Avropanın gənc
"yaşılları" Bakıya gəlir
Avropa Gənc Yaşıllar Federasiyası nümayəndələrinin bu gündən Azərbaycana səfəri başlayır. "Avropanın gənc "yaşılları" Bakıda beşgünlük səfər çərçivəsində Azərbaycan Yaşıllar Partiyasının fəaliyyəti ilə tanış olacaqlar" - "Trend"ə Yaşıllar Partiyasının sədri Mais Güləliyev məlumat verib. Onun sözlərinə görə, partiyanın gənclər təşkilatı Avropa Gənc Yaşıllar Federasiyasına üzvlük üçün namizədliyini irəli sürüb. "Azərbaycan, Gürcüstan və Avropanın gənc "yaşılları" birgə tədbirlər və yay düşərgələri təşkil edirlər" - Güləliyev deyib.