Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "II Qaregin Bakıya gəlməyəcək"
    Erməni mətbuatı bu fikirdədir
    "Son 5 il ərzində dini liderlərin bir-birinə çoxlu sualı var"
    Şeyxülislam Hacı Allahşükür Paşazadənin bütün ermənilərin katolikosu II Qaregini 2010-cu ilin aprelində Bakıda keçiriləcək MDB ölkələrinin Dinlərarası Məsləhət Şurasının iclasına dəvəti bu gün erməni mətbuatının diqqətindədir. Bununla bağlı ermənilər müxtəlif şərh və məqalələr dərc edirlər. Onlar Dağlıq Qarabağ münaqişəsinin həllində dini liderlərin hansı rol oynaya biləcəkləri baradə mülahizələr irəli sürürlər. Hətta belə bir sual qoyurlar: "Dini liderlər problemin necə həll olunması yollarını siyasilərə göstərə biləcəklərmi". Növbəti belə yazı "Novoye vremya"da Artyom Erkanyanın imzası ilə çap edilib. Məqalə belə adlanır: "Katolikos Bakıya gedəcəkmi?" Yazıda göstərilib ki, ermənilərin katolikosu Bakıya dəvəti və şeyxülislamla dialoqa hazır olduğunu təsdiqləyib". O bu barədə Eçmiadzin kilsəsində çıxışında bildirib.
       
       O da qeyd olunub ki, bütün Rusiyanın patriarxı Kirillin təşəbbüsü ilə II Qaregin ilə şeyxülislam bir neçə dəfə görüşüblər. Katolikosun sözlərinə görə, onlar hər dəfə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə fikir mübadiləsi aparıblar. Müəllif qeyd edir ki, Ermənistan - Azərbaycan münaqişəsi başlayandan bu günədək hər iki ölkənin dini liderləri 6 dəfə görüşüblər. A.Paşazadə 3 dəfə (1988-ci ildə Rostovda, 1992-ci ildə Moskvada və 1993-cü ildə İsveçrənin Monterrey şəhərində) katolikos I Vazgenlə danışıqlar aparıb. 1995-ci ildən isə bu danışıqları I Qaregin davam etdirib. II Qaregin şeyxülislamla 2 dəfə görüşüb. Hər dəfə də Kirill bu təşəbbüsdə olub. Sonuncu dəfə isə onlar 2004-cü ildə Moskvada görüşüblər. O vaxtdan bu günədək II Qareginlə şeyxülislam bir masa arxasında əyləşməyiblər. Dini liderlərin görüşməsinə bir neçə cəhd baş tutsa da, danışıqlar uğursuzluqla nəticələnib. 2005-ci ilin martında iki görüşün tarixi dəyişdirildiyindən baş tutmayıb. 2006-cı ilin iyununda Moskvada keçirilən dinlərarası beynəlxalq konfransda da liderlərin görüşü alınmadı. A.Erkanyanın fikrincə, bu 5 il ərzində dini liderlərin bir-birinə çoxlu sualı var. Bu yaxınlarda Moskvada patriarx Kirillə bir araya gələn II Qaregin şeyxülislamla üçtərəfli görüşün keçirilməsi məsələsini müzakirə ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri də bu təşəbbüsü dəstəkləyib. Lakin bu görüşün harada və nə vaxt keçiriləcəyi ilə bağlı tərəflər məlumat verməyib. Bu görüş, çox güman ki, gələn ilin aprelində Bakıda keçiriləcək. Müəllifin qənaətincə, MDB Dinlərarası Məsləhət Şurasının həmsədri kimi şeyxülislam həmin ay Bakıda keçiriləcək iclasa II Qaregini dəvət etməklə bu görüşü reallaşdırmaq səlahiyyətinə malikdir. Bəs görəsən, bütün ermənilərin katolikosu bu dəvəti qəbul edəcəkmi? Müəllif qeyd edib ki, şeyxülislam bu fikrini sözdə desə də, hələ də ona heç bir dəvətnamə göndərməyib. Şeyxülislam tərəfindən bu addım atılmadığından məsələ Eçmiədzində müzakirə olunmayıb. Lakin bəzi məqamlar bütün ermənilərin katolikosunun Bakı səfərindən imtina etməsinə səbəb ola bilər. Müəllifin fikrincə, bu, ötən ilin iyulun 22-də şeyxülislamın ravvin Abraham Kuperlə görüşündə birincinin guya erməniləri satqın adlandırmasıdır. İkinci tərəfdən isə A.Paşazadənin əsas məqsədlərindən biri də II Qaregini Bakıya dəvət etməklə ona Dağlıq Qarabağ münaqişəsinin yaranmasında məhz ermənilərin günahkar olmasını isbatlamaqdır. Müəllif bu yerdə A.Paşazadənin ötən il ABŞ səfərində bu ölkədə yaşayan ermənilərin lideri ilə görüşəcəyini və Los-Ancelesdə yaşayan ermənilərin Azərbaycanla bağlı həqiqətəuyğun olmayan fikirlər söylədiklərini onlara başa salacağını deməsini xatırladıb. Erməninin sözlərinə görə, bütün Qafqazın şeyxinin ermənilər barədə mənfi fikirləşməsi, bu xalqı ekstremist, işğalçı, terrorçu adlandırması II Qareginlə görüşünə heç bir əsas vermir. Ermənilərin digər qəzetlərindən olan "Erkramas" da II Qareginin Bakıya gəlməyəcəyini istisna etmir.
       
       
    Elnur
    Bu yazı 204 dəfə oxunmuşdur.
    "Bəzi QHT-lər qeyri-səmimilik göstərirlər"
    "Büdcə vəsaitini mənimsəyən təşkilatlara sanksiya tətbiq edilə bilər"
    "QHT-lərin layihəni necə həyata keçirməsi ilə bağlı monitorinqlər davamlı olaraq həyata keçirilir. Bu proses layihələr maliyyələşdirilən və QHT-lərlə müqavilə bağlanan andan başlanır". Bu fikirləri "Həftə içi"nə açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov səsləndirib. O həmçinin əlavə etdi ki, istənilən donorun layihənin icrasına nəzarət hüququ var. Şura həmin nəzarəti daxili audit vasitəsilə həyata keçirir. Bundan başqa, 2 təşkilatla monitorinqlərin keçirilməsi üçün müqavilə bağlanıb: "Bu proses çoxdan gedir. Amma ötən aydan əsasən aralıq hesabatlar dövrü başlayıb. Bu dövrə qədər müsabiqədə qalib gələn təşkilatlarda ilkin monitorinqlər həyata keçirilib. Bu da planlaşdırılmış monitorinqlərdir. Amma katiblik hansısa hal olarsa, yəni mənfi məsələlər barədə məlumat alarsa, növbədənkənar monitorinq keçirə, müvafiq sənədlər tələb edə bilər". Şura katibliyinin hələ son məlumatları təqdim etmədiyini önə çəkən S.Məmmədov bildirdi ki, QHT-lərin keçirdiyi gündəlik tədbirlər barədə onlara məlumat verilir. Hüquq müdafiəçisi onu da qeyd etdi ki, bəzi QHT-lər öz press-relizlərində, keçirdiyi tədbirlərlə bağlı verdiyi bəzi məlumatlarda qeyri-səmimilik göstərirlər: "Burada ən yaxşı nəzarət layihə həyata keçirən təşkilatın işinə vicdanlı münasibətidir. Layihələri yaxşı həyata keçirən təşkilatlar da var. Onlar həm də tədbirlərini mükəmməl təşkil edirlər. Aralıq hesabatdan sonra şuranın katibliyinin ümumiləşmiş hesabatı bizə təqdim olunacaq. Ondan sonra son qənaətlər ortaya qoyulacaq. Hansı təşkilatın layihəni vicdanla yerinə yetirdiyi, hansının isə prosesə səhlənkar münasibət bəslədiyi bilinəcək. Şuranın dövlət büdcəsinin vəsaitinə etinasız münasibət bəsləyən, mənimsəyən təşkilatlarla bağlı sanksiya tətbiq etmək hüququ var. Bu addımın atılması da mümkündür. Amma şura hələ indiki fəaliyyət dövründə maksimum səy göstərir ki, təşkilatlar layihələrə vicdanla yanaşsınlar". QHT-lərin fəaliyyətində şəffaflığı tam təmin etmək üçün dəfələrlə təkliflər irəli sürdüyünü dyən S.Məmmədov vurğuladı ki, bununla bağlı Soros Fondunun sifarişi ilə sənəd hazırlayıb: "Bu, dövlət subsidiyaları alan QHT-lərin üzərində dövlət nəzarəti ilə bağlıdır. Əsasən Şərqi Avropa dövlətlərinin təcrübəsinə əsaslanır. Ola bilsin şura bu sahədə başqa fondlarla da fəaliyyət göstərsin. Soros Fondunun da QHT-lərin şəffaf fəaliyyəti barədə planları var. Fikirləşirik ki, gələcəkdə təşkilatların digər fəaliyyətlərinə müdaxilə etmədən, onların mustəqilliyinə toxunmadan dövlət subsidiyaları ayırmalarının üzərində nəzarət ciddiləşdirək. Bu, qətiyyən təşkilatları sıxışdırmaq məqsədi daşımır. Bununla bağlı əlavə mexanizmlərdən biri də xarici audit tərəfindən verilmiş subsidiyanın proqram və maliyyə xərcləri üzrə yoxlanılması ola bilər".
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 146 dəfə oxunmuşdur.
    DAK-ın saytının 100 min istifadəçisi var
    DÜNYA Azərbaycanlıları Konqresinin (DAK) saytından istifadə edənlərin sayı 100 mini keçib. DAK mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, hər ay təşkilatın veb-səhifəsini 10.000 min adam ziyarət edir: "Çalışırıq bu sayı gələcəkdə 10 milyona çatdıraq. Əlaqələrimiz daha da möhkəmləndikcə veb-səhifədə türk dünyasından bütün xəbərlər öz əksini tapacaq. Eyni zamanda gələcəkdə yeni layihələr həyata keçirəcəyik. Saytımız Türkiyə, İsveç, ABŞ, Avstraliya, Belçika, Güney Azərbaycan və digər ölkələrdən idarə olunur. Artıq saytda təşkilatın bütün strukturu, orada təmsil olunan insanların əlaqə vasitələri və digər məsələlər öz əksini tapıb".
       
       
    Bu yazı 129 dəfə oxunmuşdur.
    Ombudsmanın nümayəndələri "Bakı"da olublar
    DÜNƏN İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Penitensiar Xidmətin "Bakı" istintaq təcridxanasında olublar. Bu barədə "Həftə içi"nə adıçəkilən qurumun mətbuat xidmətindən məlumat verilib. Onlar sözügedən təcridxanada saxlanılan "Ol" Gənclər Hərəkatının təsisçilərindən biri Adnan Hacızadə və "Alami Netvork" Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli ilə görüşüblər. Söhbət zamanı gənclər bildiriblər ki, saxlanma şəraitindən şikayətləri yoxdur, onlara qarşı ləyaqəti alçaldan hərəkətlərə, zorakılığa yol verilməyib.
       
       
    Bu yazı 134 dəfə oxunmuşdur.
    Təşkilat rəhbərləri maarifləndiriləcək
    QHT Şurası ilə BMT-nin İnkişaf Proqramı arasında əldə olunan razılığa əsasən 3 mövzuda - "QHT idarəedilməsi", "Layihələrin yazılması və həyata keçirilməsi", "QHT-lərdə mühasibat uçotunun aparılması" mövzusunda təlim materialları hazırlanacaq. Bundan başqa, həmin mövzuda təlim keçirilməsi üçün komanda formalaşdırılacaq. QHT Şurasından "Həftə içi"nə verilən məlumata görə, bu təlimlər vasitəsilə yerli təşkilat rəhbərləri və üzvlərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi üçün ümumilikdə 80 min dollar sərf olunacaq.
       
       
    Əli
    Bu yazı 132 dəfə oxunmuşdur.
    "Əbu Bəkr"in imamı məhkəməyə gəlməlidir
    AzƏrbaycanda "Meşə qardaşları"nın bazar ertəsi davam etdirilən məhkəmə prosesində "Əbu Bəkr" məscidinin imamının iştirakı tələb olunub. Məhkəmə prosesi başlanan kimi hakim təqsirləndirilən şəxs Xaliq Vəlimətova ifadə vermək üçün söz verib. "Trend"in məlumatına görə, o bildirib ki, zərərçəkmiş şəxs "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov məhkəmə iclasında iştirak edəndən sonra ifadə verəcək. Vəlimətov ifadəsinin Qamət Süleymanovla bağlı olacağını və ona suallarının olduğunu deyib. Təqsirləndirilən digər şəxs Kamran Bozorgi ifadəsində bildirib ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Onun sözlərinə görə, təqsirləndirilən 26 nəfərin 16-sının tutulma səbəbkarı Qamət Süleymanovdur. Məhkəmə prosesi davam edir.
       
       
    Bu yazı 138 dəfə oxunmuşdur.
    İran hökuməti "çalxalanır"
    İranda son prezident seçkisindən sonra yaranmış siyasi gərginlik davam edir. Artıq mübarizə iqtidar - müxalifət qarşıdurması ilə yanaşı, həm də Mahmud Əhmədinejad hakimiyyətinin daxilində baş qaldırıb.
       
       Yerli və beynəlxalq informasiya agentliklərinin məlumatına görə, dövlət başçısının kadr islahatlarına etiraz edən 2 nazirin istefası hakim dairədəki parçalanmanın ciddiliyini üzə çıxarıb. İstefalarını bəyan edənlər informasiya naziri Qulamhüseyn Ejeyini və mədəniyyət və islam oriyentasiyası naziri Məhəmməd Hüseyn Səffar-Harandiridir. Qeyd edək ki, birinci həm də ETTELAAT-ın rəhbəri idi. Bəzi məlumatlarda onların prezident tərəfindən istefaya göndərildikləri, başqa informasiyalarda isə nazirlərin özlərinin postlarını tərk etdikləri bildirilir. Məlumata görə, Əhmədinejad daha 2 nazir - əmək və səhiyyə nazirlərindən də vəzifələrini tərk etmələrini istəyib. "Təəssüf ki, ölkədə yaşanan son hadisələr hökumətin zəifliyini göstərdi. Mən artıq özümü nazir saymıram və sabahdan nazirliyə getməyəcəyəm", - deyə "Fars" agentliyinin məlumatına görə, Səffar-Harandinin istefa ərizəsində bildirilir. Səffar-Harandinin sözlərinə görə, o, bu qərarı Əhmədinejadın "şifahi qərarına" əsasən verib. Bu postun yeni sahibinin adı isə prezidentin inauqurasiya mərasimindən sonra bəlli olacaq. Andiçmə mərasiminin isə avqustun 1-7-si aralığında keçirilməsi gözlənilir. Ölkə qanunvericiliyinə görə, inauqurasiya mərasimindən sonra hökumət tam tərkibdə istefaya gedir və Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşir.
       
       2 nazirin, xüsusilə son seçkidə Əhmədinejadın prezident elan olunmasına etiraz edən müxalifətin nümayişlərinin dağıdılmasında əsas rollardan birini oynamış ETTELAAT-ın rəhbərinin istefası mühafizəkar düşərgədə hökm sürən digər narazılıqla bağlıdır. Xatırladaq ki, bir müddət əvvəl Əhmədinejad yaxın qohumu olan İsfəndiyar Rahim Məşaini turizm və tarixi abidələrin mühafizəsi idarəsinə rəhbər təyin etsə də, dini rəhbərliyin kəskin etirazı üzündən onu cəmi 3 gün sonra postundan azad etmişdi. İndiyədək İranın vitse-prezidenti postunu tutan Məşainin yeni vəzifəyə təyinatına bəzi məlumatlara görə, Ejeyni və Səffar-Harandi kəskin etiraz edənlər sırasında olublar. Çünki bu halda Məşai faktik olaraq İranın dini iyerarxiyasında ikinci şəxsə çevriləcəkdi.
       
       İranın dini lideri ayətulla Əli Xamenei də iyulun 18-də prezidentə bu qərarının yolverilməz olduğunu bildirib. Müxalifətlə son toqquşmalarda hakimiyyətin əsas müdafiəçisi kimi çıxış edən "bəsic" üzvləri də Məşainin vəzifədən kənarlaşdırılması tələbi ilə aksiyalar təşkil ediblər. Nəticədə Əhmədinejad geri çəkilməli olub və Məşai yeni vəzifəsində cəmi 3 gün qalıb. Dövlət başçısı onu yeni postundan kənarlaşdıraraq prezident administrasiyasının rəhbəri təyin edib.
       
       Xatırladaq ki, hələ ötən il Məşai mühafizəkarları narazı salan bəyanatlarla çıxış etmişdi və bununla da İranın dini rəhbərliyi onu yumşaq desək, "dost olmayan" şəxs sayırdı. Onun Tehranın "bütün xalqlara, həmçinin israillilərə dost münasibətdə olmasını" söyləməsi mühafizəkarları narazı salan əsas məqamlardan biri idi. Həmin açıqlamasında Məşai fikrini belə davam etdirmişdi: "Dünyada heç bir xalq bizim düşmənimiz deyil. İran ABŞ və İsrailin də dostudur və biz bu dövlətlərə hörmət edirik". Qeyd edək ki, Əhmədinejadın qudası olan Məşai vaxtilə Tehran meriyasında da hazırkı prezidentlə birgə çalışıb.
       
       Müşahidəçilərin fikrincə, hakim elitadakı "çaxnaşma"nın əsas səbəbi məhz Məşainin İsrailə qarşı "liberallığı"dır.
       
       Bütün bunların fonunda son prezident seçkisinin nəticələrinə etiraz edən müxalifət də hakimiyyətə təzyiqləri davam etdirir. Artıq əvvəlki kütləviliklə etiraz aksiyaları keçirilməsə də, Əhmədinejadın rəqibləri mənəvi təzyiqləri dayandırmır və indi daha çox buna üstünlük verirlər. Son olaraq 69 islahatçı xadimin imzaladığı müraciətdə hakimiyyətdən nümayişlər zamanı həlak olanların dəfn mərasiminin kütləvi şəkildə keçirilməsinə icazə istənilib. Müraciəti imzalayanların arasında son seçkidə prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvi və Mehdi Kərrubi də var. Maraqlıdır ki, hökumət əvvəlcə bu müraciətə müsbət cavab versə də, son anda fikrindən dönüb və polis kütləvi yas mərasiminə mane olub. Müxalifət bu addımı qanunsuzluq və "islam dəyərlərinə zidd" əməl adlandırıb.
       
       
    Cahangir Həsənli
    Bu yazı 123 dəfə oxunmuşdur.
    Vaşinqton Tehrandan cavab gözləyir
    ABŞ bu ilin sentyabrında İranın nüvə proqramına dair danışıqlara başlamaqla bağlı təklifinə Tehran tərəfindən cavab alacağına ümid edir. "İnterfaks"ın məlumatına görə, bunu Pentaqon rəhbəri Robert Qeyts bildirib. Rəsmi səfərlə İsraildə olan Birləşmiş Ştatların müdafiə naziri bildirib ki, Ağ Ev sahibi Barak Obama da payızda İrandan cavab alacaqlarına ümid bəsləyir. İsrailin müdafiə naziri Ehud Barak isə Tehrana qarşı sərt tədbirlərə tərəfdar olduqlarını bir daha açıqlayıb və bildirib ki, İrana tətbiq edilmiş sanksiyaların ləğvinin nəzərdən keçirilməsini yolverilməz sayır.
       
       
    Bu yazı 138 dəfə oxunmuşdur.
    Sarkozi xəstəxanadan evə buraxıldı
    FRANSA prezidenti Nikola Sarkozi xəstəxanadan evə buraxılıb. Xatırladaq ki, o, bazar günü səhhətində problem yarandıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. "BBC"nin məlumatına görə, Sarkozi 1 gecə xəstəxanada qalıb və həkimlər onun ürəyində heç bir problemin olmadığını müəyyənləşdiriblər. Məlum olub ki, prezident qaçdığı üçün ürəyi gücə düşüb və bu səbəbdən huşunu itirib. İstənilən halda ona bir neçə gün dincəlmək məsləhət görülüb.
       
       
    Bu yazı 139 dəfə oxunmuşdur.
    Bakiyev rəsmən prezident elan edildi
    QIRŠIZISTANIN Mərkəzi Seçki Komissiyası iyulun 23-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrini elan edib. Məlum olub ki, hazırkı prezident Kurmanbek Bakiyev seçicilərin 76,4 faizinin səsini qazanmaqla növbəti müddətə dövlət başçısı seçilib. RİA "Novosti" xəbər verir ki, qurum müxalifətin əsas namizədi Almazbek Atambayevin 8,39 faiz səs qazandığını açıqlayıb. Qeyd edək ki, ATƏT-in müşahidə missiyası seçkinin gedişində çoxsaylı kobud qanun pozuntularına rast gəlindiyini, prosesin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib.
    Bu yazı 136 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3573)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17