Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 044(1945)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Azərsun-holding" möcüzələr yaratmaqda davam edir
    Şirkət Biləsuvar rayonunda yararsız torpaqlarda tam təhlükəsiz və keyfiyyətli qida məhsulları yetişdirir
    Qida təhlükəsiziliyi bu gün dünya insanlarını düşündürən başlıca məsələdir. Azərbaycan prezidenti cənab İlham Əliyev də iqtisadi müşavirələrdə, kənd təsərrüfatı rəhbərləri ilə görüşlərdə qida təhlükəsizliyi məsələsini həmişə önə çəkib və bu mühüm problemi diqqət mərkəzində saxlayır. Son illər dövlət strukturları ilə yanaşı, özəl şirkətlər də qida təhlükəsizliyi məsələsinə böyük töhfələr verməkdədirlər.
       
       Kənd təsərrüfatının inkişafında, qida təhlükəsizliyinin aradan qaldırılmasında, yəni ekoloyi cəhətdən təmiz tərəvəz məhsullarını yetişdirilməsində özəl şirkətlər arasında "Azərsun-holdinq" şirkətlər qrupu lokomotiv rolunu oynayır. Necə deyərlər hər şey göz önündədir. Regionlarda şirkətə məxsus zavod və fabriklərdə kənd təsərrüfatı sahələrində dəfələrlə olub, prezident İlham Əliyevin "regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramı" adlı sərəncamının necə uğurla yerinə yetirildiyinin şahidi olmuşuq.
       
       Ölkə iqtisadiyyatının inkişafında "Azərsun-holdinq" şirkətlər qrupunun Lənkəran və Astaradaki çay fabriklərinin, Lənkəran və Xaçmaz Konserv zavodlarının, İmişli Şəkər Zavodunun, Zaqatalada Fındıq Zavodunun və s. müəssisələrin mühüm rol oynadığı danılmaz faktlardır.
       
       Şirkətin rəhbəri cənab Abdolbari Gözəl heç vaxt əldə olunan uğurlarla kifayətlənən iş adamı deyil. Elə bu işgüzarlığın nəticəsidir ki Masazırda Duz Zavodu, Kürdəmirdə Süd Zavodu bu ilin sonuna kimi fəaliyyət göstərən müəssisələrin sırasına qoşulacaq.
       
       Bu günlərdə inşaatı tamamlanmış Biləsuvar Konserv Zavodunu isə "Azərsun-holdinq"in növbəti uğuru kimi gostərmək olar. Biləsuvarın ilan mələyən çöllərində, əkinə tam yararsız torpaqda böyük əkinçilik sahəsi yaradılmış və burada yetişən məhsulları ithehsal etmək üçün konserv zavodu inşa edilmişdir. Zavodu gəzdikdə elə bir təəssürat oyanır ki, bu konserv zavodu sanki Biləsuvarda yox, hansısa Avropa ölkələrindən birində qurulmuşdur.
       
       Ötən həftə "Azərsun-holdinq" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr departamentinin təşkilatçılığı ilə KİV-lərin bir qrup nümayəndəsi ilə açılışa hazırlaşan Biləsuvar konserv zavodunda, həmçinin yararsız torpaqlarda yetişdirlilmiş, keyfiyyətli məhsulları göz oxşayan əkin sahələrində olduq.
       
       Həm konserv zavodunun, həm də əkinçilik sahəsinə cavabdeh olan rəhbər şəxslərlə görüşlərimiz, söhbətlərimiz çox maraqlı oldu, zavodun bütün sexlərini gəzdik. İnanmaq olmurdu ki, Azərbaycanın uzaq bir rayonunda belə müasir tipli zavod qurulub. Belə bir zavodun açılmasında başlıca məqsəd həm rayon və kənd əhalisi üçün yeni iş yerləri açmaq, həm də xalqımız təhlükəsiz qida məhsulları ilə təmin etməkdir. Maraqlı cəhət isə odur ki zavodu məhsulla təmin edəcək əkin sahələri çox yaxınlıqdadır.
       
       Biləsuvarın 3452 hektar yararsız torpaq sahəsində bu gün "Azərsun-holdinq" şirkətlər qrupu əsl möcüzələr yaradıb. Əvvəla, bu ərazilər çox böyük əziyyət və vəsait hesabına şoranlıqdan təmizlənib və bu istiqamətdə islər davam etməkdədir. Ən müasir aqrotexniki üsullarla uzun illər istifadəsiz qalmış torpaq sahələri bu gün ən münbit torpaqlara çevrilib. Ərazilər böyük vəsait hesabına müasir suvarma sistemləri ilə təmin edilib. Bu gün ekoloyi cəhətdən tam təmiz məhsullar istehsal üçün yığılıb hazırlanıb. Belə ki, 600 ha ərazidə pomidor, 134 ha ərazidə soya, 669 ha ərazidə arpa, 169 ha ərazidə yonca,70 ha ərazidə badımcan, 50 ha ərazidə bibər, lobya və s. tərəvəz məhsulları yetişdirilib. Bütün bu işlər şirkətin nəzdində yaradılmış "Natural Greenland"MMC tərəfindən çox uğurla həyata keçirilir. Diqqət çəkən məqam ondan ibarətdir ki şitilləri küləkdən qorumaq üçün ətraflarda 40 min ədəd nar,16 min ədəd isə heyva ağacları əkilib. Bu meyvələrdən isə gələcəkdə kompot və müxtəlif şirələr hazırlanacaq.
       
       Yaxınlıqda qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərinin hamısının işlə təmin olunmasına şərait yaranmışdır. Sahədə işləyən qaçqınlar əməkhaqlarını vaxtında alır və gündə bir dəfə pulsuz isti yeməklə təmin olunurlar. Bir şey də maraqlıdir ki, bu sahələrdən yığılan məhsullar əvvəllər kolxozların yetişdirdiyi məhsullardan daha keyfiyyətli və ekoloyi cəhətdən tamamilə təmizdir. Bu isə əhalinin təhlükəsiz qida məhsulları ilə təminatında ən başlıca şərtdir. Yıgılmış məhsullar zavodda tərtəmiz yuyulur, təmizlənir və bundan sonra bir çox prosedurlardan keçərək qablaşdırılır. Eksperiment üçün aparılan qablaşdırılma işləri ən yüksəksəviyyəli avadanlıqların köməyi ilə həyata keçirilir.Yalnız bundan sonra məhsul satışa çıxarılır.
       
       Uzaq bir rayonda, bataqlıq və gölməçəlik olan yerdə modern bir zavodun qurulması və əkinə yararsız sahələrdə keyfiyyətli, təhlükəsiz qida məhsulları yetişdirmək doğrudan da çətindir. Bəlkə də möcüzədir. Bu gün həmin möcüzə açılışa tam hazırdır. Biz inanırıq ki, "Azərsun-holdinq" bu uğurlarla da kifayətlənməyəcək və xalqımızın təhlükəsiz qida məhsulları ilə təminatında, hələ bundan sonra da çox nailiyyətlər əldə edəcək. Bu yolda "Azərsun-holding" şirkətlər qrupunun prezidenti cənab A.Gözələ və şirkətin bütün rəhbər heyətinə, həmçinin bu işlərdə əməyi olan insanların hamısına uğurlar diləyirik.
    Elçin Məmmədli, Bakı - Biləsuvar - Bakı
    Bu yazı 148 dəfə oxunmuşdur.
    Bu ay "FİMBank"ın məhkəməsi keçirilə bilər
    Müşfiq Əmirov: "Müzakirələr müsbət nəticələnsə, Milli Bankdan "Azərpoçt"a lisenziya alınacaq"
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun "Həftə içi"nə verdiyi məlumata görə, "Azərpoçt" DM-in yeni nizamnaməsi hazırlanacaq.
       
       
       
       Müsahibimiz vurğuladı ki, adıçəkilən qurumun baş ofisinin, poçt filiallarının (PF) və regional PF-lərin yeni strukturunun qurulması prosesi tam başa çatdırılıb və aparılmış islahatların davamı olaraq PF-lərdə də struktur islahatları həyata keçirilib: "Hələ cari ilin əvvəlindən etibarən sözügedən layihə çərçivəsində "Azərpoçt"un PF-lərin avtomatlaşdırılması, eləcə də şəbəkələşdirilməsi məqsədilə başlanılmış tenderdə PF və regional PF-lərin mərkəzi aparatlarının tam avtomatlaşdırılması və şəbəkələşdirilməsi, "Azərpoçt" və sözügedən PF-lərin işçilərinin poçt-maliyyə xidmətləri sahəsində səriştəsinin artırılması üçün treninqlərin reallaşdırılması nəzərdə tutulub. Bu məqsədlə kotirovka sorğusu da həyata keçirilib. Hazırda şirkətlərdən daxil olan təkliflər qiymətləndirilir. "Poçt rabitəsi haqqında" qanuna dəyişikliklər və əlavələr edildikdən sonra "Azərpoçt"un bank-maliyyə xidmətləri göstərməsi üçün hüquqi zəmin yaranıb. Həmin müəssisənin belə bir xidmət göstərməsi üçün Milli Bankdan lisenziya alması məqsədilə müvafiq prosedurlara başlanılıb. Bunun üçün Mərkəzi Bankın mütəxəssisləri ilə mütəmadi şəkildə görüşlər keçirilib və ilkin hazırlıq işləri müzakirə olunub. Bundan əlavə, "Azərpoçt"un nizamnaməsi Mərkəzi Bankın və RİTN-in mütəxəssisləri ilə birlikdə yeni redaksiyada hazırlanaraq razılaşdırılması üçün müvafiq dövlət orqanlarına təqdimlənib və hazırda müzakirələr aparılır. Müzakirələr müsbət nəticələnəcəyi təqdirdə "Azərpoçt"a Milli Bankdan lisenziya alınması qısa müddətdə mümkünləşəcək".
       
       M.Əmirov onu da xatırlatdı ki, "FİMBank"ın iddiası ilə başlanmış iş üzrə Hollandiyanın Rotterdam məhkəməsinin 24.12.2008-ci il tarixli qərarı ilə "FİMBank"a əlavə sübutların təqdimlənməsi, o cümlədən şahidlərin dindirilməsi üçün vaxt verilib: "Həmin müddət sabah (bu gün - T.V.) başa çatıb. Yəni növbəti məhkəmə prosesi oktyabrın 7-nə təyin edilmişdi. Hələlik dəqiq məlumatımız olmadığından sözügedən məhkəmə prosesinin nə zaman keçiriləcəyini bilmirik".
       
       
    Təbriz Vəfalı
    Bu yazı 118 dəfə oxunmuşdur.
    Ahmet Erentokun Türkiyə səfəri
    AzƏrbayCan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri və Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) İdarə Heyəti sədrinin müavini Ahmet Erentok Türkiyənin Eskişehir və və Ankara şəhərlərində işgüzar səfərdə olub. ATİB-in mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumat görə, Eskişehirdə Anadaolu Universitetinin rektoru Fevzi Sürmeli ilə görüşdə ATİB-in təsisçisi olduğu İnnovasiya İnstitutu ilə Anadolu Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə ATİB İdarə Heyətinin üzvü Fərhad Mehdiyev də iştirak edib. Ankara görüşlərini davam etdirən A.Erentokun rəhbərlik etdiyi və ATAF İdarə Heyətinin üzvləri - Ural Aküzüm, Orhan Samast və Korhan Yurtseverin daxil olduğu nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahin tərəfindən qəbul edilib. Görüş zamanı ATAF-ın qarşısında duran məsələlər haqqında, iki qardaş ölkənin ortaq problemlərinin həlli istiqamətində müzakirələr aparılıb. A.Erentok həmçinin ATİB-in müxtəlif layihələri haqqında da Mehmet Ali Şahini məlumatlandırıb. ATAF nümayəndə heyəti həmçinin AKP Konya millət vəkili, Millət Məclisinin Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, eyni zamanda ATAF Himayəçilər Şurasının üzvü Mustafa Kabakçı tərəfindən qəbul edilib. Görüşdə ATAF-ın həyata keçirdiyi layihələr üzrə mövcud vəziyyət, iki ölkə arasında inkişaf etdirilməsi istiqamətləri müzakirə edilib.
       
       
    Naibə
    Bu yazı 113 dəfə oxunmuşdur.
    Fondun Bakı ofisi fəaliyyətini dayandırır
    Cari ilin sonuna kimi Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəliyi bağlanacaq. Bu barədə "Həftə içi"nə adıçəkilən nümayəndəlikdən bildirilib. Qeyd edilib ki, bu, tərəflər arasında maliyyə proqramlarının olmaması və xərcləri azaltmaq zərurəti ilə əlaqədardır: "Daimi nümayəndəliyin rəhbəri Koba Qvenitadzenin Azərbaycanı tərk etməsi üçün artıq hazırlıq işlərinə başlanılıb. Bundan sonra Azərbaycan hökuməti ilə BVF arasında məsələləri əlaqələndirmək üçün fond, ola bilsin, Azərbaycandakı ofisinin 6 əməkdaşından 1-ni, ya da 2-ni saxlasın". Qeyd edək ki, K.Qvenetadze BVF-nin Azərbaycandakı daimi nümayəndəliyinin 6-cı rəhbəridir. Məlumat üçün bildirək ki, Azərbaycan BVF-yə 1992-ci ilin sentyabrında daxil olub. Əməkdaşlıq müddətində fonddan 363 milyon dollar vəsait, o cümlədən 248 milyon dollar güzəştli kredit alınıb. Kredit tranş yolu ilə, iqtisadi islahatlar aparılması öhdəliyi ilə müxtəlif proqramlar çərçivəsində verilib. Onlardan sonuncusunun verilməsi 2005-ci ildə yekunlaşıb. Həmin vaxtdan fondun təkidinə baxmayaraq, Azərbaycan maliyyə cəhətdən möhkəmləndiyini vurğulayaraq kreditdən imtina edib, yalnız fondun texniki yardımını çıxmaq şərti ilə. Hazırda Azərbaycanın BVF qarşısında öhdəlikləri 40 milyon dollara qədərdir. Bu vəsaiti 2014-cü ilədək tam ödəmək nəzərdə tutulur. Onu da bildirək ki, BVF Azərbaycanda daimi nümayəndəliyini bağlayan ilk iri beynəlxalq maliyyə qurumudur.
       
       
    Bu yazı 113 dəfə oxunmuşdur.
    Sumqayıtda 12.796 nəfər iş axtarır
    SUMQAYIT şəhər İcra Hakimiyyətindən "Həftə içi"nə verilən məlumata görə, Sumqayıt şəhərində əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində bir sıra aktiv tədbirlərin görülməsinə nail olunub. Məlumatda vurğulanıb ki, sözügedən tədbirlər ölkə prezidentinin 15 may 2007-ci il tarixli 2167 nömrəli sərəncamı ilə təsdiqlənmiş məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı dövlət proqramı (2007 - 2010-cu illər) üzrə müddəaların yerinə yetirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sumqayıt RİH-in və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyələrinə uyğun reallaşdırılıb: "Sözügedən aktiv tədbirlərin nəticəsi kimi öncə məlumat vermək istərdik ki, şəhərimiz üzrə cari ilin oktyabr ayının 1-nə 12.796 nəfər işaxtaran qeydiyyatda olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4670 nəfər azdır. Cari ilin ötən dövrü ərzində 2232 nəfər işaxtaran Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınıb, onlardan daimi işə düzələnlərin sayı isə 726 nəfər təşkil edib. 496 nəfərə işsiz statusu verilərək müavinət təyin olunub, 300 nəfər peşə kurslarına, 104 nəfər isə ictimai işlərə cəlb edilib". Məlumatda həmçinin xatırladılıb ki, cari ilin oktyabr ayının 9-da Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil ediləcək növbəti "Əmək yarmarkası"na 2800-ə yaxın boş iş yeri çıxarılacaq".
       
       
    Təbriz Vəfalı
    Bu yazı 103 dəfə oxunmuşdur.
    Borcluların qaz təminatı dayandırılıb
    Sentyabrın 24-də Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhər Qaz İstismar İdarəsi istifadə edilən təbii qazın dəyərinin 30 sentyabradək ödənilməsi barədə abonentlərə xəbərdarlıq etmişdi. ARDNŞ-nin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, edilmiş xəbərdarlıq başa çatdıqdan bu günə qədər Bakı şəhərinin 11 rayonu üzrə təbii qaza görə borcu olan 3156 abonentin qaz təminatı dayandırılıb. Bu abonentlərin sayı Binəqədi rayonu üzrə 857, Suraxanı üzrə 610, Əzizbəyov üzrə 482, Qaradağ üzrə 296, Nəsimi üzrə 166, Sabunçu üzrə 160, Yasamal üzrə 158, Səbail üzrə 124, Xətai üzrə 122, Nizami üzrə 117, Nərimanov rayonu üzrə isə 64 nəfər təşkil edib.
       
       
    Naibə
    Bu yazı 99 dəfə oxunmuşdur.
    İqtisadçılar müvafiq üsullar axtarır
    Bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən "ITU Telecom World 2009" ümumdünya tədbiri çərçivəsində iştirakçılar informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində qlobal siyasəti və dünya iqtisadiyyatının bu vacib sektorunun sürətli inkişafı üçün zəruri investisiya tədbirlərini müzakirə edir. "SİA"nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ - ITU) mütəxəssisləri tərəfindən hazırlanan məruzədə qeyd olunub ki, qlobal maliyyə böhranı zamanı telekommunikasiya sahəsi tam defoltdan qurtara bilib, genişzolaqlı sistemlərə olan istehlakçı tələbatı isə əsas dünya bazarlarında artmaqda davam edir. 5 il ərzində ev təsərrüfatlarına yeni xətlərin çəkilməsi (Fibre-To-The-Home) sahəsində 30 faizlik davamlı artım proqnozlaşdırılır. Bununla yanaşı, məruzədə bildirilib ki, maliyyə böhranı yüksək texnologiyaların yeni məhsullarının tətbiqini ləngidib. BTİ mütəxəssislərinin fikrincə, ölkə hökumətləri telekommunikasiya sahəsinin təşviq imkanlarına baxmalıdır. Burada əsasən telefon, şüşə-lif və genişzolaqlı texnologiyalar üçün yeni həllərin işlənib-hazırlanması nəzərdə tutulur. Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertləri hesab edir ki, telekommunikasiya sahəsinin təşviqi iqtisadiyyatların inkişafına müsbət təsir göstərəcək. "İqtisadçılar hələ ki qlobal maliyyə böhranı ilə mübarizə üçün müvafiq üsullar axtarır. Lakin biz inanırıq ki, informasiya-kommunikasiya texnologiyaları və genişzolaqlı şəbəkələrə sərmayə qoyuluşu iqtisadiyyatın təşviqində vacib rol oynayır", - deyə BTİ-nin baş katibi Hamadun Ture qeyd edib.
       
       
    Bu yazı 113 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3571)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3463)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17