
2009-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən ölkədə kriminogen durum nəzarətdə saxlanılıb. Bu barədə "Həftə içi"nə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilib.
Məlumata görə, hesabat dövründə respublikada 11.175 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +837 və ya 8,1 faiz), o cümlədən daxili işlər orqanları tərəfindən 10.678 (+746; 7,5 faiz) cinayət qeydə alınıb. DİN sistemi üzrə qeydə alınan cinayətlərin 4678-i (43,8 faiz) böyük ictimai təhlükə törətməyən, 4835-i (45,3 faiz) az ağır, 1165-i (10,9 faiz) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınan cinayətlərin strukturunda 3763 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +206 və ya 5,8 faiz) şəxsiyyət əleyhinə, 3026 (+368; 13,8 faiz) iqtisadi sahədə törədilən, onlardan 2938 (+335; 12,9 faiz) mülkiyyət əleyhinə, 3438 (+84; 2,5 faiz) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 451 (+88; 24,2 faiz) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Qeydiyyata alınan hər 2 cinayətdən 1-i az ağır, hər 6-sı isə oğurluq və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Daxili işlər orqanları tərəfindən qeydə alınan cinayətlərin - onlardan qaçaqmalçılıq cinayətlərinin 100 faiz, şəxsiyyət əleyhinə cinayətlərin 97,1 faiz, seksual xarakterli zorakılıq hərəkətlərinin 95,2 faiz, ekoloji cinayətlərin 95,1 faiz, mənimsəmə və israfetmə cinayətlərinin 95,0 faiz, insan alveri ilə bağlı cinayətlərin 94,3 faiz, narkotik vasitələrlə bağlı cinayətlərin 93,9 faiz, zorlamaların 93,8 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,5 faiz, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,1 faiz, xuliqanlıqların 92,7 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların 92,1 faiz, dələduzluq cinayətlərinin 89,9 faiz, qəsdən adamöldürmələrin 84,7 faiz, hədə-qorxu ilə tələb etmələrin 80 faiz, adam oğurluqlarının 72,7 faiz, soyğunçuluq cinayətlərinin 68,8 faiz açılması təmin edilib.
2009-cu ilin yanvar-iyun aylarında cinayətkarlığın dinamikası - qəsdən adamöldürmə 9,9 faiz (-8; 73-81), quldurluq 22,8 faiz (-26; 88-114), insan alveri 25,8 faiz (-63; 181-244), adam oğurluğu 6,7 faiz (-1; 14-15), hədə-qorxu ilə tələbetmə 18,2 faiz (-4; 18-22) və dələduzluq cinayətinin 2,1 faiz (-14; 649-663) azalma ilə xarakterizə olunub, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb. Ağır və xüsusilə ağır cinayətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 (+0,8 faiz; 1165-1156), az ağır cinayətlər 318 (+7,0 faiz; 4835-4517), oğurluq 370 (+26,1 faiz; 1790-1420), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi 88 (+5,3 faiz; 1745-1657), soyğunçuluq 28 (+16,9 faiz; 194-166) fakt artıb.