Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Bu gündən narazıların şikayətinə baxılacaq
    Magistraturanın boş qalan plan yerlərinə isə qəbul elan edilib
    Müraciətin araşdırılması zamanı abituriyentlə
       
       birlikdə yalnız onun
       
       valideyni iştirak edə bilər, üçüncü şəxsin
       
       iştirakına icazə verilmir
       
       Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) II ixtisas qrupu üzrə iyulun 24-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
       
       GG
       
       Komissiyanın mətbuat katibi Elnur Nağızadənin "Həftə içi"nə verdiyi məlumata görə, imtahanda 24.009 abituriyent iştirak edib. 13 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub. İxtisas seçimi mərhələsinə 7695 abituriyent keçib. Onlardan 6510 nəfəri Azərbaycan bölməsinin, 1785 nəfəri isə rus bölməsinin məzunudur. II ixtisas qrupunda təqdim olunmuş plan yerlərinin sayı isə 7331-dir.
       
       Qeyd edək ki, II ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində ümumi balı 250-dən, riyaziyyat və coğrafiya fənləri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ana dili, Azərbaycan tarixi və xarici dil fənlərinə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
       
       Bu gündən etibarən isə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu üzrə keçirilmiş test imtahanlarının nəticələrindən narazı qalanların apellyasiya şikayətinə baxılacaq. TQDK-nın nəzdində yaradılmış apellyasiya komissiyaları iyulun 28-dən 30-dək abituriyentlərin müraciətlərini araşdıracaq. Komissiyalar həmin müddət ərzində saat 10:00-dan 17:00-dək qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxacaq. Apellyasiya komissiyaları Bakı Qızlar Universitetində (I və IV qruplar üzrə), Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (II və III qruplar üzrə) və TQDK-nın inzibati binasında fəaliyyət göstərəcək. Komissiyada bildirirlər ki, ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol vermiş, imtahanın keçirilməsi qaydalarını pozmuş abituriyentlərin müraciətlərinə baxılmayacaq. Apellyasiya komissiyasına müraciət edən abituriyent şəxsiyyəti təsdiqləyən sənədi də özü ilə götürməlidir. Müraciətin araşdırılması zamanı abituriyentlə birlikdə yalnız onun valideyni iştirak edə bilər, üçüncü şəxsin iştirakına icazə verilmir. Apellyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.
       
       Yeri gəlmişkən, TQDK ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə qəbul elan edib. Magistraturanın boş qalmış plan yerlərinin sayı 1480-dir. Onlardan 912 yer Azərbaycan, 215 yer rus bölməsi, 353 yer isə birgə müsabiqə üçün nəzərdə tutulub. Dövlət və qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinin magistraturasının boş qalan plan yerlərinə qəbul 3 may və 21 iyun tarixlərində keçirilmiş iki mərhələli qəbul imtahanında toplanmış ballar əsasında aparılır. Ali məktəblərin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün iyulun 28-i saat 9:00-dan iyulun 30-u saat 18:00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq "Bakalavrın elektron ixtisas seçimi ərizəsi"ni doldurub təsdiqlətdirməlidirlər. Ərizəni təsdiqləmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar. Hər bir bakalavr dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar bakalavrın imtahan verdiyi qəbul proqramına və onun bakalvr pilləsindəki ixtisasına uyğun olmalıdır. Riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, dilşünaslıq, tarix və psixologiya istiqamətlərini bitirən və müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahan verdiyi proqrama aid ixtisaslarla yanaşı, 35 saylı proqrama aid olan maarif istiqamətinin boş qalan yerlərinin ixtisas kodlarını da göstərə bilərlər. İxtisasların ardıcıllığı bakalavr tərəfindən müəyyənləşdirilir və o, topladığı ballara əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. İkinci magistr təhsili almaq istəyənlər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər. Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturanın yalnız ödənişli əsaslarla olan ixtisaslarını seçməlidirlər.
       
       Qeyd edək ki, təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı (iki mərhələ üzrə topladığı balların cəmi) 70-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas üzrə (testdən, essedən, tərcüməçidən, suallara yazılı cavabdan) topladığı bal 15-dən, tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılması üçün isə ingilis dilindən topladığı bal 15-dən az olmamalıdır. Müsabiqə şərtlərini ödəyən namizədlərin olmadığı proqramlar üzrə vakant yerlər boş qalan yerlərin siyahısına daxil edilməyib.
       
       
    Naibə
    Bu yazı 309 dəfə oxunmuşdur.
    Şadlıq evlərində yoxlama aparılıb
    Əhaliyə mənşəyi naməlum saxta "Swell" və "Aroma" nektarları, "Perrier" mineral suları satılır
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən sertifikatlaşdırma orqanı "CİMEX" MMC ilə birlikdə İSO 9001:2008 standartına uyğun "Keyfiyyətli idarəetmə sistemi"nin yaradılması və tətbiqi üzrə təlim keçirilib.
       
       
       
       Komitədən "Həftə içi"nə verilən məlumata görə, təlimdə "Dəvəçi-broyler" ASC, "Bakelektro" ASC, "BOT" MMC, "Göyçay-süd" ASC, "Akkord inşaat-sənaye" ASC, "Göygöl" ASC, "Kartaş" MMC, "MAK-Pİ", "Petrokem qrup" MMC, "Dalğa" İKF və "İnstrument" EİB-in mütəxəssisləri iştirak ediblər. 3 gün davam edən təlimin sonunda iştirakçılar test üsulu ilə imtahan verib və uyğun şəhadətnaməyə layiq görülüblər. Sonda iştirakçılar arasında məmnunluğun ödənilməsi üzrə monitorinq keçirilib. Çoxsaylı xahişləri nəzərə alaraq komitə İSO 9001:2008, OHSAS 18001:2007 və İSO 14001:2004 standartlarının tələblərinin öyrənilməsi üzrə təlimlərin keçirilməsini planlaşdırır.
       
       Bu arada uşaq qidalarının və oyuncaqlarının normativ sənədlərə uyğunluğunu yoxlamaq və idxal edilən uşaq istehlak mallarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə SMPDK-nın keçirdiyi monitorinqlərin nəticələri haqda müvafiq dövlət qurumlarına məlumat verilib. Monitorinqlər nəticəsində aşkarlanan nöqsanlar barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə məlumat verilib, adıçəkilən qurumlara istehlak bazarında satılan təhlükəli oyuncaqların siyahısı göndərilib.
       
       Xatırladaq ki, SMPDK bir müddət əvvəl həmin təhlükəli oyuncaqların siyahısını açıqlayıb. Bura müxtəlif mağazalardakı "Tvins" nişanlı yumşaq "siçan", çantada plastik "çax-çax", plastik paketdə "çax-çax Baby", "Toys toy" metal "təyyarə", plastik "oğlan" fiquru, rezin materialdan "dovşan" və "küçük", plastik materialdan "gəlincik" oyuncağı, rezin materialdan "günəş" oyuncağı, yumşaq oyuncaq "ayı balası", plastik "yük maşını", rezin "dovşan balaları" və sair daxildir.
       
       Yeri gəlmişkən, qəzetimizin ötən saylarından birində satışda Fransa istehsalı olan "Perrier" mineral suları və Avstriya istehsalı olan "Granini" meyvə şirələrinin olduğu barədə məlumat vermişdik. SMPDK tərəfindən adıçəkilən məhsulların ölkə ərazisində saxta variantlarının hazırlanaraq şadlıq saraylarında istifadə edilməsi ilə bağlı da monitorinq keçirilib. Komitənin əməkdaşları sərəncam əsasında Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Səbail, Sabunçu, Nizami və Xətai rayonlarında yerləşən 52 şadlıq evində araşdırma aparıblar. Monitorinqlər nəticəsində məlum olub ki, iki şadlıq evində ("Kleopatra" və "Tac-Mahal") üzərində Rusiya, Türkiyə və Fransa istehsalı olduğu qeyd edilən, mənşəyi naməlum saxta "Swell" və "Aroma" nektarları, "Perrier" mineral suları müştərilərə satılır. Bütün hallarda adıçəkilən içkilərin satışını qadağan edən tələbnamə verilib. Araşdırma zamanı təqdim olunan qaimələrə əsasən saxta məhsulların "Daşqın-M" MMC-də istehsal olunduğu müəyyənləşdirilib. SMPDK-dan hazırda adıçəkilən müəssisənin ünvanının dəqiqləşdirildiyini, saxta məhsulların digər istehsalçılarının müəyyən edilməsi üçün müvafiq işlər aparıldığını bildirdilər. Bununla bağlı əlavə məlumat veriləcəyini dedilər.
       
       
    Naibə
    Bu yazı 155 dəfə oxunmuşdur.
    Çay sahələrinə baxış keçirildi
    "Azərsun-holdinq"in əməyi sayəsində çayçılıq sürətlə inkişafdadır
    İyulun 25-də "Azərsun-holdinq" şirkətlər qrupunun təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Azərbaycanın cənub regionuna səfər etdi. "Həftə içi"nin əməkdaşının da iştirak etdiyi səfər zamanı ölkədəki çayçılığın inkişafı ilə bağlı Lənkəranda yeni salınan çay sahəsinə baxış keçirildi.
       
       "İlyasçay" MMC-nin rəhbəri İlyas Əliyev media nümayəndələrinə bildirdi ki, yeni çay sahəsinin salınmasında məqsəd yerli istehsalın adını qoruyub-saxlamaq və gələcək nəslə ötürməkdir: "Bu sahəyə olan istəyimdən müstəqillik dövründən bu günə kimi pay torpağım olan 5 hektar ərazidə çay kolları becərmişəm və bu il ilk dəfə olaraq 4,5 ton əla növ çay götürmüşəm. Bundan sonra iki dəfə də kollardan çay yığılacaq. Ümumilikdə 7 ton çayın yığılması gözlənilir. Gələn il üçün isə biz bu sahədən 15 ton çay yığmağı planlaşdırıq. Bu, böyük göstəricidir və deyə bilərəm ki, həmin bu 5 hektar ərazidən bu il üçün 7500 manat gəlir əldə edəcəyəm. Çay kolları uzunömürlü olduğu üçün hər il əkilən sahələrdən əldə edəcəyim gəlir artacaq. 2007-ci ildən başlayaraq bu işdə mənə "Azərsun-holdinq" şirkətlər qrupu yaxından köməklik göstərib".
       
       İlyas Əliyevin fikrincə, sovet hakimiyyətinin süqutundan sonra çay təsərrüfatlarının dağılmasının əsas səbəbi bu sahənin diqqətdən kənarda qalmasıdır. Onun sözlərinə görə, əhali çay sahələrini dağıdaraq hər il məhsuldar və satılması mümkün olan bitkilərə üstünlük verib: "Lakin indi bu sahəyə diqqət getdikcə artır. Artıq 1 kiloqram əla növ çayı 1 manata, 1-ci növü isə 70 qəpiyə alırlar. Hesab edirəm çayçılığı inkişaf etdirmək üçün ilk növbədə əhaliyə uzunmüddətli güzəştli kreditlər verilməlidir. Bu, qarşılaşdığımız ən böyük problemlərdən biridir. Eyni zamanda, gübrələrin alınmasında da problemlər mövcuddur".
       
       Daha sonra media nümayəndələri Astara rayonundakı çay plantasiyaları ilə tanış oldular. "Astaraçay" Assosiasiyasının prezidenti Nizami Rəsulov jurnalistlərə bildirdi ki, sovet dönəmində Astarada 3000 hektara yaxın çay sahələri olub: "Lakin baxımsızlıq ucbatından çay sahələri sıradan çıxıb. Əlimizdə olan çay sahələri budanaraq cavanlaşdırılır ki, bu da məhsuldarlığın artmasına səbəb olur. "Azərsun-holdinq" şirkətlər qrupu 1999-cu ildən bu bölgəyə gəldikdən sonra isə çayçılıq özünün yeni vüsət dövrünə başladı. Çay sahələrində aqrotexniki işlərin aparılması üçün fermerlərə avans verilib. Onu da bildirim ki, əvvəllər əldə etdiyimiz məhsulu yerli çay fabriklərinə təhvil verirdik, amma məhsulun pulunu ala bilmirdik. Lakin bu şirkətin fabriki qurulduqdan sonra yerli fermerlərlə müqavilə bağlanıb. Çayı təhvil verən fermerin məhsulu tərəzidə çəkilir, növlərə ayrılır və həmin vəsait yerindəcə ödənilir. Şirkətin prezidenti Abdulbarı Goozal bəy də özü şəxsən çayçılıqla məşğul olan fermerlərlə görüşərək onların problemləri ilə maraqlanıb".
       
       N.Rəsulovun sözlərinə görə, torpaqlar yerli əhaliyə paylanarkən düzgün bölgü aparılmayıb. O, torpağın bir nəfərə məxsus olduğunu, lakin həmin torpaqda 10 - 15 nəfərin əmlak payına malik olduğunu da söylədi. Bu isə hazırkı vəziyyətdə böyük bir problem yaradır.
       
       
    Səma Rəsulqızı
    Bu yazı 190 dəfə oxunmuşdur.
    Nazirlik müsabiqə elan edib
    VerGilƏr Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün müsabiqə elan edib. Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər üzrə ixtisas sahələrindən birinə malik olan vətəndaşlar iştirak edə bilərlər. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında avqustun 3-dən 16-dək aparılacaq. Namizədlər tələblərə cavab verdikləri halda onlara elektron sistemə daxil olmaq üçün xüsusi kod veriləcək. Namizəd sənədləri qəbul edildikdən 3 iş günü ərzində verilmiş kod əsasında qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər. Sənədləri qəbul edilən namizədlər avqustun 26-dan 28-dək imtahana buraxılış vərəqəsini Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər. Nazirlikdən bildirirlər ki, namizədlərə vergi orqanlarında 33 vakant yer üzrə iş təklif olunur. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız bir vakant yerə ərizə ilə müraciət edə bilər. Namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
       
       
    Naib
    Bu yazı 177 dəfə oxunmuşdur.
    Samuxda yeni xalçaçılıq sexi
    Samux rayonunda xalçaçılıq sənətinin inkişaf etdirilməsi məqsədilə yeni xalçaçılıq sexinin yaradılması planlaşdırılır. Xalçaçılıq sexi rayonun Çoban Abdallı kəndində inşa ediləcək. İşlərin yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır. Bu barədə "SİA"nın bölgə müxbirinə Samux rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Qarayev bildirib. Onun sözlərinə görə, hazırda rayonda fərdi qaydada xalçaçılıq sənəti ilə məşğul olanlar kifayət qədərdir.
       
       
    Bu yazı 147 dəfə oxunmuşdur.
    Bentonit tozunun tədarükünə başlanıb
    Bentonit gilinin hasilatı və emalı üzrə "AzRosPromInvest" Azərbaycan - Rusiya zavodu "Azeri M.I. Drilling" ilə ilin sonuna qədər yerli bazara 3 min ton bentonit tozu tədarükü haqqında müqavilə imzalayıb ("Trend"). Bu barədə bazar ertəsi BM-in Direktorlar Şurasının sədri Natiq Şirinzadə məlumat verib. Hasilat Qazax rayonunun Daş Salahlı ərazisində aparılır. "Müqavilədə nəzərdə tutulan həcmdən min ton artıq tədarük edilib" - Şirinzadə deyib. Onun sözlərinə görə, bentonit tozu ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) zavoduna istehsalatda istifadə üçün göndəriləcək. Bu, BM istehsalı olan, yerli bazarda reallaşdırılmış bentonit tozunun birinci partiyasıdır. Əvəllər məhsul Rusiya və MDB ölkələrinə ixrac edilirdi. "Gələcəkdə yerli bazara BM məhsulunun tədarükünün həcminin artırılması gözlənilmir. Onsuz da Azərbaycanda ona tələbatın həcmi aşağıdır" - Şirinzadə deyib. "Daş Salahlı" yatağından bentonit gilinin hasilatı və emalı üzrə zavod artıq tam qurulub və artıq bu ilin əvvəlindən müstəqil fəaliyyətə başlayıb ki, bu da 2009-cu ilin ilk yarımilinin yekunlarına görə BM-in gəlir əldə etməsinə kömək edib. Zavodun istehsalat gücü ildə 250 min ton mexaniki aktivləşdirilmiş bentonit gilidir. Bunun da 100 min tonu bentonit tozu emalının payına düşür. BM-in ərazisi 345 hektar təşkil edir. Bu torpaq sahələrindən 180 hektarı yataqların altındadır. Birgə layihə üzrə müqavilənin fəaliyyət müddəti əvvəl nəzərdə tutulan 25 ildən 50 ilədək uzadılıb. "Daş Salahlı" yatağının ehtiyatı 83 milyon tondur. "Azeri M.I. Drilling" 1996-ci ildən ARDNŞ (51 faiz iştirak) və "Azeri M.I. Drilling Fluids Company Ltd."nin (49 faiz) birgə müəssisəsidir. Şirkətin fəaliyyət sferası kimya sənayesi məhsullarının hazırlanması və istehsalıdır. Müqavilə müddəti 15 ildir.
       
       
    Bu yazı 180 dəfə oxunmuşdur.
    "Azercell"ə gəl" - hədiyyələr qazan!
    Bu il aprelin 24-dən "Azercell" öz abonentləri üçün "İl boyu hədiyyə" kampaniyasını keçirir. Kampaniyanın şərtlərinə görə, bu müddətdə "Azercell" şəbəkəsinə yeni qoşulan, yaxud nömrəsini bərpa etmiş "Sim-sim" abonentləri il boyu müxtəlif hədiyyələr qazanıblar. Kampaniya iştirakçıları şəbəkəyə qoşulan kimi dərhal 1 ay açıq xətt, 1 illik hədiyyə SOCLİR xidməti, 500 hədiyyə kontur alıblar. Bundan əlavə, belə abonentlər şəbəkəyə qoşulduqları gündən başlayaraq 1 ay müddətində balanslarına ən az 2 AZN dəyərində danışıq kartı yükləyən kimi 11 ay ərzində hər ay şəbəkədaxili zənglər üçün 300 hədiyyə kontur qazanıblar. Həmçinin "İl boyu hədiyyə" kampaniyasının abonentləri də bütün yeni "Fakturasız xətt" abonentləri kimi 1000 kontur həcmində gecə balansı alıblar. "Sim-sim" abonentlərinin çox bəyəndiyi bu kampaniya avqustun 31-də başa çatır. Lakin "Azercell" öz abonentlərinin gözünü uzun müddət yolda qoymaq istəmir. Ona görə də "İl boyu hədiyyə" kampaniyası başa çatmamış bundan daha maraqlı bir kampaniyaya start verilir. İyulun 28-dən etibarən "Azercell"ə gəl" adlı yeni genişmiqyaslı bir kampaniya başlayır. Həmin kampaniyanın şərtləri haqqında bu günlərdə mediada geniş məlumat veriləcək.
       
       
       
       
    Bu yazı 147 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3572)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3463)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17