Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Prezident Əliyevin Sarkisyana çox sualı var"
    Aleksandr Karavayev:
    "Lakin danışıqlar qapalı keçdiyi üçün ictimai sensasiya gözləməyə dəyməz"
    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək.
       
       Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı paraflanmış protokolların imzalanması ərəfəsinə təsadüf etməsidir. Bu məsələlərlə bağlı suallarımızı isə "Həftə içi"nə eksklüziv müsahibəsində postsovet məkanının öyrənilməsi üzrə Siyasi Proqnozlaşdırma Mərkəzinin direktoru, Rusiyanın tanınmış politoloqu Aleksandr Karavayev cavablandırır. Ona ilk sualımız Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda reallaşacaq görüşü ilə bağlı oldu.
       
       - Bu özlüyündə çox maraqlı və mərhələli bir görüş olacaq.
       
       - Erməni - türk münasibətlərinin yaxınlaşması fonunda prezident Əliyevin erməni həmkarı Sarkisyana veriləsi bir çox sualları var. Çox güman ki Azərbaycan prezidenti erməni silahlı qüvvələrinin Dağlıq Qarabağın şərq və şimal hissəsindəki işğal altındakı torpaqlardan çıxarılmasına başlanmasının texniki mümkünlüyü məsələsini müzakirə etməyə səy göstərəcək. Ən pis halda ermənilərin bu addımı atmaq istəyib-istəmədiklərini anlamağa çalışacaq. Lakin danışıqlar qapalı keçdiyi üçün ictimai sensasiya gözləməyə dəyməz. Yalnız səthi məlumatlar əldə olunacaq.
       
       - Dünyada cərəyan edən qlobal proseslərin Cənubi Qafqaza təsirindən danışarkən bölgəmizin gələcək inkişafı və Qarabağ münaqişəsinin həll prosesinin sonrakı durumu ilə bağlı nə deyə bilərsiniz?
       
       - İndi bölgədə çox nadir tarixi məqamlardan biri yaşanır. Belə ki, xarici qlobal hadisələr əvvəlki dövrlərlə müqayisədə bölgədəki proseslərə çox az təsir edir. Aparıcı güc mərkəzləri bir növ fasilə götürüb. Təşəbbüslər ancaq regional geosiyasi səviyyədə irəli sürülür. Xarici oyunçular sadəcə türklərin təşəbbüslərinin necə reallaşacağını müşahidə edirlər. Lakin bu fasilə çox da uzun çəkməyəcək.
       
       - Siz özünüz Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
       
       - Real siyasətlə sülhü istədiyin kimi təsəvvür etməyin arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər var. Mənim bu münaqişə ilə bağlı özümün hansısa reseptim yoxdur. Sadəcə hadisələri şərh edirəm. "Madrid prinsipləri" öz-özlüyündə reallaşdırılması üçün heç də pis deyil. Mən Qafqazı hakimiyyət orqanlarının fəaliyyət göstərdiyi, cinayətkarlığın aşağı səviyyədə olduğu, tək adət-ənənələrə yox, həm də qanunlara hörmət qoyulduğu icmalararası sülh üçün bir etalon kimi görmək istəyirəm. İdealımızda biz sizinlə Qarabağdan keçməklə Bakıdan İrəvana avtomobillə böyük sürətlə getməliyik. Bu nəticəyə gəlmək üçün neçə il keçməlidir? Buna doğru irəliləmək lazımdır. Lakin çox mərhələli şəkildə, iki pilləkəni birdən atlamadan.
       
       - Rusiyanın mövqeyi əvvəlki dövrlə müqayisədə nə ilə fərqlənir?
       
       - Qafqazdakı münaqişələrdən postsovet dövründə bölgədə özünün hərbi mövcudluğunu qorumaq üçün istifadə vaxtı Rusiya üçün artıq bitib. İndi tamamilə fərqli geosiyasi zamandır. Moskvada bunu anlayırlar. Ona görə də hələ Putinin vaxtından Cənubi Qafqazın bütün dövlətləriylə kompleks və fərdi qaydada iqtisadi münasibətlər qurulmağa başladı. Bəzi səbəblərdən Gürcüstanla bu alınmadı. Təbii ki, Rusiyanın siyasəti sovet düşüncəsi və imperiya xəyallarından uzaqlaşaraq dəyişir. Daha məsuliyyətli olmağa başlayıb. Artıq Qərblə müqayisədə başqa mahiyyət daşıyan ambisiyalar mövcuddur.
       
       - Azərbaycanla Rusiya arasında qaz sazişi imzalandıqdan sonra Rusiyanın Ermənistana təzyiqlərini artıracağı gözlənilir. Qarabağ danışıqlarında ümidlərin artmasını bununla əsaslandıranlar da var. Siz necə düşünürsünüz?
       
       - Müəyyən mənada bu illüziyadır. Həqiqətdə bu Rusiyanın biznes oliqarxiyasının maliyyəsinə birbaşa aid deyilsə, həmçinin milli maraqlardan bir qədər kənardırsa, Moskva energetika və böyük siyasət mövzularını ayırmağa çalışır. Rusiya ilə Belarus və Ukrayna arasında enerji dialoqundakı qarşılıqlı asılılıq Moskvanın Azərbaycan və Ermənistan siyasətinə birbaşa təsirini göstərmir. Onu da yaddan çıxartmaq lazım deyil ki, imzalanmış müqavilədə göstərilən qazın həcmi Orta Asiya ilə müqayisədə dəfələrlə azdır. Lakin bunun Bakının yeni qaz müqavilələrini siyasi razılaşmalarla əsaslandırması imkanlarını mıhdudlaşdırmaması başqa məsələdir.
       
       - Rusiya erməni, türk - münasibətlərinin yaxınlaşması və Qarabağ münaqişəsinin həllini bir-biri ilə bağlı, yoxsa ayrı proses sayır?
       
       - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri bu məsələ ilə bağlı çox dar çərçivədə qısa fikirlər söyləyirlər. Ona görə də Moskvanın Dağlıq Qarabağ münaqişəsi və Ankara - İrəvan yaxınlaşmasını ayrı, yoxsa bir-birinə bağlı proses hesab etməsinə dair konkret fikir söyləmək bir qədər çətindir. Lakin Moskvanın erməni - türk yaxınlaşması ilə bağlı özünün mövqeyini formalaşdırmadığını fikirləşmirəm. Görünür, Kreml əlavə bəyanatlarla prosesə maneə yaratmaq istəmir. Ya da üzərinə açıq şəkildə müdaxilə etməməklə bağlı xüsusi öhdəlik götürüb. Bir şeyi dəqiq söyləmək mümkündür ki, Moskva Ərdoğanla Putinin sıx münasibətləri fonunda bütün bu proseslərdən tam olaraq məlumatlıdır.
       
       - Ermənistanla sərhədlərin açılması İrəvanı Rusiyadan uzaqlaşdırmayacaq?
       
       - Sadəcə, Ermənistanda Rusiyanın makroiqtisadi təsir imkanları məhdudlaşacaq. Lakin bu bəzən Bakıda düşünülən kimi tam həcmdə baş verməyəcək. Ermənistanla Rusiya arasındakı münasibətlərdə oturuşmuş istiqamətlər var. Moskva İrəvana bölgədə özünün hərbi-siyasi strateji müttəfiqi kimi yanaşır. Ermənistan isə Rusiyanın resurslarını, maliyyəsini və diasporunu özünün siyasətində istifadə edir. Bu səbəbdən də Rusiyanın Ermənistanı idarə edə bildiyinə dair fikirlər yanlışdır. Moskva ancaq təsir edə bilər. Sərhədlərin açılmasıyla isə Türkiyənin təsiri artacaq. NATO-nun bir neçə proqramı çərçivəsində fəallaşacaq.
       
       - Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qəbul şanslarını necə dəyərləndirirsiniz?
       
       - Şanslar çox aşağı səviyyədədir. Çünki Təhlükəsizlik Şurasında islahatlarla bağlı iki variant mövcuddur. Onlardan heç biri TŞ-yə regional dövlətlərin qəbulunu nəzərdə tutmur. 90-cı illərin ortalarında Braziliya, Almaniya, Yaponiya və Hindistan TŞ-nin daimi üzvlərinin sayının artırılması ilə bağlı BMT rəhbərliyinə təzyiqləri artırdı. 2005-ci ilin mayında onlar Baş Assambleyaya TŞ-nin üzvlərinin sayının 15-dən 25-ə, daimi üzvlərin sayının isə 5-dən 11-ə çatdırılması ilə bağlı qətnamə layihəsini təqdim etdilər. Lakin daimi üzvlüyə 3 Afrika dövləti - Misir, Nigeriya və CAR da iddia edir. Həmçinin qeyri-daimi üzvlərdən 4-nün rotasiya qaydasında Asiya, Afrika, Karib hövzəsi, Latın Amerikası və Şərqi Avropadan seçimlə müəyyənləşməsi də təklif olunur. Bununla yanaşı, digər rəqib ola biləcək bir alternativ təşəbbüs də var. Bu təşəbbüsün arxasında isə İtaliya, Pakistan, Kanada, İspaniya və Meksika dayanır. Onlar təklif edirlər ki, qeyri-daimi üzvlərin sayının 10 olması ilə yekunlaşmaq lazımdır. TŞ-nin genişlənməsinə qarşı ənənəvi olaraq Çin və ABŞ da çıxır. Rusiya isə əksinə düşünür. Moskva TŞ-nin "üçüncü dünya" ölkələrinin hesabına genişlənməsini istəyir. Çünki onların arasında Kremlin bir çox müttəfiqləri var. Prezident Obama bu iki islahat variantından birinə prinsipcə razıdır. Lakin proses hələ qalmaqdadır. Veto hüququnun taleyinin necə olması vəziyyəti çox qeyri-müəyyəndir. Yeni üzvlərə tamhüquqlu üzvlük statusunun verilməsi, yoxsa onlardan veto hüququnun alınması məsələsi ciddi fikir ayrılığı yaradır. Bu səbəbdən də Azərbaycanın BMT TŞ-yə üzvlüyü ilə bağlı yalnız islahatlar həyata keçirildikdən sonra danışmaq mümkündür. İstənilən halda BMT TŞ-yə üzvlüyə iddia edən MDB dövlətləri arasında mən Qazaxıstanı daha şanslı sayıram.
       
       
    Azad Əliyev
    Bu yazı 2358 dəfə oxunmuşdur.
    GAİP İranı ittihamladı
    Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) İran Milli Teleradio Şirkətinin rəsmi saytında Azərbaycan bayrağının təhqir olunması ilə bağlı bəyanat yayıb. Bu barədə "Həftə içi"nə GAİP-dən məlumat daxil olub. Bəyanatda deyilir ki, İran Milli Teleradio Şirkətinin rəsmi saytında yayımlanan videomaterialda Azərbaycanın bəzi dövlət qurumlarının sionistlərin nəzarətində olduğu vurğulanıb və Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı təhrif olunmuş formada göstərilib: "Bu təxribatçı şəbəkənin hədələyici siyasəti bir daha sübut edir ki, İran reyimi Azərbaycanın müstəqil dövlət kimi günü-gündən inkişaf etməsi, regionda və dünyada söz sahibi olan ölkə kimi tanınmasından olduqca narahatdır". GAİP-in mövqeyinə görə, İran Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan bu günə kimi din pərdəsi adı altında müxtəlif terrorçu dəstələr, cinayətkar qruplar, casus şəbəkələri vasitəsilə Azərbaycanın daxilində sabitliyi pozmağa cəhd göstərib və işğalçı Ermənistana hərtərəfli yardım edib: "Güney Azərbaycanda yaşayan 35 milyondan çox Azərbaycan türkünün ən ibtidai hüquqları pozulur, onların milli kimliyi inkar olunur, milli hüquqları uğrunda sivil mübarizə aparan gənc və ziyalı kəsim zindanlarda təzyiq və işgəncələrə məruz qalır". Partiya dünyada yaşayan Azərbaycan türklərinə, xüsusilə də müstəqil Azərbaycanın vətəndaşlarına müraciət edərək bildirir ki, İranın əsl mahiyyətini düzgün dəyərləndirsinlər və onun təxribatlarının gerçəkləşməsinə imkan verməsinlər: "İnanırıq ki, Azərbaycan Cümhuriyyətinin dövlət qurumları qanun çərçivəsində bu kimi təxribatların qarşısının alacaq".
       
       
    Elnur
    Bu yazı 98 dəfə oxunmuşdur.
    Gənc hüquqşünaslar arasında əlaqə yoxdur
    GÜrCÜstanda səfərdə olan Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Tamar Khidasheli ilə görüşüb. ASM-in mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, görüşdə M.Mütəllimli iki qonşu və qardaş ölkənin hüquqşünasları arasında əlaqələrin olmamasından təəsssüfləndiyini bildirib. O əlavə edib ki, belə əlaqələrin qurulması hər iki ölkədə insan hüquqlarının müdafiəsində, cəmiyyətin demokratikləşməsində, ölkələrimizin Avropaya inteqrasiyasında mühüm rol oynaya bilər. M.Mütəllimli etiraf edib ki, gənc hüquqşünasların formalaşmasında, cəmiyyətdə fəal mövqe tutmasında üzərlərinə məsul vəzifələr düşsə də, hələlik bu işin öhdəsindən layiqincə gələ bilməyiblər: "Bütün sahələrdə gənc nəslə yardım göstərmək vətəndaşlıq borcumuzdur və bu məsul, şərəfli missiyanı layiqincə həyata keçirməliyik. Ölkələrimizin gənclərini birləşdirən ən vacib məsələlərdən biri də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulmasıdır ki, gənclərimiz bu vacib sahədə hələ də öz səylərini birləşdirə bilməyiblər".
       
       Assosiasiya sədri T.Khidasheli də gənclər arasında əlaqələrin qeyri-qənaətbəxş olması fikirləri ilə razılaşdığını vurğulayaraq gördükləri işlər haqqında məlumat verib, iki ölkə gənclərinin birgə fəaliyyəti üçün Gürcüstan gənc hüquşünaslarının hazır olduqlarını bildirib. Qərara alınıb ki, yaxın vaxtlarda gənc hüquqşünasların təşəbbüsü ilə hər iki ölkə üçün xarakterik olan məsələlərlə bağlı birgə layihələr həyata keçirilsin.
       
       
    Bu yazı 103 dəfə oxunmuşdur.
    Saxlanılan gənclərin işi araşdırılıb
    İNSAN hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın ünvanına daxil omuş məlumatda, oktyabrın 5-də bir qrup gəncin metroda gediş haqqının qaldırılmasına etiraz etdiyi, iştirakçılardan bir neçə nəfərinin polis tərəfindən "Nizami" metro stansiyasının polis otağında saxlanıldığı bildirilib. Ombudsman Aparatından "Həftə içi"nə verilən məlumata görə, adıçəkilən qurumun çevik araşdırma qrupu həmin məsələni araşdırıb. Müəyyən olunub ki, metro hərəkəti qaydalarını pozduğuna görə 3 gənc saxlanılaraq Nəqliyyatda Baş Polis İdarəsinin "Nizami" metro stansiyasında yerləşən Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə gətirilib, orada onların ikisinə xəbərdarlıq edildikdən, biri isə xuliqanlıq hərəkətlərinə görə 50 manat cərimə olunduqdan sonra sərbəst buraxılıblar. Əldə olunan məlumata görə, həmin gənclər şöbədə 20 dəqiqəyədək saxlanılıblar.
       
       
    Bu yazı 97 dəfə oxunmuşdur.
    Masallı və Cəlilabadda təlimlər keçirilib
    "İNFORMASİYA Texnologiyaları Akademiyası" layihəsi çərçivəsində növbəti təlimlər Masallı və Cəlilabadda gerçəkləşdirilib. Bu barədə "Həftə içi"nə "İrəli" İctimai Birliyindən məlumat verilib. Masallıda və Cəlilabadda keçirilən təlimin açılış mərasimində rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və "İnformasiya Texnologiyaları Akademiyası" layihəsinin təmsilçiləri iştirak ediblər. Xatırladaq ki, layihə "İrəli" İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "HP", "Microsoft", "Bestkomp" şirkəti və digər qurumlar tərəfindən dəstəklənir.
       
       
       
       
       
       
    Əli
    Bu yazı 107 dəfə oxunmuşdur.
    Pxenyan altıtərəfli danışıqlara razılıq verdi
    Şimali Koreya nüvə proqramı ətrafında yaşanan problemin aradan qaldırılması üçün altıtərəfli danışıqlara qayıtmağa hazır olduğunu bəyan edib. Lakin bunun üçün o, ilkin şərt irəli sürüb: əvvəlcə Pxenyanla Vaşinqton arasında ilkin ikitərəfli müzakirələr uğurla nəticələnməlidir.
       
       Şimali Koreyanın bu mövqeyini ölkə başçısı Kim Çen İr Çinin Dövlət Şurasının baş naziri Ven Tszyabao ilə görüşdə açıqlayıb. Pxenyana səfəri çərçivəsində çinli qonağı qəbul edən prezident deyib: "Biz nüvə proqramı ilə əlaqədar çoxtərəfli danışıqların bərpasına hazır olduğumuzu bəyan edirik. Lakin bu, Amerika ilə aramızda aparılacaq ikitərəfli danışıqların gedişindən asılı olacaq".
       
       Şimali Koreyanın "STAK" agentliyi xəbər verir ki, Kim Çen İr Birləşmiş Ştatlarla Şimali Koreya arasındakı düşmən münasibətinin dəyişməsinin vacibliyini bildirib. O hesab edir ki, tərəflər arasında ikitərəfli danışıqlar vasitəsilə sülh əlaqələri qurulmalı və müzakirələr qırılmamalıdır.
       
       Qeyd edək ki, artıq ABŞ tərəfi də bunun mümkünlüyünü açıqlayıb. Kim Çen İrin sözügedən açıqlamasından sonra ABŞ Dövlət Departamentinin rəsmisi İen Kelli bildirib ki, Vaşinqtonla Pxenyan arasında ikitərəfli danışıqlarla yanaşı, Şimali Koreyanın nüvə proqramına dair yaranmış problemi həll etmək üçün altıtərəfli müzakirələr ən yaxşı mexanizmdir.
       
       Müşahidəçilər hesab edir ki, Çin, həmçinin Şimali və Cənubi Koreya mətbuatının geniş yer ayırdığı Çin rəsmisinin Pxenyana səfəri bu ölkənin apreldə altıtərəfli danışıqlardan birtərəfli qaydada çıxmaqla özünü saldığı "dalan"dan çıxmasına yardım edə bilər. Xatırladaq ki, apreldə Pxenyan danışıqlardan imtina etdikdən sonra nüvə sınağı, bir qədər sonra isə ard-arda müxtəlif məsafəli raketləri sınaqdan keçirməklə özünü daha da ciddi təcrid durumuna salıb. Onun mayda keçirdiyi raket sınağını hətta Çin də provokasiya adlandırıb və məhz bu, iki müttəfiq ölkə arasında münasibətlərin sərinləşməsinə səbəb olub.
       
       "Qolos Rossii" radiosunun məlumatına görə, iki kommunist ölkələri arasında diplomatik əlaqələrin qurulmasının 60 illiyi ilə əlaqədar Pxenyana yollanan Ven Tszyabaonun səfəri Şimali Koreyada böyük coşqu ilə qarşılanıb. Hava limanında onu qarşılamağa şəxsən ölkə prezidenti Kim Çen İr gəlib. Bununla da diktatorun səhhətində ciddi problemlərin olmasına dair məlumatlara da müəyyən qədər son qoyulub.
       
       Maraqlıdır ki, Pxenyanın nisbətən yumşaq açıqlamaları və danışıqlara hazır olması haqda bəyanatları ilə eyni vaxtda onun Yonbendəki 5 meqavat gücündə nüvə reaktorunun hazırlanması istiqamətində işləri bitirmək üzrə olduğu da məlum olub. Cənubi Koreyanın "Yonhap" agentliyinin məlumatına görə, artıq reaktorda son tamamlama işləri aparılır. Qeyd edək ki, bu, Şimali Koreyada nüvə başlıqları üçün piutoniumun istehsal edildiyi məlum olan yeganə obyektdir. "Röyters" xəbər verir ki, mütəxəssislər bu reaktorun tam gücü ilə işləməyə başlayacağı təqdirdə Pxenyanın hər il 1 atom bombası istehsal edə biləcəyini düşünür. Hazırda Cənubi Koreya və Birləşmiş Ştatların kəşfiyyatı Şimali Koreyada 10-dək bənzər tədqiqat və istehsal mərkəzlərinin olduğunu bildirir.
       
       Daha bir məlumatda bildirilir ki, Şimali Koreya raket buraxılışları üçün nəzərdə tutulmuş daha bir sınaq poliqonunun hazırlanması işlərini də başa vurmaq üzrədir. Pxenyan rəsmiləri hələ ki bu haqda deyilənlərə münasibət bildirməyiblər. Bununla yanaşı, Şimali Koreya atom silahı əldə etmək niyyətinin olmadığını, hətta qlobal tərk-silahın tərəfdarı olduğunu iddia edir.
       
       Xatırladaq ki, Pxenyanın nüvə proqramının dayandırılması istiqamətində danışıqlar 2003-cü ilin avqustunda iki Koreya, həmçinin Çin, ABŞ, Yaponiya, Rusiya nümayəndələri arasında başlanmışdı. O zaman Şimali Koreya ona göstəriləcək iqtisadi və enerji dəstəyi müqabilində nüvə proqramından imtinaya razılaşsa da, sonradan fikrini dəyişib. Son olaraq bu ilin iyulunda ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, vasitəçi dövlətlər Pxenyanın "onların masasından artıq qalan tikələrlə yaşamasına çalışır" və bu səbəbdən də Şimali Koreya danışıqlardan imtina edir.
       
       
    Cahangir Həsənl
    Bu yazı 115 dəfə oxunmuşdur.
    Vaşinqton Əfqanıstanı tərk etmək haqda düşünmür
    ABŞ administrasiyası hazırkı şəraitdə Əfqanıstandan öz hərbçilərini çıxartmaq haqda ümumiyyətlə, düşünmür. "İTAR-TASS"ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Robert Qibbs dünən düzənlədiyi brifinqdə bildirib. "Bu məsələ nəzəri baxımdan belə gündəmdə deyil. Bu, birmənalıdır", - deyə o qeyd edib. Mətbuat katibi bu variantın ötən həftə Ağ Evdə keçirilmiş məsləhətləşmələr zamanı birmənalı şəkildə rədd edildiyini deyib. Qeyd edək ki, bu günlərdə ABŞ-da Əfqanıstandan qoşunların çıxarılması tələbi ilə görünməmiş nümayişlər keçirilir. Ağ Evdə aparılan məsləhətləşmələr də iqamətgah önündə fəalların etiraz aksiyası ilə müşayiət olunub.
       
       
    Bu yazı 96 dəfə oxunmuşdur.
    Fələstində seçkilər təxirə salındı
    FƏLƏSTİNDƏ ümumi seçkilər təxirə salınıb. Əvvəlcə seçkinin gələn il yanvarın 25-də keçirilməsi nəzərdə tutulsa da, indi onun iyunun 25-i təşkil edilməsi qərara alınıb. "İTAR-TASS"ın bildirdiyinə görə, məlumatı muxtariyyətdəkı "məlumatlı mənbə" yayıb. Xəbər verilir ki, bu haqda qərar İordaniya kralı II Abdulla, Fələstin lideri Mahmud Abbas və Misirin xarici işlər naziri Əhməd Əbul Qeyt arasında aparılmış müzakirələr zamanı qəbul olunub. Artıq radikal HƏMAS qruplaşmasının da seçkinin təxirə salınması qərarını dəstəklədiyi bildirilir.
       
       
    Bu yazı 101 dəfə oxunmuşdur.
    Müxalifət Saakaşvilinin cəzalandırılmasını tələb edir
    GÜRCÜSTAN müxalifəti hesab edir ki, Cənubi Osetiyada ötən il baş vermiş müharibə ilə bağlı müstəqil ekspertlərin hesabatına əsasən ölkə prezidenti Mixail Saakaşvili cinayətkar elan edilməli və tribunala verilməlidir. "İnterfaks"ın məlumatına görə, müxalifət hesab edir ki, dövlət başçısı bu an cəzalanmasa, bu, yenidən "bütün region üçün yeni təhlükələr yaradacaq". Leyboristlər Partiyasının rəsmisi Nestan Kirtadze Brüssel və Vaşinqtonu təcili olaraq "Saakaşvilinin avantürist əməllərini araşdırmağa, onu ölkə rəhbərliyindən kənarlaşdırmağa çağırıb".
       
       
    Bu yazı 96 dəfə oxunmuşdur.
    Sabiq prezidentə 5 il həbs cəzası
    KOSTA-RİKANIN sabiq prezidenti Rafavel Kalderon haqqında həbs qərarı çıxarılıb. Korrupsiya və dövlət əmlakını mənimsəməkdə günahkar bilinən sabiq dövlət başçısı ömrünün 5 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. "Azadlıq" radiosunun məlumatına görə, məhkəmə Kalderonu prezident olan zaman Finlandiyadan tibbi avadanlıqların alınması üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə günahkar bilib. Qərara görə, Kalderon dövlətə ümumilikdə 700 min dollar ziyan vurub. 90-cı illərin əvvəllərində ölkəyə rəhbərlik etmiş və yenidən prezidentlik uğrunda mübarizəyə oşulmağı planlaşdıran Kalderon isə ittihamları rədd edir.
    Bu yazı 101 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3573)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17