
Finlandiyalı alimlər təkamülün maraqlı cəhətini üzə çıxarıblar. Onlar müəyyən ediblər ki, təkamül prosesi nəticəsində qadınlar getdikcə daha da gözəlləşirsə, kişilər olduğu kimi qalırlar. "Sunday Times"in yazdığına görə, Finlandiyanın Helsinki universitetinin alimlərinin hesablaması zamanı gözəl qadınların adi xanımlarla müqayisədə dünyaya 16 faiz daha çox övlad gətirdikləri də bəlli olub. Üstəlik, uşaqları əksər vaxt qız olur. Bu 16 faizlik fərqi alimlər gözəl xanımların özlərinə sevgili tapmaqda çətinlik çəkməməsi, daha asanlıqla ailə qura və xoşbəxt yaşaya bilməsi ilə əsaslandırır.
Kişilərə gəlincə, qezet yazır ki, "onlar ibtidai dövrdə mağaradan necə çıxıblarsa, elə də qalıblar". "Lakin kişinin gözəlliyi qadınlar üçün o qədər də vacib deyil. Onlar bu eybəcərliklərini maddiyyatla kompensasiya edirlər", - deyə "Sunday Times" bildirir.