Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Plastik cərrahiyyədə möcüzələr
    İki göz qapağı olmayan körpə bu qüsurdan xilas oldu
    Azərbaycanda plastik cərrahiyyəyə meylin günü-gündən artdığını nəzərə alaraq ölkəmizdə bu sahədə lazımınca tanınmış iki mütəxəssislə görüşüb söhbət etdik. "Həftə içi" qəzeti müxbirinin birinci müsahibi Qələndər Plastik və Rekonstruktiv Klinikasının həkim-cərrahı Vaqif Qələndərlidir.
       
       - Doktor, indi dünyada plastik cərrahiyyə üzrə üzköçürmə əməliyyatı çox populyardır. Mütəxəssis olaraq sizin tərəfinizdən bu əməliyyatın həyata keçirilməsi mümkündürmü?
       
       - Mən anadangəlmə iki göz qapağı olmayan körpə uşağın bu qüsurunu əməliyyat vasitəsilə aradan götürmüşəm.Əslində, bu sahənin mütəxəssisi olaraq mənim üçün bu, çətin bir iş deyil, texniki baxımdan 4 - 5 saat vaxt tələb edən mümkün bir əməliyyatdır. Üz toxuması ilə rekonstruksiya etmək çətindir. Köçürülən üzün, yad bir material kimi orqanizmdə qalması üçün həmin şəxs həyatı boyu immunostimuliatr preparatlar qəbul etməlidir. Həmin preparatlar isə daxili orqan olan qaraciyəri məhv edir. Bu halda belə çıxır ki, biz o şəxsin üzünü normal şəklə gətirmək üçün onun ömrünü qısaldırıq. Eyni zamanda bu əməliyyatın fəsadları çox olur, orqanizm əksər hallarda bu yad materialı qəbul etmir. Əgər mənə bu problemlə müraciət edən pasiyent olsa, mən onu mütəxəssis olaraq bacararam, ancaq insan kimi etmərəm. Canlı insanın öz orqanizmində toxumalar vasitəsilə bu imkanlar varkən, nəyə görə ölmüş bir insanın üzünün bir hissəsini bu şəxsə köçürəsən. Təcrübəmdən bir misal deyim: Azərbaycan bölgələrindən birində həyətə çıxan 4 yaşlı qız uşağının üzünü (yəni alt dodağını, burnunu, yanaqlarını) it qoparıb kənara atmışdı.
       
       
       
       
       
       
       
       3əvvəli 1-ci səhifədə
       
       
       
       Bu uşağın valideynləri respublikamızda və qonşu ölkələrdə olan bütün plastik əməliyyat mütəxəssislərinə müraciət etsələr də, onların hamısı uğurlu əməliyyata söz vermədən "yox" demişdi. Mən bu uşağı ikimərhələli əməliyyat etdim və çox uğurlu nəticə aldım. Uşağın üst dodağına alt dodağından toxuma köçürmək vasitəsilə onu normal formaya gətirdim. İkinci mərhələdə isə alnından toxuma köçürmək vasitəsilə burnunu, sonra isə üzünü formalaşdırdım. Demək olar ki, o uşağı yenidən həyata qaytardım. Qoy vətəndaşlarımız elə düşünməsin ki, dünyada plastik cərrahiyyəni bizdən uğurlu həyata keçirən mütəxəssislər var. Xaricdə mümkün olmayan plastik əməliyyatları biz Azərbaycanda uğurla həyata keçirmişik.
       
       - "Lap uşaqlıqdan arzum ağdərili olmaqdır" deyərək o bu əməliyyata 500 min dollar xəcləyib. Maykl Ceksonun ölümünə bu kimi ağır plastik cərrahiyyə əməliyyatları təsir etdimi?
       
       - Onun üzünə köçürülən dəri toxuması başqa dəri toxuması idi. Əvvəldə dediyim kimi, bu yad materialı Ceksonun orqanizminin saxlaması üçün qəbul etdiyi immunostimuliatr dərmanlar onun həyatına son qoya bilərdi. Hamımız bilirik ki, Maykl Cekson maddi cəhətdən varlı bir insan idi. O nə qədər çox pul təklif etməyindən asılı olmayaraq gərək bu əməliyyat həyata keçirilməzdi. Bu əməliyyatları həyata keçirərkən pasiyentin sənə verdiyi maddi vəsaiti yox, insanın özünü dəyərləndirmək lazımdır. Çox təəssüf, bütün dünyada belədir ki, pul çox təklif olunduqda mütəxəssislər o insanın sonrakı taleyi haqda düşünmürlər. Bu cür əməliyyatlar sensasiya yaratmaq xarakteri daşıyır, çünki onun sonrakı fəsadları çox acınacaqlı olur. Bu yaxınlarda Fransada bir qadının üzünə ölmüş insanın dərisini köçürmüşdülər, həmin dəri bir müddətdən sonra çürüməyə başladı. Və onu yenidən əməliyyat edərək kürək nahiyəsindən üzünə toxuma köçürtməklə həyatını xilas etmək mümkün oldu.
       
       - Sizə müraciət edən pasiyentlərin maddi vəziyyətini nəzərə alırsınız, yoxsa konkret qiymətlər var?
       
       - Əgər pasiyent estetik əməliyyat etdirmək fikri ilə müraciət edirsə yox, ancaq anadangəlmə qüsuru olan və ya hansısa hadisə nəticəsində problem yaranıbsa, mən heç vaxt onu ümidsiz qaytarmaram. Bu mənim mənəviyyatıma ziddir.
       
       - Əməliyyatların qiymətləri haqda məlumat verə bilərsiniz?
       
       - Əməliyyatların qiymətləri hamısı bir-birindən fərqlidir, ancaq biz pasiyentlərin də maddi vəziyyətini nəzərə alırıq. Hətta elə əməliyyatlar olur ki, o şəxsə öz maddi vəsaitimiz hesabına yardım edirik.
       
       İkinci müsahibimiz "Funda" Tibb Mərkəzinin (FTM) estetik cərrahiyyə şöbəsinin mütəxəssisi doktor Camal Əzimzadədir.
       
       - Doktor, mərkəzinizdə hansı plastik əməliyyatlar həyata keçirilir?
       
       - Dünyada aparılan bütün plastik cərrahiyyə əməliyyatları həyata keçirilir. Yalnız üzköçürmə əməliyyatından başqa. Ümumiyyətlə, estetik cərrahiyyənin inkişaf etdiyi dünya ölkələrindən yalnız üçü bu əməliyyatı həyata keçirib. Və üzköçürmə əməliyyatının sonrakı fəsadları hələ tibb aləminə məlum deyil, ona görə bu əməliyyatlar hələ yetkinlik şəklində aparılır.
       
       - Əməliyyatın qiyməti onun keyfiyyətinə təsir göstərirmi?
       
        - Müraciət edən pasiyentlərin bu əməliyyatları həyata keçirmək üçün tələb olunan qədər maddi vəsaiti olmadıqda biz məcbur olub minimal maddi vəsait tələb edən cərrahiyyə əməliyyatlarını həyata keçiririk. Hər halda, bu bizim işimizə mənfi təsir göstərir.
       
       - Hazırda FTM-də üzdə və bədəndə aparılan cərrahiyyə əməliyyatlarının qiymətləri barədə açıqlama verə bilərsinizmi?
       
       - Əlbəttə. Bunlardan rinoplastika (burun cərrahiyyəsi) 550 - 700 manat arası, qulaqda cərrahiyyə aparılması 400 - 450 manat məbləğində vəsait tələb edir. Mərkəzdə dodağa gelköçürmə proseduru aparılır. Qiymət isə gelin keyfiyyətindən asılıdır. Dodağa köçürülən gelin orta qiyməti 150 manat təşkil edir. Eyni zamanda burada liposaksiya (piyçəkmə) prosedurunu da reallaşdırırıq. Mərkəzə bu problemlə müraciət edən pasiyentlərdə əvvəl müayinə aparılır. Piyin çəkisi 6 litrdən artıq olarsa, o halda müraciət edən şəxsə cərrahiyyə əməliyyatı ilə bu problemdən azad olmasının mümkünlüyü bildirilir. Pasiyent razı olmadığı halda biz bu proseduru həyata keçirməkdən imtina edirik. Liposaksiyanın qiymətinə gəldikdə isə bu prosedur 900 - 1000 manat təşkil edir. Ancaq qiymət götürəcəyimiz piyin çəkisinə uyğun olaraq müəyyənləşir. Və qeyd edim ki, 250 manata da liposaksiya var.
       
       - Bu əməliyyatları pasiyentin "gözəl olmaq" arzusunu nəzərə alaraq həyata keçirirsiniz, yoxsa buna ehtiyac duyduqda?
       
       - Bəzən bu cür hallara yol veririk, əvvəl biz belə pasiyentlərə onun üzündə və bədənində plastik cərrahiyyə əməliyyatına ehtiyac olmadığını deyirik. Ancaq o şəxs fikrində israrlı olduqda və təkrar bizə müraciət etdikdə biz onun "arzusuyla" razılaşırıq. Bəzən elə hallar olur ki, xırda olsa belə, qüsura malik olmayan şəxs üzündə və ya bədənində hansısa dəyişiklik etmək fikrinə düşür. O halda biz bu əməliyyatdan imtina edirik və onun psixoloq mütəxəssisə müraciət etməsini məsləhət görürük.
       
       Mütəxəssis rəylərini eşitdikdən sonra əməliyyat olunmuş və olunacaq bir neçə pasiyentlə söhbət etdik. Vaqif Qələndərli tərəfindən bir dəfə əməliyyat olunmuş Könül Cəfərova ikinci dəfə yenidən rinoplastika (burun cərrahiyyəsi) etdirmək fikrində olduğunu dedi. Bu dəfə o, burnunun uc hissəsindən narazı qaldığını və bu kompleksdən qurtulmaq istədiyini bildirdi. Onun birinci əməliyyatdan sonra özünü necə hiss etdiyini soruşduqda heç bir problemlə üzləşmədiyini dedi.
       
       Bundan sonra 4 il bundan əvvəl Vaqif Qələndərli tərəfindən əməliyyat olunmuş Aygün Əlişova ilə söhbət etdik. O, rinoplastika (burun cərrahiyyəsi) etdirdiyini dedi. Burnunun sonrakı görünüşündən çox razı qaldığını, ancaq bir müddətdən sonra nəfəs yollarında problemlə üzləşdiyini, yaxşı nəfəs ala bilmədiyini soylədi.
       
       
    Arifə Yaqubqızı
    Bu yazı 496 dəfə oxunmuşdur.
    ETSN klinikada yoxlama aparıb
    Orada saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinə edilmədiyi aşkarlanıb
    2006-cı ildə ilk dəfə olaraq Cənubi Qafqazda yaradılmış və Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında heyvanların saxlanılma və qidalanma şəraitində olan çatışmazlıqlar barədə yayılmış bəzi şikayətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları tərəfindən araşdırma aparılıb.
       
       Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, aparılan yoxlama zamanı klinikada əmək intizamı və iş fəaliyyəti yerində araşdırılıb və ciddi pozuntular müəyyən edilməyib. Qeyd edək ki, bu klinika 2006 - 2007-ci illərdə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ən müasir tibbi avadanlıqlarla təchiz edilib və kadrlarla komplektləşdirilib. 2008-ci ildə klinikaya 4 baş dovşan, 3 baş canavar, 2 baş cüyür, hər biri 1 baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, hər biri 1 ədəd olmaqla şahin, Aralıq dənizi qartalı, qırqovul, leşyeyən, qartal, ağbaş kərkəs, qu quşu, hər biri 2 ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilib.
       
       Ötən ilin müxtəlif dövrlərində ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə bu heyvan növlərindən tülkü, maral, canavar, çaqqal, ceyran, şahin, Aralıq dənizi qartalı, qırqovul, qartal, ağbaş kərkəs, qu quşu, bildirçin və tüklüayaq sar reabilitasiya olunaraq vəhşi təbiətə buraxılıb. 2009-cu ildə isə klinikaya yenidən 2 baş cüyür, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və 1 ədəd leşyeyən gətirilib və hazırda orada saxlanılır. Yoxlama zamanı klinikada saxlanılan adıçəkilən heyvanların yemləndirilməsi üçün müəssisədə kifayət qədər yem tədarükünün olduğu və normal qidalanmanın təmin edildiyi aşkarlanıb. Bununla yanaşı, yoxlama zamanı saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbiətə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmadığı müəyyənləşdirilib.
       
       Göstərilənlərlə əlaqədar Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi cəzası tətbiq olunub, fəaliyyətində dönüş yaradılması barədə ciddi tapşırıq verilib.
       
       
    Naibə
    Bu yazı 208 dəfə oxunmuşdur.
    Ölkədə 11.175 cinayət hadisəsi baş verib
    Ağır və xüsusilə ağır cinayətlər ötən illə müqayisədə artıb
    2009-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən ölkədə kriminogen durum nəzarətdə saxlanılıb. Bu barədə "Həftə içi"nə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilib.
       
       
       
       Məlumata görə, hesabat dövründə respublikada 11.175 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +837 və ya 8,1 faiz), o cümlədən daxili işlər orqanları tərəfindən 10.678 (+746; 7,5 faiz) cinayət qeydə alınıb. DİN sistemi üzrə qeydə alınan cinayətlərin 4678-i (43,8 faiz) böyük ictimai təhlükə törətməyən, 4835-i (45,3 faiz) az ağır, 1165-i (10,9 faiz) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınan cinayətlərin strukturunda 3763 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +206 və ya 5,8 faiz) şəxsiyyət əleyhinə, 3026 (+368; 13,8 faiz) iqtisadi sahədə törədilən, onlardan 2938 (+335; 12,9 faiz) mülkiyyət əleyhinə, 3438 (+84; 2,5 faiz) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 451 (+88; 24,2 faiz) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
       
       Qeydiyyata alınan hər 2 cinayətdən 1-i az ağır, hər 6-sı isə oğurluq və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Daxili işlər orqanları tərəfindən qeydə alınan cinayətlərin - onlardan qaçaqmalçılıq cinayətlərinin 100 faiz, şəxsiyyət əleyhinə cinayətlərin 97,1 faiz, seksual xarakterli zorakılıq hərəkətlərinin 95,2 faiz, ekoloji cinayətlərin 95,1 faiz, mənimsəmə və israfetmə cinayətlərinin 95,0 faiz, insan alveri ilə bağlı cinayətlərin 94,3 faiz, narkotik vasitələrlə bağlı cinayətlərin 93,9 faiz, zorlamaların 93,8 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,5 faiz, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,1 faiz, xuliqanlıqların 92,7 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların 92,1 faiz, dələduzluq cinayətlərinin 89,9 faiz, qəsdən adamöldürmələrin 84,7 faiz, hədə-qorxu ilə tələb etmələrin 80 faiz, adam oğurluqlarının 72,7 faiz, soyğunçuluq cinayətlərinin 68,8 faiz açılması təmin edilib.
       
       2009-cu ilin yanvar-iyun aylarında cinayətkarlığın dinamikası - qəsdən adamöldürmə 9,9 faiz (-8; 73-81), quldurluq 22,8 faiz (-26; 88-114), insan alveri 25,8 faiz (-63; 181-244), adam oğurluğu 6,7 faiz (-1; 14-15), hədə-qorxu ilə tələbetmə 18,2 faiz (-4; 18-22) və dələduzluq cinayətinin 2,1 faiz (-14; 649-663) azalma ilə xarakterizə olunub, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb. Ağır və xüsusilə ağır cinayətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 (+0,8 faiz; 1165-1156), az ağır cinayətlər 318 (+7,0 faiz; 4835-4517), oğurluq 370 (+26,1 faiz; 1790-1420), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi 88 (+5,3 faiz; 1745-1657), soyğunçuluq 28 (+16,9 faiz; 194-166) fakt artıb.
       
       
    Səma
    Bu yazı 164 dəfə oxunmuşdur.
    Uçqunla bağlı cinayət işi qaldırılıb
    Bakının Nizami rayonu ərazisində 3 nəfərin ölümünə səbəb olan uçqun hadisəsi ilə bağlı cinayət işi qaldırılıb. Bu barədə "Həftə içi"nə məlumat Nizami RPİ-dən verilib. Məlumatda bildirilir ki, cinayət işi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəbolma) maddəsi ilə qaldırılıb. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Xatırladaq ki, iyulun 25-də saat 14:00 radələrində Nizami rayonunun Şərq küçəsi - 1 ünvanında "KİBRİYA STA" şirkətinin işçiləri dərin quyunun uçması nəticəsində torpaq altında qalmışdılar. Hadisə nəticəsində 3 nəfər - Abdullaqed Əbdülağayev, Masallı rayon sakini Əlicəfər Cahangirov və Ağdam rayonundan olan məcburi köçkün İlqar Əliyev həlak olublar. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev quyunun texniki cəhətdən düzgün qazılmaması nəticəsində uçduğunu bildirmişdi.
    Bu yazı 154 dəfə oxunmuşdur.
    Asma xəstəsi özünü güllələdi
    DÜNƏN Sumqayıt Səthi Aktiv Maddələr Zavodunun direktor müavininin oğlu intihar edib. Bu barədə "Həftə içi"nə məlumat DİN-in mətbuat xidmətindən verilib. Məlumata görə, hadisə Sumqayıt şəhərinin Saray bağlarındakı 42/72a saylı bağ evində baş verib. Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Hamlet Samir oğlu Manafov 12 mm kalibrli ov tüfəngi ilə başına atəş açaraq özünü güllələyib. Nazirlikdən H.Manafovun intihar etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilməsə də, yalnız bildirilib ki, o, astma xəstəliyindən əziyyət çəkirmiş. Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda CM-in 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
       
       
    Bu yazı 176 dəfə oxunmuşdur.
    Ata qızını qətlə yetirib
    DÜNƏN Siyəzən rayonunda 5 il əvvəl törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, qətl hadisəsi 2005-ci il dekabrın 28-də Qara Siyəzən kəndi ərazisində baş verib. Cinayət hadisəsinin üstünü açmaqda Siyəzən rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarına Mahmudovlar ailəsinin gəlini kömək edib. Məlumata görə, qətlə yetirilən 24 yaşlı Dilgüşə Mahmudova əxlaqsızlıqla məşğul olub. Belə ki, nişanlı olmasına baxmayaraq, başqa bir kişi ilə qeyri-qanuni bir yerdə yaşayıb. Bundan sonra nişanı qaytarılan D.Mahmudovadan ailə üzvləri üz döndəriblər. 24 yaşlı qız bir müddət Naftalandakı bacısının evində yaşayıb, lakin yenə də əməlindən geri qalmayıb. Bacısının davranışından razı qalmayan böyük bacı onu Naxçıvanda yaşayan qardaşının yanına göndərib. Amma qardaşı da bacısının davranışlarına dözə bilməyib. Geri qayıdan D.Mahmudovanı Bakıda 1945-ci il təvəllüdlü atası Vaqif Mahmudov qarşılayıb. Ata qızını Qara Siyəzən kəndindəki atası Əlisoltana məxsus evə aparıb. Qızın əl-qolunu bağlayan ata onu boğaraq öldürüb. Meyidi isə həyətdəki ayaqyolu quyusuna atıb. Polis əməkdaşları tərəfindən saxlanılan V.Mahmudov ifadəsində hadisəni törətdiyini bildirib. Hazırda faktla bağlı CM-in 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.
       
       
    Səma
    Bu yazı 155 dəfə oxunmuşdur.
    Elektron məlumat bazasının yaradılması
    "Bakı Rieltorları Assosiasiyası (BRA) ölkənin daşınmaz əmlakının vahid elektron məlumat bazasının yaradılması üzrə planlarını daha gec tarixə ertələyib" - bazar ertəsi assosiasiyanın prezidenti Vəfadar Axundov deyib ("Trend"). "Assosiasiya bu addımı məlumat bazasının yaradılması üçün vəsaitlərin olmaması səbəbindən atır" - Axundov bildirib. Onun sözlərinə görə, bazanın yaradılması üçün təxminən 30 min manat lazımdır. "Daşınmaz əmlakın vahid elektron məlumat bazasının bütün sistem və sxemi hazırdır, bircə onu işə buraxmaq qalır ki, bu da vəsait olduğu zaman realizə ediləcək" - Axundov deyib. BRA-nın təsisçiləri "MBA Group" şirkəti, "New Europe" və "Baki Emlak" rieltor şirkətləridir. 2008-ci ilin oktyabrında assosiasiya Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu gün assosiasiyanın 80 üzvü var. Assosiasiyanın üzvlük haqqı 100 manatdır. Assosiasiyanın əsas məqsədləri Azərbaycanda rieltor fəaliyyətinin standartlarının müəyyənləşdirilməsi, xüsusi peşəkar hazırlıq mərkəzinin yaradılması, həmçinin rieltorların sertifikasiya sisteminin tətbiqidir.
       
       
    Bu yazı 165 dəfə oxunmuşdur.
    100 kq mal satışdan çıxarılıb
    İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı paytaxtın Nəsimi rayonunda yerləşən "World market"də, "Nərgiz" firmasına məxsus "Siti mart market"də, "İsgəndər market"də, Nərimanov rayonunda yerləşən "Zəngəzur market"də, Xətai rayonundakı "Ülvi market"də və Sabunçu rayonunda yerləşən "F.T market"də ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - pivələr, mayonezlər, kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər və bu kimi məhsullar aşkarlanaraq satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, bu şəxslər barəsində qanunvericiliyə müvafiq qaydada inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
       
       
       
       
    Naib
    Bu yazı 158 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3573)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17