Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Mərhələ adlasaq, bu, sürpriz kimi qəbul olunmamalıdır"

    Bu həftə Avropa kuboklarında klublarımızı növbəti sınaq gözləyir. Çempionlar Liqasında "Bakı", Avropa Liqasında isə "Qarabağ" ilk oyunlarını keçirəcəklər.
       
       
       
       Təcrübəli mütəxəssis Vaqif Sadıqov LİVESPORT.AZ saytına verdiyi müsahibədə qitəmiqyaslı turnirlərdə təmsilçilərimizin uğurlarına və qarşıdakı oyunlarına münasibət bildirdi.
       
       - "Bakı" və "Qarabağ" Avropa kuboklarında mərhələ adladı. Klublarımızdan bu nəticələri gözləyidinizmi?
       
       - Püşkatmadan sonra çoxları "Bakı"nın bəxtinin gətirdiyini, "Qarabağ"ın isə çətin rəqiblə düşdüyünü söyləyirdi. Amma nəticələr bizim üçün sevindirici oldu. Hər iki klub işinə peşəkarcasına yanaşaraq, ölkəmizin nüfuzu yüksəltdi. Komandaların göstərdiyi oyunu nəzərə alsaq, uğurun davamı gəlməlidir.
       
       - Çempionumuz 3-cü mərhələdə "Levski" ilə qarşılaşacaq. "Bakı"nın şanslarını necə qiymətləndirərdiniz?
       
       - "Bakı" ötən mərhələdə ilk matçını səfərdə keçirmişdi. Bu dəfə isə əvvəlcə doğma publika önündə oynayacaq. Düşünürəm ki, komandanın baş məşqçisi Cokiça Hacıyevski planlarını məhz bu amil üzərində quracaq. Bütün suallara iki oyunun nəticəsindən sonra aydınlıq gələcəyini nəzərə alsaq, ilk növbədə paytaxtımızda uğurlu nəticə qazanmalıyıq. Etiraf etməliyik ki, rəqib komanda çox güclüdür. "Levski" böyük ənənələri olan klubdur. Bununla belə, tərəflərin şansları bərabərdir. "Bakı" "Ekranas"la görüşdə nəyə qadir olduğunu sübuta yetirib. Mərhələ adlasaq, bu, sürpriz kimi qəbul olunmamalıdır.
       
       - Sabah komandamızın heyətində "Ekranas"la görüşün qəhrəmanlarından Xalidu Sissoko və Bəxtiyar Soltanov oynamayacaqlar. Bu amil "Bakı"nın oyununa təsir edə bilərmi?
       
       - Sissoko "Bakı"nın kapitanı və lideridir. O, "Ekranas"la görüşlərdə çılğınlığı sayəsində sarı vərəqələr aldı. Gənc Bəxtiyar Soltanov isə bu oyunlarda yeni tapıntı oldu. Bununla belə, adıçəkilən futbolçuların meydana çıxmaması "zolaqlılar"a təsir edə biməz. Çünki komandanın heyətində rəqabət böyükdür. Hər mövqedə meydana çıxmağa layiq oyunçular var. "Bakı"nın əsas üstünlüklərindən biri məhz budur.
       
       - Vaqif müəllim, "Bakı"nın legionerləri çıxışı barədə çox danışılır. Uğurda onların payı çoxdurmu?
       
       - Klub rəhbərliyin işinə peşəkarcasına yanaşdığını qeyd etməliyik. Həqiqətən "Bakı" yüksək səviyyəli transferlər həyata keçirib. Bütün mövqələrdə çıxış edən futbolçularını hazırlığı əla səviyyədədir. Əvvəlki müsahibələrimdə qeyd etmişdim ki, "Bakı" oyundan-oyuna daha yaxşı çıxış edəcək. Düşünürəm ki, sabah biz çempionumuzun heyətində daha gözəl və məzmunlu oyun izləyəcəyik. Vurğuladığım amildə komandanın baş məşqçisi Cokiça Hacıyevskinin əməyi böyükdür.
       
       - "Qarabağ" haqqında danışaq. "Rusenborq"u müarizədən kənarlaşdıran komandamız "Honka" səddini də aşmaq gücündədir.
       
       - "Qarabağ" şanlı tarix yazaraq, bir çox şeyi sübuta yetirdi. Güclü "Rusenborq"la görüşlərdə Ağdam klubunun göstərdiyi nəticə alqışalayiqdir. Hələ Norveçdəki oyundan sonra futbolçularımızın əzmkarlığını və göstərdiyi oyunu vurğulamışdım. Sevindirici hal odur ki, "Qarabağ" təsadüf nəticəsində deyil, diqqətli və gözəl oyunla məqsədinə nail oldu. Komandanın heyətində gənc və perspektivli futbolçular çıxış edirlər. Yığmamızın əksər üzvlərinin məhz "Qarabağ"ın şərəfini qoruduğunu nəzərə alsaq, Avropa kuboklarındakı oyunlar onların təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edir. "Honka" "Rusenborq"dan zəif rəqibdir. Komanda Finlandiya çempionatında 4-5-ci pillələrdə qərarlaşıb. Məndə olan məlumata görə, klubun heyətində yığmanın şərəfini qoruyan bir futbolçu var. Bunlara baxmayaraq, futbolçularımız əvvəlki mərhələdəki kimi ciddi və soyuqqanlı olmalıdırlar.
       
       - Sizcə, hansı komandamızın mərhələ adlamaq şansı daha yüksəkdir?
       
       - Proqnoz vermək çox çətindir. Məncə, hər iki klubumuz gördükləri işlərin faydasını əldə edəcəklər. Həm "Bakı", həm də "Qarabağ" daha uğurlu nəticələr əldə etməyə layiqdirlər.
    Bu yazı 192 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Cüdoçularımız 5 medal qazandılar (187)
    Püşkatma avqustun 3-nə təyin olundu (190)
    "Milliyə yeni simalar cəlb oluna bilər" (183)
    Eto""O "Barsa"dan getdi (188)
    "Kriştiano qız kimidir" (204)
    Deku olmasın, Dos Santos olsun (200)
    Hakimlərimiz də Türkiyəyə gedirlər (196)
    "Mərhələ adlasaq, bu, sürpriz kimi qəbul olunmamalıdır" (192)


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik.


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17