keçirmək qərarına gəliblər.
       
       Zabrat qəsəbə stadionunda məşq edən "İnter" dünən yoxlama matçında qüvvəsini sınayıb. Kaxaber Sxadadzenin yetirmələri U-21 yığması ilə qarşılaşıblar. Avropa çempionatının seçmə mərhələsində Avstriya komandası ilə oyuna hazırlaşan gənclərimiz isə iki gün əvvəl daha bir oyunda meydana çıxıblar. Bernhard Lippert ölkəmizdə olmadığı üçün Nazim Süleymanovun başçılıq etdiyi milli "Qarabağ"la heç-heçə oynamışdı (1:1).
    Bu yazı 116 dəfə oxunmuşdur.
    Axtyamov millimizə qələbə qazandırdı?!
    Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçən futbol üzrə yığmamız yoxlama görüşündə qüvvəsini sınayıb. Millimizin şəhərin həvəskar "Neu-usenburq" komandası ilə qarşılaşıb. AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentindən Livesport.az saytına verilən xəbərə görə, matç futbolçularımızın qələbəsi ilə başa çatıb. 2:0 hesabı ilə nəticələnən oyunda yığmamızın qollarını Daniel Axtyamov vurub. Matçdan sonra baş məşqçi Berti Foqts komandamızın heyətində Daniel Axtyamov, Rahid Əmirquliyev, Ruslan Abışov və Maksim Medvedyevin oyunundan razı qaldığını bildirdi.
       
       
    Bu yazı 129 dəfə oxunmuşdur.
    5 ölkə Bruneyin aqibətini yaşaya bilər
    FİFA Bruney yığmasını təşkilatın bayrağı altında keçirilən yarışlarda istirakdan məhrum edib. Səbəb bu ölkə hökumətinin futbol federasiyasının işinə qarışmasıdır. Ali futbol qurumu daha 5 ölkəyə xəbərdarlıq edib. Əgər problemlər aradan qaldırılmasa, İraq, Küveyt, Toqo, Peru və Salvador kimi ölkələrin futbol federasiyaları da FİFA-nın sərt qərarı ilə qarşılaşacaqlar. Qeyd edək ki, FİFA-nın diskvalifikasiyası qeyri-müəyyən müddətə tətbiq olunub.
       
       
    Bu yazı 118 dəfə oxunmuşdur.
    "Olimpik-Şüvəlan" Bakını tərk etmədi
    "Unibank" premyerliqasında yaranmış fasilədən klublarımız müxtəlif cür istifadə edirlər. "Olimpik-Şüvəlan" paytaxtı tərk etməyərək gündə iki dəfə "Şəfa" stadionunda məşq edir. Livesport.az saytı xəbər verir ki, "təyyarəçilər" fasilə müddətində iki yoxlama matçı keçirməyi də planlaşdırıblar. Əsgər Abdullayevin yetirmələri əvvəlcə klubun əvəzedici heyəti ilə, iki gün sonra isə "İnter"lə qarşılaşacaqlar. Oyunlar ayın 8-də və 10-da təşkil olunacaq. Qeyd edək ki, "Olimpik-Şüvəlan" 6-cı turda səfərdə "Qəbələ"nin qonağı olacaq.
       
       
    Bu yazı 106 dəfə oxunmuşdur.
    Boksçularımız 3 medalla qayıtdılar
    ÖzbƏkistanda keçirilən boks üzrə beynəlxalq turnirdə iştirak etmiş idmançılarımız vətənə qayıdıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "SİA"ya verdiyi məlumata görə, boksçularımız yarışda uğurlu çıxış edərək 3 medal qazanıblar. Belə ki, 81 kq çəki dərəcəsində yarışan Rahib Bəylərov qızıl, +91 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Abdullayev gümüş, 75 kq çəki dərəcəsində çıxış edən Nicat Abdullayev isə bürünc medala layiq görülüb.
       
       
    Bu yazı 104 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3573)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17