Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 046(1947)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Bu gün onun üzündən öpdünüzmü?
    Hər gün minlərlə uşaq öz valideynindən bu jesti gözləyir
    Yəqin ki, yazının başlığı çoxlarına tanışdır. Artıq 1 ilə yaxındır ölkənin əksər küçə və yollarında üzərinə bu sözlər yazılan lövhə çoxlarının diqqətini çəkir. Əslində isə lövhənin mahiyyəti hər gün minlərlə uşağın valideynindən bu qayğını gözləməsinə insanların diqqətini yönəltməkdir.
       
       
       
       Məlum olduğu kimi, ölkə başçısı uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ili "Uşaq ili" elan edib. Bu, ölkədə uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını, praktik fəaliyyətə əsaslandığını bir daha təsdiqləyir.
       
       Qeyd edək ki, bu, Azərbaycan üçün yenilikdir. Çünki hələ indiyədək uşaq problemlərinin həllinə dair bu şəkildə - dövlət səviyyəsində rəsmi qərar verilməmişdi.
       
       Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova hesab edir ki, 2009-cu ilin "Uşaq ili" elan olunması dövlətin bu sahəyə olan qayğısının göstəricisidir: "Uşaqlara dövlət himayəsi çox yüksəkdir. Təkcə Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi layihələr, gördüyü işlər dünyada bu sahə üzrə model üsullar kimi istifadə olunmaqdadır. Bu gün müəyyən sahələrdə uşaqların hüquqları pozulur. Ancaq bu o demək deyil ki dövlət uşaq problemlərindən kənardır. Əslində, bu ilin uşaqlara həsr olunması onların hüquqlarını pozanlara, vəzifəsindən sui-istifadə edənlərə bir mesajdır. Azərbaycanda uşaq yoxsulluğunun aşağı səviyyəyə gəlib çatması ölkədə gedən inkişaf prosesini göstərir. 10 il əvvəl deyirdik ki, yoxsulluq uşaqların internatlara düşməsinin əsas səbəbidir, ancaq bu gün bunu deyə bilmərik. Respublikada inşa edilən yeni təhsil ocaqları, sağlamlıq kompleksləri və onların ən müasir maddi-texniki baza ilə təmin edilməsi uşaqların inkişafına yönəlib. Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın gördüyü işlər örnək olunası fəaliyyətdir".
       
       Millət vəkilinin sözlərinə görə, uşaqları ictimai fikirdə, ətrafdakıların onlara münasibətində yeni mərhələ gözləyir: "Bu işdə bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, bələdiyyələrlə bağlı qanuna əlavə və dəyişikliklər ediləndən sonra bu məsələ həllini tapacaq. Əgər uşaqların hüquqlarının müdafiəsi ilə bağlı tam mənzərə formalaşdırmaq və görmək istəyiriksə, əvvəlcə bütün aidiyyəti strukturların bu işdə harmonik fəallığını təşkil etməyə nail olmalıyıq".
       
       "Uşaq ili" çərçivəsində kütləvi informasiya vasitələrinin fəaliyyətinə də toxunan millət vəkili bu işdə xüsusilə yazılı mətbuatın fəaliyyətini vurğuladı, telekanallarda isə məsələ ilə bağlı o qədər də təbliğati işlərin aparılmadığını dedi. G.Əhmədovanın sözlərinə görə, məsələ ilə bağlı çevik siyasət yürüdülməlidir. Yəni problemi həll etmək deyil, onu qabaqlamağı bacarmaq lazımdır.
       
       
       
       Uşaq hüquqları dövlət
       
       siyasətinin prioriteti kimi
       
       
       
       Həmişə yüksək qayğı və nəvazişlə əhatə edilən uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi zərurəti kimi müasir dövrdə hər bir dövlətin üzərinə uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoyur. Hər bir dövlət sağlam gələcəyi naminə körpələrin yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmlərinin yaradılması isə ilk növbədə onların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkilini nəzərdə tutur. Uşaqların qayğılarına, problemlərinə beynəlxalq səviyyədə də xüsusi diqqət yetirilir. 1950-ci ildən başlayaraq hər ilin 1 İyun tarixi beynəlxalq səviyyədə Uşaqların Müdafiəsi günü kimi qeyd olunur.
       
       Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial-mənəvi mühitin hökm sürdüyü cəmiyyətə layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi, azyaşlı körpə və yeniyetmələrin zəngin daxili potensialının, dünyagörüşünün formalaşmasına imkan verən yaradıcı atmosferin formalaşdırılması son 15 ildə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməklə özündə yüksək humanist dəyərləri ehtiva edib. Azərbaycan uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" konvensiyasına qoşulub. Milli Məclisdə 1998-ci ildə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib.
       
       
       
       Yüksək qayğı nümunəsi
       
       
       
       Humanizm və yüksək insani dəyərlərə hörmət prinsipinə əsaslanan bu siyasət son illərdə dövrün tələbləri səviyyəsində davam etdirilir. Şübhəsiz, yalnız təhsilli, savadlı və ictimai həyatda fəal olan uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Bu reallıq düzgün dəyərləndirilərək uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının yüksək səviyyədə təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir. Respublikamızda elm və təhsilin davamlı inkişafında, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da öz sözünü deyir. Fondun yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olmasına yönəlib. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən 5 ildə respublikanın müxtəlif bölgələrində 237 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilib, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 40-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir edilib. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
       
       
       
       Uşaqların virtual
       
       məkanda mühafizəsi
       
       
       
       Milli mədəniyyətin, mental ənənələrin assimilyasiyaya, yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə edilməsi, sağlam əxlaqi mühitdə yetişməsi də aktual məsələlərdən biridir. Son 10 ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının hərtərəfli tətbiqi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, kompüterləşmənin geniş vüsət alması, internetin keyfiyyətinin yüksəldilməsi uşaq hüquqlarının müdafiəsi sahəsində yeni imkanlar açıb. Qloballaşmanın, virtual məkanın cəmiyyətə gətirdiyi yeni reallıqlar uşaqların sağlam ruhda, yüksək milli-mənəvi və ümumbəşəri humanist dəyərlər əsasında təlim-tərbiyəsinə də yeni baxış tələb edir. Hazırda dünya üzrə internet istifadəçilərinin sayı təxminən 1,5 milyard nəfər təşkil edir. "Microsoft" şirkətinin açıqladığı statistik məlumatlara görə, bu istifadəçilərin 50 faizindən çoxu 8 - 15 yaşındadır. Məhz buna görə də müasir dövrdə uşaq problemlərinin həlli baxımından vacib məsələlərdən biri də uşaqların virtual məkanda hüquqlarının qorunmasıdır. Təcrübə göstərir ki, bütün dünya ölkələrində uşaq və yeniyetmələr virtual məkanın imkanlarından istifadə zamanı öz dünyagörüşünə, mənəviyyatına zidd olan informasiyalarla qarşılaşır, nəticədə mənəvi-psixoloji sarsıntılara məruz qalırlar. Hazırda bu problem bütün dünya dövlətlərini düşündürdüyündən uşaq hüquqlarının virtual məkanda qorunması ilə bağlı müxtəlif təkliflər, ideyalar irəli sürülür. 2008-ci il noyabrın 12 - 13-də BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qlobal informasiya təhlükəsizliyi üzrə xüsusi proqramın qəbulu da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın məqsədi dünya ictimaiyyətinin diqqətini informasiya təhlükəsizliyinə cəlb etməkdir. Proqram çərçivəsində uşaqların virtual məkanda mühafizəsini gücləndirmək üçün mühüm müddəalar öz əksini tapıb.
       
       
       
       Milli uşaq portalları olmalıdır
       
       
       
       Uşaq və yeniyetmələrin internetdən istifadə edərək virtual məkanın dərinliklərinə "baş vurması" müsbət cəhətləri ilə yanaşı, bəzən onların normal təlim-tərbiyəsinə, təhsilinə, istirahətinə problemlər də yaradır. Bir vaxtlar uşaqların kompüter texnologiyalarına meyillənməsindən məmnunluq hissi keçirən valideynlər indi onların internet-klublarda saatlarla vaxt keçirməsindən, kompüter asılılığına düşməsindən haqlı olaraq narazılıq edirlər. Müşahidələr göstərir ki, xüsusən də iri şəhərlərdə yaşayan uşaqlar əyləncə və digər məqsədlərlə internet-klublarda həddən artıq çox vaxt keçirir, onların təhsili və dünyagörüşü baxımından məqsədəuyğun olmayan saytlara daxil olurlar.
       
       Məsələnin problemli tərəfi həm də bundadır ki, virtual məkanda saatlarla vaxt keçirən uşaq və yeniyetmə internetdə ana dilində ona faydalı olan informasiya resurslarını, məlumatları əldə edə bilmir. Ölkədə son illərdə informasiya cəmiyyətinin çox yüksək sürətlə qurulması, İKT-nin inkişafı, internetin geniş yayılması üçün məqsədyönlü və ardıcıl tədbirlərin keçirilməsinə rəğmən, ana dilində fəaliyyət göstərən uşaq portalları hələ də yox dərəcəsindədir. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, mədəniyyətini dolğun şəkildə özündə ehtiva edən portalın yaradılması sabahın gəncliyinin bu gündən sağlam ruhda tərbiyə olunması baxımından vacibdir. Uşaqların yaradıcı potensialının aşkarlanması, milli-mənəvi ideallara bağlılığı baxımından tapmaca, rəvayət, nağıl, əfsanə, bayatı və digər folklor janrlarından istifadə son dərəcə əhəmiyyətlidir. Bu folklor nümunələrinin uşaqlar üçün nəzərdə tutulmuş portalda yerləşdirilməsi onların təlim-tərbiyəsində mühüm rol oynaya bilər.
       
       Virtual məkanın istənilən terror-təxribat qrupları, mütəşəkkil cinayətkarlar, separatçı qüvvələr, dini sekta və icmalar üçün açıqlığını nəzərə alaraq ana dilində uşaq saytlarının artmasına, uşaqlar üçün maraqlı informasiya dünyasının yaradılmasına çalışmaq lazımdır. Qeyri-hökumət təşkilatları, elmi qurumlar bu sahədə təşəbbüskarlığı artırmalı, uşaq saytlarının yaradılması ilə bağlı layihələr həyata keçirməlidirlər.
       
       İnanırıq ki, "Uşaq ili" çərçivəsində reallaşmayan bəzi planlar üçün aidiyyəti qurumlar əlavə imkanlar açaraq cəmiyyətin potensialını bu sahədə səfərbər edəcək, uşaqların hüquq və azadlıqlarının etibarlı təminatı sisteminin formalaşmasına kömək göstərəcək.
       
       
       
       
       
       Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
       
       "2009-cu il "Uşaq ili"dir" mövzusu üzrə müsabiqəyə təqdim edilir.
       
       
       
       
       
       
    Naibə Qurbanova
    Bu yazı 4216 dəfə oxunmuşdur.
    Arxiv
    Milli fəaliyyət planının icrası araşdırıldı
    Bu gün onun üzündən öpdünüzmü?
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşün önəmli əhəmiyyət daşımasının səbəblərindən biri də onun Türkiyə ilə


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3575)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3465)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3411)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3405)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3266)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17