Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Qafqazda ilk iqtisadiyyat və biznes saytı
    Rəşad Mehdiyev: "Daha çox xaricdə yaşayan azərbaycanlı iqtisadiyyatçılardan bəhrələnmək istəyirik"
    Artıq ilkin razılıq alınıb.
       
       Sadəcə, müəyyən prosedur
       
       qaydaları var ki, onların həllini gözləyirik. Rəsmiləşdirmək
       
       istəyirik ki, onlar artıq
       
       bizim daimi yazarlara
       
       çevrilsinlər
       
       
       
       Azərbaycanda fəaliyyət göstərən müxtəlif səpkili saytların sırasına son bir ayda yenisi də daxil edilib.
       
       
       
       Özü də sırf iqtisadiyyatla, iqtisadi araşdırmalarla, təhlillərlə və informasiyalarla bağlı "Eko.az" saytı nəinki ölkəmizdə, hətta bütün Qafqazda ilk iqtisadi və biznes resursudur. "Eko.az"ın təsisçisi və baş redaktoru Rəşad Mehdiyevlə söhbətimiz də yeni layihəsi barədədir.
       
       - Rəşad müəllim, "Eko.az" saytının yaradılması hansı zərurətdən irəli gəldi?
       
       - Azərbaycanda onlayn məkanını izlədik və gördük ki, iqtisadiyyat və biznes sahəsi ilə bir yerdə peşəkar şəkildə fəaliyyət göstərən internet məkanı yoxdur. Bu səbəbdən də ekspertlərlə fikir mübadiləsi apararaq belə bir saytın yaradılmasının məqsədəuyğun olub-olmadığını müzakirə etdik. Sonucda müəyyənləşdirdik ki, "Eko.az"ın yaradılmasına zərurət var və artıq belə bir saytın olması mütləq vacibdir. Ona görə də həmin saytı yaratmaq qərarına gəldik və bunun üçün əməkdaşlar cəlb etməyə başladıq. Belə saytın alternativ variantları Rusiya Federasiyasında, Amerikada və bir sıra ölkələrdə var. Lakin bizdə yalnız internet portallarında iqtisadiyyat bölümləri mövcud olub. Amma sırf iqtisadiyyatla bağlı olan sayt yox idi və biz də bu sahədəki boşluğu doldurmaq qərarına gəldik. Məqsədimiz iş adamlarına, iqtisadçı tələbələrə və bu sahə ilə maraqlanan hər kəsə informasiya xidməti göstərməkdir. Saytımız təkcə Azərbaycan iqtisadiyyatında baş verən yenilikləri deyil, həm də yaxın regionun, MDB ölkələrinin və dünyaının iqtisadi həyatında baş verən ən son xəbərələri, analizləri, ekspert rəylərini dərc edəcək. İstinad etmək şərtilə özəl xəbərlərlə yanaşı, digər yerli və xarici informasiya agentliklərinin informasiya resuslarından, məlumatlarından da isifadə edəcəyik. İstəyirik oxucularımıza maraqlı və mərkəzləşdirilmiş informasiya şəbəkəsi təqdim edək. İnanırıq ki, qısa zamanda "Eko.az" saytı iqtisadiyyat və bizneslə maraqlanan hər kəs üçün etibarlı resusa çevriləcək.
       
       - Saytın təşkili üçün hansı iqtisadi qurumlar və ekspertlərlə əməkdaşlıq edirsiniz?
       
       - Hazırda ölkəmizdən kənarda çalışan çox məşhur ekspertlərimiz var. Onlardan gənc alim, Amerikada Azərbayjan iqtisadiyyatını təmsil edən Fariz Hüseynovla danışıqlar apardıq. O, bizimlə işləməyə razılıq verdi və artıq iki yazısını bizə göndərib. Bundan başqa, Pərviz Hacıyevlə də söhbətlərimiz olub. Pərviz bəy Azərbaycanda belə bir saytın olmasından çox şad oldu və bizimlə işləməyə razılıq verdi. Artıq o da yazılarını bizim sayta verməyə başlayıb. İstəyirik daha çox xaricdə çalışan azərbaycanlı ekspertlərdən istifadə edək. Eyni zamanda Rusiyada çalışan dünya səviyyəli ekspertlərlə də əməkdaşlıq etmək niyyətindəyik və hazırda onlarla danışıqlar gedir. İstərdik onlar Azərbaycan və Qafqaz iqtisadiyyatı haqqında olan ekspert rəylərini bizim sayta versinlər. Artıq ilkin razılıq alınıb. Sadəcə, müəyyən prosedur qaydaları var ki, onların həllini gözləyirik. Rəsmiləşdirmək istəyirik ki, onlar artıq bizim daimi yazarlara çevrilsinlər. Bundan başqa, ölkəmizdə də bəzi biznes və iqtisadiyyat ekspertləri var ki, eksklüziv olaraq bizə yazmaları üçün onlarla danışıqlar aparırıq. Ümid edirik artıq gələn ayın ortalarından istədiklərimizə nail olacağıq.
       
       - KİV-lərlə əməkdaşlığı hansı istiqamətdə qurmaq istəyirsiniz?
       
       - Biz KİV-lərlə əməkdaşlıq etməyə hazırıq. Hazırda bir-iki onlayn mətbuatdan informasiyalar alırıq. Saytımıza nəzər salsanız görərsiniz ki, eksklüziv yazılardan başqa, digər xəbərlər də veririk. Əgər hansısa agentlikdən xəbər götürürüksə, mütləq mənbəyə istinad edərək yazıları yerləşdiririk. Bizim saytımızdan da xəbərlər götürüb istinad edərək dərc edirlər. Bu çox normaldlır və biz də bundan istifadə edirik. Gələcəkdə də istərdik KİV-lərlə əməkdaşlıqlarımız davam etsin.
       
       - Saytda hansı yeniliklər olacaq?
       
       - Saytımız Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir. İstəyirik gələcəkdə dillərin sayını artıraq. Bundan başqa, gələcəkdə bir sıra iqtisadi layihələri də həyata keçirmək istəyirik. "Həftə içi" qəzeti vasitəsilə böyük şirkətləri, iqtisadçı alimləri və iqtisadçı tələbələri bizimlə əməkdaşlığa çağırırıq. Bu sahədə yaza bilən iqtisadçı tələbələr bizimlə əlaqə saxlasınlar və yazılarını saytımıza göndərsinlər. Biz onların yazılarını dərc etməyə söz veririk. Saytımızda eksklüziv xarici ekspertlərin, peşəkar iqtisadçıların heç bir yerdə dərc etdirmədikləri rəyləri var. Eksklüzivlərimiz çoxdur. Sadəcə, "Eko.az" saytına girib hər şeyi özünüz görə bilərsiniz. Əlimizdən gələni edirik ki, dövlətimizin iqtisadiyyatının güclənməsində bizim də köməkliyimiz olsun. Əmin edirəm ki, tezliklə hər kəs "Eko.az" saytını tam gücüylə görəcək.
       
       - Saytla bağlı gələcək planlarınız barədə nə deyə bilərsiniz?
       
       - Qarşımıza məqsəd qoymuşuq ki, gələcəkdə Qafqazın mərkəzləşdirilmiş ilk biznes və iqtisadiyyat portalı olan "Eko.az" daha da inkişaf etsin. Çalışacağıq ölkənin iqtisadi xəbərlərini ən dolğun, düzgün, şəffaf, böhtandan kənar, peşəkar şəkildə oxuculara təqdim edək. Bundan başqa, istərdik oxucularımız gələcəkdə təkcə ölkəmizdə deyil, Dağıstanda, Gürcüstanda, eyni zamanda Ermənistanın iqtisadiyyatında baş verən ən son xəbərləri də oxusunlar. Bunlardan biri də gənc iqtisadçıları öz ətrafımızda birləşdirməkdir. Artıq 20-yə yaxın gənc iqtisadçı bizim ətrafımızdadır və biz bu şəbəkəni daha da genişləndirmək niyyətindəyik.
       
       
    Səma Rəsulqızı
    Bu yazı 428 dəfə oxunmuşdur.
    Plastik kartla pensiya alanları sayı artıb
    Dövlət Sosial Müdafiə Fondu ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin "Həftə içi"nə verdiyi məlumata görə, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar çərçivəsində reallaşdırılan tədbirlər nəticəsində əmək pensiyasını plastik kartla əldə edənlərin sayı bu ilin 9 ayı ərzində əlavə olaraq 43.391 nəfər artıb və hazırda ödənişdə olan pensiyaların 96,8-i plastik kartlarla gerçəkləşdirilir. İlin əvvəli ilə müqayisədə kəndlərdə pensiyalarını plastik kartlarla alanların sayı 4,8 faiz artıb. Bu ilin əvvəlində ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 93,7 faizədək artıb. Şəhərlərdə yaşayan pensiyaçılara isə 100 faiz üzrə pensiyalar plastik kartlarla ödənilir. Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir. Bildirilir ki, "Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı" çərçivəsində növbəti illər ərzində pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və POS-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip-kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.
       
       
    Naibə
    Bu yazı 124 dəfə oxunmuşdur.
    Universitetdə əmək yarmarkası keçirilib
    Dünən Dillər Universitetinin informasiya-resurs kompleksində Amerikada təhsil alan məzunlara Azərbaycanda müvafiq iş yerlərinin tapılmasına kömək məqsədi ilə əmək yarmarkası keçirilib. Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyə dəstəyi ilə keçirilən tədbirdə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson, "AAA", "ACCELS" və "İREX" təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində uğurlu iş tapmaq strategiyası ilə bağlı "Uğurlu əlaqələrin qurulması", "İntervyu texnologiyası" və "Uğurlu CV-nin hazırlanması" mövzuları ilə bağlı seminarlar təşkil olunub. Tədbirdə "Biz dünyanı dəyişə biləcək adamlar axtarırıq" kimi çıxışlar səslənib və qeyd olunub ki, bu tədbirdə iştirak edən məzunlar arasında bu cür insanlar çoxdur. Sonda Azərbaycanın digər nüfuzlu biznes təşkilatlarının iştirakı ilə karyera yarmarkası keçirilib. Yarmarkada məzunlara marketinq, informasiya texnologiyaları, bank işi, mühasibatlıq və otel biznesi sahələri ilə bağlı vakansiyalar təklif olunub. Universitetin mətbuat xidmətindən "Həftə içi"nə o da bildirildi ki, oktyabrın 9-da Dillər Universitetində dünya türkologiyasının banisi Mahmud Kaşğarinin 1000 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Tədbirdə universitetin rektoru, millət vəkili Səməd Seyidov, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun, Naxçıvan Dövlət Universitetinin nümayəndələri və türk dünyasında Mahmud Kaşğari yaradıcılığının araşdırmaçıları çıxış edəcəklər. Qeyd edək ki, yubiley tədbiri universitetdə 2008/2009-cu tədris ilində elan olunan "Elm ili" çərçivəsində keçirilir. Artıq təhsil müəssisəsinin elm şöbəsinə Mahmud Kaşğari yaradıcılığı ilə bağlı məruzələr daxil olmaqdadır.
       
       
    Naibə
    Bu yazı 139 dəfə oxunmuşdur.
    Yardım alanlar
    GƏNCƏ şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən "Həftə içi"nə verilən məlumata görə, hazırda qədim paytaxt üzrə 4998 ailə sosial yardım alır. Qeyd olunub ki, 2009-cu ilin ilk 9 ayı ərzində ünvanlı sosial yardım almaq üçün adıçəkilən mərkəzə 3612 nəfər müraciət edib: "Onlardan 2986 nəfəri yardım üçün ilk dəfə müraciət edənlərdir. Cari ildə ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin hamısına sosial yardım təyin olunub. Hazırda şəhər üzrə 21.427 ailə üzvü olan 4998 ailəyə ümumilikdə 354 min manat məbləğində sosial yardım verilib. Həmin ailələrdə 347 ananın 1 yaşına çatmamış 354 uşağına 7 min 80 manat məbləbində əlavə müavinətlər də verilir".
       
       
    Bu yazı 121 dəfə oxunmuşdur.
    Ürək xəstələrinin sayı çoxalıb
    GƏNCƏ Rayonlararası Kardioloji Dispanserindən "Həftə içi"nə verilən məlumata görə, cari ilin 9 ayı ərzində adıçəkilən dispanserə müraciət edən ürək xəstələrinin sayı 1176 nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur: "Bu il ürək xəstəliklərindən ölənlərin sayı 25 nəfər olub. Dispanserə daxil olan xəstələrdən 345 nəfəri infarkt, 422 nəfəri isə stenokardiya diaqnozu ilə gətirilib. Həmin xəstəliklərin göstəricilərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım olub. Cari ildə ürəyin xroniki işemik xəstəliyi ilə 240, hipertoniyalı xəstələr isə 89 nəfər olmaqla qeydə alınıb. Onu da bildirək ki, əgər 5 il bundan qabaq xəstəxanamıza bu qədər xəstə 1 il ərzində daxil olurdusa, indi 9 ayda olur. Bu artım ötən ilin 9 ayı ilə müqayisədə 22 faiz təşkil edir".
       
       
       
       
    Təbriz Vəfalı
    Bu yazı 119 dəfə oxunmuşdur.
    Quba məzarlığının yaxınlığından daha 6 ev köçürüləcək
    Muzey tikilərkən bu işə mütəxəssislər cəlb olunacaq
    Yaxın günlərdə Qubadakı soyqırım məzarlığında abidə kompleksinin inşasına başlanılacaq. Bu barədə "Modern.az"a Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov məlumat verib.
       
       
       
       İcra başçısı bildirib ki, soyqırım muzeyinin tikintisi ilə bağlı təcrübənin öyrənilməsi üçün Moskva və Kiyevdə səfərdə olublar. Quba soyqırım məzarlığında tikiləcək abidə kompleksinin layihəsi hazırlanarkən səfərdə əldə olunan təcrübədən də istifadə olunub. R.Həbibov deyib ki, bir müddət öncə prezident İlham Əliyev də məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi ilə tanış olub və onun daha da təkmilləşdirilməsinə dair göstərişlər verib. İcra başçısının sözlərinə görə, məzarlığın yaxınlığında yerləşən 13 evdən 2-si artıq başqa yerə köçürülüb, tezliklə daha 6 ev, ardınca qalanlar köçürüləcək. O, məsələnin prezidentin nəzarətində olduğunu vurğulayıb. Öıkə başçısı Quba məzarlığında muzeyin tikilməsi ilə bağlı sərəncam verəcək, bundan sonra maliyyə məsələsi öz həllini tapmış olacaq. R.Həbibov bu məzarlığın erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün danılmaz tarixi fakt olduğunu deyib. Onun sözlərinə görə, muzey tikilərkən bu işə mütəxəssislər cəlb olunacaq.
       
       Xatırladaq ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı, ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə əsasən yaşlı kişilərdir.
       
       Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğunu təsdiqləyib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel - may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb. Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.
       
       
    Mirvari
    Bu yazı 133 dəfə oxunmuşdur.
    Məcburi köçkünlər yolu bağladılar
    DÜnƏn Ağdam və Tərtər rayon sakinlərinin "Həftə içi"nə verdiyi məlumata görə, Ağdam rayonunun ermənilərin işğalı altında olan Şotlanlı kəndinin bir qrup sakinləri etiraz aksiyası keçiriblər. Onlar Tərtər - Ağcabədi magistral avtomobil yolunun "4 yol" adlanan hissəsində yolu kəsiblər. Nəticədə Ağcabədi və Tərtər istiqamətlərində nəqliyyat vasitələrinin sərbəst hərəkəti kifayət qədər məhdudlaşıb və keçilməz tıxac yaranıb. Bundan əlavə, sözügedən ərazidə piyadaların sərbəst gediş-gəlişləri də xeyli çətinləşib. Sakinlərin dediyinə görə, şotlanlılar uzun illərdir məcburi köçkün həyatı yaşasalar da, onların sosial-iqtisadi durumları ilə maraqlananlar olmayıb: "Məcburi köçkünlər daha çox mənzil və ev problemlərindən narahatdırlar. Hələ də bəzi alaçıqlarda və dözülməz şəraitə malik daxmalarda yaşayan şotlanlılar aidiyyəti qurumların sözügedən ailələrin üzləşdikləri problemlərin həllinə biganə yanaşmalarından, hər dəfə həmin məsələlərin çözüləcəyi ilə bağlı verilən vədlərə əməl olunmamasından tamam beziblər. Yolu bağlayanlar deyirlər ki, acınacaqlı durumları ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət, şikayət məktubları və ərizələr göndərsələr də, müsbət nəticələrini görməyiblər. Ağdam rayon İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinə və digər dövlət orqanlarına dəfələrlə baş çəksələr də, problemlərini çözmək barədə düşünən hələ də tapılmayıb. Ona görə də dövlət başçısının, aidiyyəti qurumların rəhbərlərinin, eləcə də ölkə ictimaiyyətinin diqqətini bu mövzuya çəkmək üçün ən radikal addımlardan birini atmaq - magistral avtomobil yolunu bağlamaq zorunda qalıblar". Sakinlər onu da dedilər ki, hadisə yerinə Ağdam RİH-in, "Qaçqınkom"un yerli şöbəsinin, Ağdam rayon Polis Şöbəsinin rəsmiləri baş çəkiblər. Onlar məcburi köçkünlərlə danışıq apardıqdan sonra təxminən 3 saat bağlı qalmış yol boşaldılıb və nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib: "Dəqiq məlumat olmasa da, şotlanlılar deyirlər ki, Ağdam RİH-in rəsmiləri sözügedən məcburi köçkünlərin yaşayış obyektləri ilə təmin edilməsinə, onların mənzil şəraitinin yaxşılaşdırılmasına, sosial rifahlarının yüksəldilməsinə və digər sosial-iqtisadi problemlərini çözməyə söz veriblər".
       
       
    Təbriz Vəfalı
    Bu yazı 131 dəfə oxunmuşdur.
    Gənc alimlər Bakıda toplaşdılar
    Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda gənc alim və tələbələrin "Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri" adlı ikigünlük III beynəlxalq elmi konfrans dünən öz işini yekunlaşdırdı. Təşkilatçıları Azərbaycan Geoloqlarının Milli Komitəsi, Geologiya İnstitutu və institutun Gənc Alimlər Şurası olan tədbirdə ABŞ, Almaniya, Belarus, Polşa, Qazaxıstan, İran və Gürcüstandan olan 90-a yaxın gənc alim və tələbə iştirak edirdi. "BP" şirkətinin dəstəyi ilə keçirilən konfransda institutun direktoru, akademik Akif Əlizadə qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd Yer elmlərinin müxtəlif istiqamətləri üzrə gənc alim və tələbələrin təcrübə mübadiləsini genişləndirmək, bilgilərini artırmaq, həmçinin yeni tədqiqat mövzuları, obyektləri seçməkdir. Toplantıda "Yanar şistlərin elastiklik əmsalının təyini üsulu", "Bakı şəhərinin seysmik təhlükəsi, dayanıqlığı və riskinin ədədi qiymətləndirilməsi", "Azərbaycan zəlzələlərinin fraktal statistikası", "Qobustanın palçıq vulkanlarının xəritəsinin ArcCİS mühitində tərtib olunması", "Təbrizin ərazisinin Kembriyə qədərki metallogeniyası, Şimal-Qərbi İran", "Gürcüstan ərazisində seysmohidrodinamik müşahidələr" və digər mövzularda məruzələr dinlənildi. Tədbirdə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi, Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetindən nümayəndələr də iştirak edirdilər. Proqram çərçivəsində xarici qonaqlar Gənc Alimlər Şurasının işi ilə tanış oldular, onlar Pirəküşkül palçıq vulkanına ekskursiya ediblər.
       
       
    Bu yazı 108 dəfə oxunmuşdur.
    KİVDF-nin yeni müsabiqəsi
    Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan edib. "Həftə içi"nin qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müsabiqə jurnalist təşkilatları və mətbuat fondları üçündür. Müsabiqənin məqsədi Azərbaycan milli mətbuatının az tədqiq olunmuş sahələrinin araşdırılmasına, müasir beynəlxalq standartların ölkəmizdə tətbiqinə, mətbuat və teleradio əməkdaşlarının peşəkarlığının artırılmasına kömək etməkdir. Müsabiqə milli mətbuat tarixinin araşdırılması, mətbuat antalogiyasının hazırlanması, müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə həm dövri mətbuatda, həm də televiziya və radioda çalışanlar üçün treninqlərin təşkili kimi istiqamətləri əhatə edir. Müsabiqədə iştirak etmək istəyənlər layihə təklifini aşağıdakı sənədlərlə birlikdə elan çap olunan gündən oktyabrın 10-na qədər saat 17:00-dək fondun ofisinə təqdim etməlidir. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilib. Hər qurum bir layihə təqdimləməlidir. Fondun şərtinə görə, müsabiqədə yalnız bu sahədə təcrübəsi olan qurumlar iştirak edə bilərlər.
       
       
    Naibə
    Bu yazı 113 dəfə oxunmuşdur.
    Tərtər əraziləri minalardan təmizlənib
    ƏRAZİLƏRİN Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Tərtər rayonu üzrə əməliyyat rəhbəri Ramil Əzizovun "Həftə içi"nə verdiyi məlumata görə, 2004-cü ildən etibarən təhkim olunduqları adıçəkilən rayonun partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatı aparılır. Müsahibimiz bildirdi ki, sözügedən müddət ərzində 350 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Həmçinin yerli sakinlər və vətəndaşlar ərazidəki 100-dək minanın tapılmasına yardımçı olublar: "Hazırda Tərtər rayonunun Şıxaq və Əskipara kəndlərində minalardan təmizləmə işləri aparılır. Oradan indiyədək 200 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib". Əməliyyat rəhbəri Tərtər çayının suyunun həcminin artması nəticəsində çay işğal altında olan ərazilərdən 3 ədəd partlamamış hərbi sursat gətirib: "Həsənqaya kənd məktəbinin yaxınlığında tapılan 152 mm-lik top mərmisi zərərsizləşdirilib. Lakin digər iki tank əleyhinə minanın zərərsizləşdirilməsi təhlükəsizlik baxımından mümkün olmayıb". R.Əzizov onu vurğuladı ki, 5 il ərzində Tərtərdə 5 milyon 500 min kvadratmetr ərazi partlamamış hərbi sursatlardan tam təmizlənib: "Həmçinin daha 36 milyon kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulub. Bu rəqəmin arta biləcəyini istisna etmirəm. Çünki bu rəqəm rayon üzrə çirklənmiş ərazilərin cəmi 15 faizini təşkil edir".
       
       
       
       
       
       
       
       
    Təbriz Vəfalı
    Bu yazı 110 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3574)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17