Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Yanukoviç Qarabağ məsələsindən uzaq duracaq"
    Vladimir Kornilov: "Kiyev və Tbilisi Bakını avantürist layihələrə cəlb etmək istəyirdilər"
    MDB Dövlətləri İnstitutunun Ukrayna filialının rəhbəri, ekspert Vladimir Kornilovun "Həftə içi"nə eksklüziv müsahibəsi

    Ukraynada Regionlar Partiyasının sədri Viktor Yanukoviçin prezident seçilməsindən sonra bölgədə geosiyasi baxımdan ümumi vəziyyətə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər bu amilin Qərb dövlətlərinin postsovet məkanındakı planlarının əhəmiyyətli dərəcədə zəifləyəcəyini, MDB-nin isə dirçələcəyini söyləyirlər. Artıq Yanukoviçin xarici siyasət kursunda Rusiyaya doğru istiqamətlənəcəyi onun fəaliyyətində də təsdiqini tapıb. Qeyd edək ki, Ukrayna Azərbaycanın ən yaxın strateji tərəfdaşlarından sayılır.
       
       GUAM çərçivəsində Bakı və Kiyevin müxtəlif məsələlərlə bağlı mövqeləri tamamilə üst-üstə düşür. Lakin Ukraynanın yeni rəhbərliyi bu birliyə qarşı çıxdığını artıq səsləndirib. Bütün qeyd olunan məsələlərlə bağlı suallarımızı isə MDB Dövlətləri İnstitutunun Ukrayna filialının rəhbəri, ekspert Vladimir Kornilov cavablandırır:
       
       - Azərbaycan və Ukrayna arasındakı münasibətləri Viktor Yuşşenkonun hakimiyyəti illərində o qədər də konstruktiv adlandırmaq olmazdı. Bu münasibətlər əsasən perspektivi olmayan GUAM formatında qurulurdu. Həm də Yuşşenkonun hakimiyyəti illərində Kiyev və Tbilisi Bakını istənilən yolla Rusiyadan yan keçən neft-qaz kəmərlərinin tikintisi kimi avantürist layihələrə cəlb etmək istəyirdilər.
       
       -Yanukoviçin prezident seçilməsinin ardından Ukraynanın Azərbaycana münasibətdə xarici siyasət kursunda hansısa dəyişikliklər baş verəcək?
       
       
    - Fikrimcə, ölkəyə yeni prezidentin gəlişi ilə tezliklə Ukraynanın yeni xarici işlər nazirinin adı da məlum olacaq. Kiyev Bakı ilə ikitərəfli dialoqları bərpa etmək üçün çalışacaq. Lakin bu dəfə GUAM və Gürcüstan prezidenti Mixail Saakaşvilinin xidmətlərindən istifadə edilməyəcək. Hamı anlayır ki, Ukraynanın yeni xarici siyasətinin əsasında ilk yeri Rusiya ilə münasibətlərin normallaşdırılması tutur. Kiyevin ilk səyləri məhz Moskva ilə tərəfdaşlıq, dostluq münasibətlərinin normallaşdırılmasına istiqamətlənəcək. Rəsmi Kiyev bu məsələdə əlindən gələni və ondan asılı olan hər şeyi edəcək ki, Moskvaya Yuşşenkonun hakimiyyəti illərində əsası qoyulan antirusiya siyasətinin hələ də davam etdirilməsi ilə bağlı iddialar səsləndirməsi üçün bəhanələr verməsin.
       
       - Ukraynanın yeni prezidenti dövlət başçısı seçilməzdən əvvəl GUAM-ın perspektivlərinə inanmadığını söylədi. Bu barədə nə düşünürsünüz?
       
       
    - Kiyev keçmiş SSRİ dövlətlərinə və postsovet məkanındakı müxtəlif inteqrasiya layihələrinə münasibətdə bütün addımlarını və fəaliyyətini Rusiya ilə əlaqələrin normallaşdırılması ilə razılaşdırmağa çalışacaq. Əgər tərəzinin bir gözündə hansısa respublika ilə əməkdaşlıqdan ani olaraq bir neçə milyon dollarlıq gəlir gətirən məqam, digər gözündə isə Rusiya ilə əməkdaşlıqdan gələcək çoxmilyardlı mənfəət dayansa, Yanukoviçin tərəzinin hansı gözünü seçəcəyi aydındır. Fikrimcə, Azərbaycan, Moldova və Ukrayna heç bir həyati əhəmiyyət daşımayan GUAM-ı qoruyub-saxlamaq bahasına Rusiya ilə dostluq münasibətlərini riskə almağa dəyib-dəymədiyini götür-qoy etməlidir. Əgər bu təşkilatda yalnız "G" qalsa, Tbilisidən başqa heç kim inciməyəcək.
       
       - Yanukoviçin prezidentliyi dönəmində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ukraynanın mövqeyində hansısa dəyişikliklərin baş verməsi mümkündür?
       
       
    - Yanukoviçin yaxın vaxtlarda Abxaziya, Dnestryanı, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişəsi kimi kəskin və birmənalı olmayan məsələlərdən uzaq duracağını düşünürəm. Ukrayna prezidentinin bu yaxınlarda "Euronews" kanalına müsahibəsində Cənubi Qafqaz münaqişələri ilə bağlı səsləndirdiyi fikirlər də bu ehtimalı bir daha təsdiqləyir.
       
       - Artıq Ukraynada dediyiniz kimi, Rusiyaya daha çox meyl edən bir siyasətçi dövlət başçısı vəzifəsini tutub. Bu amil MDB-nin gələcəyinə hansı təsiri göstərəcək?
       
       
    - Ümid edirəm, Yanukoviçin hakimiyyətə gəlişindən və Ukraynanın xarici siyasət kursunda ciddi dəyişikliklərdən sonra MDB çərçivəsində inteqrasiya prosesləri sürətlənəcək. Əgər Ukraynada baş nazir postuna "Vahid iqtisadi məkan" ideyasının əsas təşəbbüskarlarından olan Nikolay Azarov təsdiqlənsə, bu layihə də mütləq həyata keçirilməyə başlayacaq. Məlumdur ki, MDB çərçivəsində bir neçə effektli işləyən və mənfəət verməyə başlayan iqtisadi layihələr reallaşsa, bu, təşkilatın siyasi və ideoloji anlamda bütün layihələrinə yeni impuls verəcək. Ukraynanın bu layihələrdə rolu həlledici ola bilər.
       
       
    Azad Əliyev
    Bu yazı 2051 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    Ən çox bal toplamış abituriyentlərimiz (4)
    Dövlət onların xaricdə təhsillə bağlı bütün xərclərini ödəyəcək
    İsa Qəmbərə ağır ittiham (32)
    Əli Əliyev: "Onun oynadığı oyunlar bütün Azərbaycanın əleyhinə yönəlib"
    Borçalının xaç problemi (56)
    Fəxri Hacıyev: "Bu məsələ səfirliklə yanaşı, ictimai təşkilatlar tərəfindən də qaldırılıb"
    AMİP heç kimə satılmayıb (65)
    Yusif Bağırzadə: "AXCP-Müsavat birliyi uğursuz layihədir"
    11.159 nəfər işlə təmin edilib (166)
    Elnur Kələntərli: "51 əcnəbiyə verilmiş fərdi icazə ləğv edilib, 340 əcnəbiyə isə fərdi icazə verilməyib"
    "Televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir" (179)
    Hüseyn Dinləməz: "Türkiyədə bir televiziyadan digərinə 1 milyon dollara işçi transfer edilir"
    "Güneyin istiqlalına bütün variantlarda baxmalıyıq" (189)
    Sabir Rüstəmxanlı: "Bu istiqamətdəki müxtəlif ideyaları qarşı-qarşıya qoymamalıyıq"
    Bizim üçün ikiqat bayramdır (336)
    Bu gün "Həftə içi"nin 12 yaşı tamam olur
    Müşfiq Əmirov: "Əslində, 22 iyul bütün peşə işçilərinin bayramıdır" (196)
    "Qaynar xətt"ə daxil olan müraciətlər cənab nazirə məruzə olunur və tədbir görülür"
    "Reket" qəzetlər "Azərbaycan" nəşriyyatından çıxarılacaq (202)
    Bəsti İsmayılova: "Mətbuatda təmizlənmə və islahatlar hökmən aparılmalıdır"
    "Ermənilər müharibədən daha çox çəkinir" (218)
    Arif Əliyev: "Ermənistanda nadir ailə tapmaq olar ki, kənardan gələn yardımdan həyat səviyyəsini qaldırmaq üçün istifadə etməsin"
    "Azərbaycan muğamına vurğunam" (227)
    Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçin "Həftə içi"nə eksklüziv müsahibəsi
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (201)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    Həmsədrlər münaqişənin həllində maraqlı deyillər (221)
    Eldar İbrahimov: "Beynəlxalq təşkilatların nümayəndələri bizə deyirlər ki, ermənilər yazıqdır, onlara kömək edin"
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (196)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    "Qurdlar vadisi"nin nəhəng üçlüyü (278)
    "Tamaşaçıları ən çox maraqlandıran qırmızı kitabın içində KPSS imtahanlarının sual kitabçası var idi"
    İmkanım olsaydı, azərbaycanlıların ruhu qarşısında diz çökərdim (284)
    Vladimir Mixayloviç Litvin: "Biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq"
    "Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb" (331)
    Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı "Trend"ə müsahibəsi
    "Jurnalist üçün iş günü və iş otağı olmur" (337)
    Bəxtiyar Sadıqov: "Mərhum Heydər Əliyevin bu fikirlərində doğrudan da həqiqət var"
    "Nazirlikdəkilərin əksəriyyətinin teatr haqda təsəvvürləri belə yoxdur" (332)
    "Pro-Sent"in rəhbəri Ələkbər Tağızadə hesab edir ki, Rusiyadan dəvət olunanlar arasında bizə istehza ilə yanaşan rejissorlar var
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57   58   59   60   61   62   63   64   65   66  


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik.


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17