Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Nümayəndə heyətimiz Moskvanın əleyhinə səs verməyib
    Gültəkin Hacıbəyli: "Rusiya kifayət qədər güclü bir ölkədir və onun AŞ-də olmasının faydası çoxdur"
    "Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında yaddaqalan məqam Rusiyanın qurumdakı səsvermə hüququnun əlindən alınmasını müzakirəyə çıxarmaq cəhdi oldu" - bu fikirləri "Həftə içi"nə açıqlamasında payız sessiyasının toplantısından geri qayıdan AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıbəyli səsləndirdi. Onun sözlərinə görə, bu məsələnin müəllifi qismində AŞ PA-dakı 80-ə yaxın deputat çıxış edirdi. Onlar Rusiyanın Cənubi Osetiya və Abxaziyadakı fəaliyyətini qurumun prinsiplərinə zidd sayaraq bu təşəbbüsü irəli sürüblər. Sessiyanın bir neçə günü də bu məsələnin müzakirəsinə həsr olunub. Həmçinin Gürcüstan - Rusiya müharibəsindən keçən bir il ərzində yaranan vəziyyətlə bağlı ayrıca dinləmələr keçirilib: "Bu məsələlərdə əks tərəfin də arqumentləri kifayət qədər ciddi idi. Rusiya nümayəndə heyəti vurğuladı ki, onlar hərbi güc deyillər. Gücləri əsasən diplomatiyadadır. Bu baxımdan Rusiyanın AŞ-dən təcrid olunması düzgün mövqe deyil. Rusiya AŞ-yə lazımdır.
       
       Hətta Gürcüstanla münasibətlərin normallaşdırılması üçün də bu vacibdir". G.Hacıbəyli vurğuladı ki, səsvermə zamanı avropalı parlamentarilər daha rasional mövqedən çıxış edərək Rusiya - Avropa münasibətlərində uçurum yarada biləcək addımdan çəkindilər. Buna baxmayaraq vurğulandı ki, Rusiya Gürcüstan siyasətinə yenidən baxmalıdır. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması Avropa prinsiplərinə uyğun deyil. Sessiyanın gedişində ümumilikdə bir çox məsələlər müzakirə olunub. Həmçinin qurumun yaradılmasının 60 illiyi də qeyd edilib: "Nümayəndə heyətimiz bütün məsələlərin müzakirəsində fəal olub. Bu fəaliyyətin əsasını isə həmişəki kimi Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalının yaratdığı fəsadlar, mədəni və tarixi abidələrimizin məhvi, oradakı ekoloji durum, keçiriləcək bələdiyyə seçkiləri və s. təşkil edirdi". Millət vəkili bildirdi ki, sessiya müddətində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məqamlardan biri də Türkiyə nümayəndə heyətinin sədri, Bakının yaxın dostu sayılan Mövlud Çavuşoğlunun AŞ PA-dakı Demokratlar Qrupunun sədri seçilməsi idi: "Sözsüz ki, bir türkün AŞ-nin siyasi qrupuna rəhbərlik etməsi hər birimiz üçün qürur mənbəyidir. Bu hadisəni bizim üçün əlamətdar edən digər məqam yanvarda Demokratlar qrupunun rəhbərinin böyük bir ehtimalla AŞ PA-nın sədri seçiləcəyidir. Əminəm ki, o bu seçkilərə AŞ-də "ikili standartlara yox" devizi altında qatılacaq. Qurumda özünü doğrultmayan yanaşmalar yavaş-yavaş aradan qaldırılacaq". Qeyd edək ki, Rusiya məsələsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin mövqeyi ilə bağlı bir-birinə zidd fikirlər səsləndirilib. Məsələyə aydınlıq gətirən G.Hacıbəyli bildirdi ki, Rusiya kifayət qədər güclü bir ölkədir və onun AŞ-də olmasının faydası olmamasından qat-qat çoxdur. AŞ-də olan Rusiya müəyyən dərəcədə dialoqa açıq bir ölkədir. Ona görə də, bu ölkə qurumda qalmalı və münasibətlərini davam etdirməlidir: "Eyni zamanda Rusiyanın separatçı rejimləri tanıması da yanlış bir yanaşmadır. Separatçı rejim problemi Azərbaycanın ərazisində də mövcuddur. Biz bu məsələyə həssaslıqla yanaşırıq. AŞ-nin bununla bağlı mövqeyi təqdirəlayiqdir, lakin bu, Rusiya ilə əməkdaşlıq zamanı nəticə verə bilər. Nümayəndə heyətimizin mövqeyi də məhz belədir. Prezident İlham Əliyev də bildirib ki, hər iki dövlət bizim dostumuzdur və onlar arasında münaqişə olmasını istəmirik. Bu baxımdan Azərbaycan sözügedən məsələlərdə neytral qalır". G.Hacıbəyli vurğuladı ki, nümayəndə heyətimiz bununla bağlı məsələlərdə nə Rusiya, nə də Gürcüstanın mövqeyinə səs verməyib. Lakin nümayəndə heyətinin hər bir üzvü Abxaziya və Cənubi Osetiya məsələsində Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. Azərbaycan nümayəndə heyətinin heç bir üzvü Rusiyanın səsvermə hüququnun əlindən alınması ilə bağlı səsvermədə iştirak etməyib. AŞ-də gedən bütün səsvermələrin nəticələri qurumun saytında yerləşdirilir.
       
       Onu da bildirək ki, Ermənistan nümayəndə heyəti sessiyanın gedişində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bir sənəd yaymağa çalışıb. G.Hacıbəylinin sözlərinə görə, bu addımla erməni nümayəndə heyəti AŞ PA-da bir daha özünü ifşa etdi. Qurumun proseduruna görə, nümayəndə heyətləri hər bir sənədi yaymamışdan əvvəl AŞ PA-nın prezidentinə müraciət edərək onun razılığını almalıdır. Bundan sonra katibliklə əlaqə yaradılıb bu sənədlər yayılmalıdır. Lakin Ermənistan nümayəndə heyəti AŞ-nin prinsiplərinə kobud şəkildə hörmətsizlik nümayiş etdirərək bu sənədlərin yayılması ilə məşğul olub: "Bununla da büroda özlərinə qarşı çox sərt tənqidlərin səsləndirilməsinə şərait yaratdılar. Sessiyanın ilk günü hər bir masada "Dağlıq Qarabağ həqiqətləri" adlanan bir albom gördük. Lakin oradakı materialların heç biri faktlara və tutarlı əsaslara söykənmirdi. Hədsiz dərəcədə primitiv və səviyyəsiz hazırlanmış kitabçalar və broşüralar idi. Orada Azərbaycanı işğalçı adlandırsalar da, hansısa rayonun adını çəkə bilməyiblər". Qurumun prezidentinə nümayəndə heyətimizin ünvanladığı müraciətdən sonra bu saxta sənədlərin yayılmasının qarşısı alınıb.
       
       G.Hacıbəyli qurumda ikili standartlar məsələsinə də toxundu. Vurğuladı ki, ikili standartlar son vaxtlar AŞ-nin siyasi fəaliyyət gündəliyinin də ana mövzusuna çevrilib. Avropa demokratiyasının aparıcı dövlətlərinin nümayəndələri də Azərbaycan deputatlarının qaldırdığı bu məsələyə ciddi dəstək verirlər: "Qurumun 60 illik fəaliyyəti ilə bağlı məruzənin müzakirəsi zamanı bu, qabarıq şəkildə özünü büruzə verdi. Nümayəndə heyətinin üzvləri qurumun gələcəyi barədə çox da nikbin fikirlər səsləndirmədilər. Mən ikili standartlarla bağlı qurumun Nazirlər Kabinetinin fəaliyyətdə olan sədrinə sual ünvanladım. Bildirdim ki, Rusiya - Gürcüstan münaqişəsinin üstündən bir il keçib və artıq şimal qonşumuzun səsvermə hüququnun əlindən alınması məsələsi gündəmə gətirilib. AŞ-da geniş dəstək də qazanıb. Lakin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən 17 il keçsə də, 2001-ci ildən - hər iki dövlətin quruma üzv qəbul olunmasından bəri bu məsələ bir dəfə də olsun AŞ-də qaldırılmayıb. Eyni zamanda Rusiya məsələsinin gündəmə gətirilməsinin digər bir səbəbi qurumun müvafiq qətnaməsinin tələblərinin yerinə yetirilməməsiylə bağlıdır. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ 2005-ci ilin yanvarında əsaslı qətnamə qəbul edib. Orada Ermənistan işğal altındakı ərazilərdən qeyd-şərtsiz çıxmağa çağırılır. Lakin son beş ildə AŞ bu qətnamənin tələblərinin yerinə yetirilməsi ilə bağlı heç bir müzakirələr keçirməyib". Nümayəndə heyətinin sədr müavini onu da bildirdi ki, məhz bu ikili standartların tətbiqindən başqa bir şey deyil. Hətta Gürcüstan hadisələrində ilk addımı Tbilisi atsa da, Qarabağ münaqişəsi ilə bağlı bunu söyləmək mümkün deyil. Çünki hadisələrə Ermənistan tərəfindən start verilib. Millət vəkilinin sözlərinə görə, AŞ-də bəzi deputatlar Ermənistanın xristian ailəsinin bir üzvü olduğunu əsas gətirərək hər zaman Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini yox, İrəvanın insanlığa zidd addımlarını dəstəkləyir. Bu isə AŞ-nin gələcəyinə inamı azaldır və Azərbaycanın qurumla münasibətlərinə kölgə salır.
       
       
    Azad Əliyev
    Bu yazı 110 dəfə oxunmuşdur.
    Güneyli ziyalılar AYB-də olublar
    Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edən Güney Azərbaycan ziyalıları ilə görüş keçirildi.
       
       İlk olaraq DAK sədri S.Rüstəmxanlı güneyli ziyalıları AYB sədri, xalq yazıçısı Anara təqdim etdi. Bundan əlavə, o, qonaqlara Anarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. Daha sonra çıxış edən Anar qonaqlara dəstək olduğunu, onların neçə illər ərzində vətəndən kənarda yaşadıqlarını, dərdlərinə şərik olduqlarını bildirdi: "Azərbaycan parçalanıb. Biz bölünmüş və eyni millətik. Bu mövzu da daim ədəbiyyatımızda işıqlanıb. Yəni dərdlərimizi heç zaman unutmamışıq". Daha sonra o, dünyaşöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahanini AYB-nin fəxri üzvü elan etdi.
       
       Görüşdə çıxış edən AYB-nin üzvü Əliyar Səfərli diqqətə çatdırdı ki, Güney Azərbaycanın təbliğatı zəif aparılır. Onun sözlərinə görə, Güney Azərbaycan üçün dərsliklər yaradılmalı, Azərbaycan dili qorunmalıdır. Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutlarında Güney Azərbaycanla bağlı tematik plan yoxdur. Həmçinin Azərbaycan diasporunun zəifliyinə diqqəti yönəldən Ə.Səfərli diaspora müraciətində dedi ki, Azərbaycanın tarixini, ədəbiyyatını, adət-ənənələrini, folklorunu, mədəniyyətini əks etdirən kitablar nəşr olunmalıdır.
       
       Bundan sonra görüş qarşılıqlı fikir mübadiləsi formasında davam etdirildi. Güneyli ziyalılar Azərbaycanın parçalanmasını, güneyli soydaşlarımızın hüquqlarının pozulmasını, onların ana dilində məktəblərinin olmamasını bildirdilər. Həmçinin vurğuladılar ki, eyni millət arasında mədəniyyət, ədəbiyyat sahələrində əlaqələr daha da güclənməli, Güney Azərbaycan istiqlaliyyətinə qovuşmalıdır. Görüşdən sonra mətbuat konfransı keçirildi.
       
       İlk olaraq çıxış edən S.Rüstəmxanlı bildirdi ki, cənublu ziyalıların səfərində məqsəd onları Azərbaycanın müstəqillikdən sonrakı uğurları ilə tanış etməkdir: "Bununla həm də müstəqilliyin verə bildiyi dəyərli hissləri gətirmək istəyirik. Digər məqsədimiz isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalıları diasporumuzun təşkilatlanması işinə daha da səfərbər etməkdir". S. Rüstəmxanlının sözlərinə görə, Azərbaycanda da Güney Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı mərkəzlərin yaradılmasına ehtiyac var: "Azərbaycan Milli Elmlər Akademiyasında onlarca gərəksiz institut fəaliyyət göstərir. Nəyə görə bir dənə Güney Azərbaycan İnstitutu, yaxud Güney Azərbaycan Araşdırmalar Mərkəzi olmasın?" AYB sədri Anar isə diqqətə çatdırdı ki, İranda azərbaycanlıların öz hüquqlarını əldə etməyin yeganə yolu ədəbiyyatdan keçir: "Bu dildə yazdıqlarımızı çap etmək hüququnu kimsə əlimizdən ala bilər, amma yazmaq hüququmuzu heç kim əlimizdən almır. Yazıçılar Birliyinin mətbuat orqanlarının qapıları güneyli ziyalılarımıza həmişə açıqdır".
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 114 dəfə oxunmuşdur.
    Nazir həmsədri qəbul edib
    DünƏn müdafiə naziri Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkeni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Həftə içi"nə bildirilib ki, nazir yeni həmsədrə fəaliyyətində uğurlar arzulamaqla yanaşı, qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar əvvəllər bir neçə həmsədr məşğul olub, ancaq münaqişənin həlli istiqamətində konkret bir nəticə hasil edilməyib. O, amerikalı yeni həmsədrin və onun həmkarlarının yaxın gələcəkdə işlərində müsbət nəticənin baş verəcəyinə ümid etdiyini bildirib. S.Əbiyev münaqişənin gecikdirilmədən aradan qaldırılmasının vacibliyini önə çəkərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından, işğalçıların torpaqlarımızdan geri çəkilməsindən kənarda həll variantı ola bilməz. Bunu bir sıra beynəlxalq sənədlər də açıq-aydın ortaya qoyur. BMT-nin qəbul etdiyi 4 qətnaməni xatırladan nazir bildirib ki, həmsədr ölkələr bu ədalətli qərarlara söykənərək Dağlıq Qarabağ probleminin dinc şəkildə nizamlanmasını tezləşdirə bilər. Əks təqdirdə bölgədə arzu edilməyən hadisələrin baş verməsi qaçılmazdır. Müdafiə naziri bu istiqamətdə birgə fəaliyyətin uzlaşdırılmasının vacibliyini amerikalı həmsədrin bir daha diqqətinə çatdırıb.
       
       
    Elnur
    Bu yazı 105 dəfə oxunmuşdur.
    Çeçen qaçqınlar Gürcüstan və Azərbaycana axışır
    Ölkəmizdə onların sayı 2,5 mindir
    Çeçenistandan çeçenlərin Cənubi Qafqaz və Avropa ölkələrinə axını davam edir. "Kavkaz uzel"in verdiyi məlumata görə, Gürcüstanın Qaçqınlar və Məskunlaşma Nazirliyi artıq hər il ölkəsinə gələn çeçenləri siyahıyaalma prosesini həyata keçirməyə başlayıb.
       
       
       
       Qeyd olunur ki, 1999-cu ilin sonu - 2000-ci ilin əvvəllərində bu ölkəyə gələn çeçenlərin sayı indiki illərə nisbətən çox olub və onlar Pankisi dərəsində yerləşdirilib. Onların sayı 3 mini ötüb. Nazir Koba Subelianinin tapşırığı ilə dekabrın 20-dək onların qeydiyyata alınması başa çatmalıdır. Bu dəfə onlar Gürcüstanın Axmeta rayonunda yerləşdiriləcəklər. "QHN" agentliyinin verdiyi məluata görə, Çeçenistandan hər il Gürcüstana 7 min çeçen köç edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən onların əksəriyyəti üçüncü ölkəyə göndərilir, qalanları isə Gürcüstan vətəndaşlığını qəbul edirlər. Nazirin sözlərinə görə, 2001-ci ildə qeydiyyata alınan 7 min çeçendən bir neçə yüzü Azərbaycan, Türkiyə və Avropanın digər ölkələrinə, bəzi ailələr isə Çeçenistana qayıdıblar. Avropa ölkələrinin Rusiyada fəaliyyət göstərən səfirliklərinin söylədiklərinə görə Avropada 150 min çeçen məskunlaşıb. Azərbaycanda məskunlaşan çeçenlər isə bir sıra problemlərlə üzləşirlər. Bu sırada onların qaçqın statusu ala bilməmələri önə çəkilir. Çeçen qaçqınların rəsmisi Ramzan Mollayev bildirib ki, onlar Azərbaycanda təhlükəsiz olsalar da, bir sıra çətinliklərlə üzləşiblər. Bəzi çeçenlərin hüquqları qorunmur. Onun sözlərinə görə, burada məskunlaşan çeçenlərin bəziləri hansılar ki rəsmi Moskvanın "qara siyahı"sındadırlar, Rusiyaya verilirlər: "Bizə hələ də Yusup Naqayevin taleyi məlum deyil" deyən R.Mollayev bildirib ki, əgər onlara vətəndaşlıq verilərsə onda burada müvəqqəti yaşadıqlarını unudacaqlar. O həmçinin bildirib ki, Azərbaycanda humanitar təşkilatlar çeçen qaçqınlarına Sankt-Peterburqda olduğundan yaxşı yardımlar edirlər. Onu da qeyd edək ki, Y.Naqayev 2008-ci ilin aprelində Bakıda həbs olunub. Bu şəxs Rusiya tərəfindən axtarışda olub və adam oğurluğunda ittiham edilib. Azərbaycanda isə çeçeçenlərin 2,5 min olduğu söylənilir. Bu rəqəmin artacağı da istina edilmir. Onu da bildirək ki, Ümumdünya Çeçenlər Konqresinin prezidenti Deni Teps Azərbaycanda olarkən çeçenlərin problemlərinin həlli ilə bağlı yerli dövlət strukturları ilə məsləhətləşmələr aparıb. O eyni zamanda Strasburqda prezident İ.Əliyevlə də görüşüb. Adıçəkilən təşkilatın Azərbaycandakı koordinatoru İsa Axyadov isə bildirib ki, son illər Azərbaycan rəhbərliyi çox müdrik siyasət yürüdərək çeçenlərin haqlarını yüksək səviyyədə qoruyur. Onun fikrincə, Rusiyaının təsiri ilə digər ölkələrdə məskunlaşan çeçenlər Azərbaycanda olduğu kimi yaşamırlar. Burada onlar üçün yaxşıdır.
       
       
    Elnur
    Bu yazı 108 dəfə oxunmuşdur.
    ABŞ erməniləri Sarkisyanı hədələdi
    ABŞ ermənilərinin ən iri qurumu sayılan Amerika Erməni Beynəlxalq Komitəsinin (ANCA) sədri Ken Hacikyan Ermənistan prezidenti Serj Sarkisyanı çox ağır xəyanətdə günahlandırıb. "Sabah.com.tr"in məlumatına əsasən, o, Sarkisyanla keçirdiyi görüşdə 10 oktyabrda imzalanması gözlənilən protokolları xətalı və təhlükəli adlandırıb. K.Hacikyan prezident Sarkisyandan açıq-aşkar "Türkiyənin təxribatına boyun əyməyə necə cürətin çatır" - soruşub. O, Sarkisyanla görüşdə ANCA-nın ABŞ-dakı erməni cəmiyyətlərinin çoxu ilə birlikdə Türkiyənin "Ermənistanın təhlükəsizliyinə xələl gətirəcək və erməni millətinə təhqir sayılacaq protokolları zorla sırıdığı üçün İrəvana etdiyi güclü təzyiqlərə müqavimət göstərəcəyini" bildirib. Xüsusən də sənəddə qeyd olunan "tarixçilərdən ibarət komissiya"ya qarşı çıxan Hacikyan protokollarda "Dağlıq Qarabağ Respublikası"nın öz müqəddəratını təyinetmə haqqının tapdandığını bildirib. Hacikyan sonda dövlət başçısına xüsusi xitabla xəbərdarlıq da etməyi unutmayıb: "Cənab prezident, protokollarla bağlı mövqeyiniz yanlış, təhlükəli və məsuliyyətsizdir. Ara-sıra verdiyiniz açıqlamalar isə bizə psixoloji təsir göstərmək məqsədi güdür".
       
       
    Vüsal
    Bu yazı 89 dəfə oxunmuşdur.
    MSK rəsmisi Polşaya gedəcək
    MƏrkƏzi Seçki Komissiyası (MSK) katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Polşaya səfər edəcək. MSK-nın mətbuat xidmətindən "Həftə içi"nə daxil olan məlumata görə, oktyabrın 7-dən 9-dək davam edəcək səfərdə məqsəd Varşavada ATƏT-in insan ölçüsünün tətbiqi üzrə keçiriləcək görüşündə iştirak etməkdir. Toplantıda iştirakçı ölkələrin seçki təcrübəsi ilə bağlı müzakirələr aparılacaq.
       
       
    Bu yazı 106 dəfə oxunmuşdur.
    AMİP rəhbərliyi İsveç səfərindən danışıb
    DünƏn Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) partiya rəhbərliyinin İsveçdə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda çıxış edən AMİP-in mətbuat və informasiya katibi Əli Orucov deyib ki, səfər çərçivəsində məqsəd İsveçdə təmsil olunan "Moderat" partiyası ilə dostluq münasibətlərinin daha da genişləndirilməsi, Azərbaycandakı vəziyyətlə bağlı məlumat vermək olub. Səfər zamanı AMİP rəhbərliyi İsveçin Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Olof Ehrenkrona, parlamentin xarici əlaqələr komissiyasının müdiri Valburqa Habsburq Douqle, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz münaqişələri üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker, ombudsman Karla Ramsbak və digər şəxslərlə görüşlər keçirib, Yarl Harmanson Fondunda, bir sıra bələdiyyələrdə olublar. Daha sonra "Moderat" partiyasının nəzdində olan Harmanson fondunda görüş olub: "Bu fond Azərbaycanda və müxtəlif ölkələrdə bir çox sahələr üzrə layihələr həyata keçirir. Görüşlərimizin sıx olmasına görə Azərbaycan icması ilə görüşə bilmədik, əvəzində isə türk icmasının rəhbəri Tomas (Cümhur) Gur bəylə görüşdük və son zamanlar aktual olan Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı müzakirələr apardıq". Ə.Orucov parlamentdə Avropanın Dağlıq Qarabağ üzrə həmməruzəçisi Qoran Lenmarkerlə görüşdüklərini bildirərək Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparıldığını nəzərə çatdırdı: "Qoran Lenmarker bizə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ probleminin açarı Azərbaycan və Ermənistan prezidentlərinin iradəsindən asılıdır. Eyni zamanda çəkinmədən bildirdi ki, bu problem həm də iki qütbün, yəni ABŞ - Rusiya münasibətlərindən asılıdır. Onu da qeyd edim ki, İsveçdə Qarabağ həqiqətləri ilə bağlı dolğun informasiyaya malik deyillər. Biz əyani təbliğat materiallarını əldə etmək üçün Əli Həsənovla əlaqə saxladıq. Lakin xahişlərimiz cavabsız qaldı. Əlimizdə faktlar olsaydı, onları düzgün təlimatlandırardıq".
       
       
    Bu yazı 106 dəfə oxunmuşdur.
    Taciklər səhvlərini düzəltdilər
    Tacikistanda fəaliyyət göstərən "Taciktelekom" rabitə operatorunun internet ünvanında beynəlxalq telefon danışıqlarının əks olunduğu tariflər bölməsində Dağlıq Qarabağ Ermənistanın tərkibində göstərilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Azərbaycanın Tacikistandakı səfirliyi məsələ ilə bağlı Tacikistanın Xarici İşlər, Nəqliyyat və Kommunikasiya Nazirliklərində müvafiq görüşlər keçirib. Səfirliyin apardığı müvafiq işlər nəticəsində "Taciktelekom" rabitə operatorunun internet ünvanındakı yanlış informasiya tez bir zamanda düzəldilib.
       
       
    Elnur
    Bu yazı 102 dəfə oxunmuşdur.
    Gəncədə uşaq əməyindən istifadəyə qarşı tədbirlər görülüb
    GƏncƏdƏ cari ilin ötən dövründə uşaq əməyindən istifadə ilə bağlı 6 neqativ hal qeydə alınıb. Bu barədə "SİA"nın Qərb bürosuna 7 saylı Bölgə Əmək Müfəttişliyinin statistika üzrə baş mütəxəssisi Məsmə Tağıyeva məlumat verib. O bildirib ki, qanuna zidd faktlarla əlaqədar obyekt sahiblərinə xəbərdarlıq edilib, neqativ halların qarşısı alınıb. "Ötən il müfəttişlərin yoxlamaları nəticəsində uşaq əməyindən istifadə halı aşkar edilməyib. Bu il qeydə alınan xoşagəlməz faktların isə qarşısı alınıb. Nəzarət davam edir", - deyə M.Tağıyeva qeyd edib.
       
       
       
       
    Bu yazı 101 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3574)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17