Asma xəstəsi özünü güllələdi
DÜNƏN Sumqayıt Səthi Aktiv Maddələr Zavodunun direktor müavininin oğlu intihar edib. Bu barədə "Həftə içi"nə məlumat DİN-in mətbuat xidmətindən verilib. Məlumata görə, hadisə Sumqayıt şəhərinin Saray bağlarındakı 42/72a saylı bağ evində baş verib. Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Hamlet Samir oğlu Manafov 12 mm kalibrli ov tüfəngi ilə başına atəş açaraq özünü güllələyib. Nazirlikdən H.Manafovun intihar etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilməsə də, yalnız bildirilib ki, o, astma xəstəliyindən əziyyət çəkirmiş. Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda CM-in 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.