ABŞ rəhbərliyi Bakıya
dəvət edilib
AMERİKA Azərbaycanlıları Şəbəkəsi (USAN) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezident Barak Obamaya məktub göndərib. Adıçəkilən qurumdan "Həftə içi"nə verilən məlumata görə, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov bildirib ki, məktubun göndərilməsinin əsas məqsədi ABŞ-dakı radikal erməni qüvvələrinin Dağlıq Qarabağ danışıqları ilə bağlı spekulyasiyalara son qoyulmasıdır. Eyni zamanda, B.Obama, vitse-prezident Cozef Bayden və dövlət katibi Hillari Klintondan xahiş olunub ki, Azərbaycana səfər edərək Dağlıq Qarabağ münaqişəsinin yaratdığı faciəvi reallıqla yerindəcə tanış olsunlar.
Əli