Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Ürəyimdə demədiyim söz qalmayıb"
    Bəxtiyar Sadıqov: "Mənim dövrümdə "Azərbaycan" qəzetini 8 dəfə məhkəməyə veriblər"
    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi.
       
       - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu baxımdan ölkə mətbuatının durumunu necə qiymətləndirirsiniz?
       
       - 40 ildir mətbuatdayam. Sovet dövründə cəmiyyətin ən qiymətli üzvü yurnalist idi. Fəxr edirdik ki, yurnalistik. 5 il tələbəlik dövründə rayonumuza gedəndə yerə-göyə sığmırdım. Hamı deyirdi ki, filankəs gör harada oxuyur! Bu gün isə o yurnalist adını hörmətdən, izzətdən, urvatdan elə salıblar, bəzən özünü təqdim etməyə utanırsan. Yurnalistlər mənəviyyatla yaşayan adamlardır, onun üçün maddi həyat həmişə arxa planda qalıb, ədalət, həqiqət qiymətli olub.
       
       Bu gün yurnalistikaya o qədər çirkli niyyətli adamlar gəliblər ki, peşəkarlıq aşağı düşüb. O qədər problem var ki, adam bilmir hansını önə çəksin. Bu 40 ildə mənim ürəyimdə demədiyim söz qalmayıb! Hamısını demişəm! Amma elə demişəm ki, o söz qayıdıb xirtdəyimdən yapışmayıb. Baş redaktoru olduğum dövrdə "Azərbaycan" qəzetini 8 dəfə məhkəməyə veriblər. Hamısında biz udmuşuq, haqlı çıxmışıq!
       
       - Bəlkə sizin məhkəməni udmağınızda başqa amil rol oynayır? "Azərbaycan" qəzetinin rəsmi dövlət orqanı olması. Həmçinin belə qəbul olunub ki, Azərbaycanda məhkəmə sistemi müstəqil deyil...
       
       - Mən ümumi izah elədim. Heç vaxt tərifə görə kimsə kimisə məhkəməyə verməyib. Hər dəfə tənqidi yazı hazırlayanda onu sanki məhkəmə üçün hazırlayıram. Yurnalist ən əvvəl həqiqəti yazmalıdır və öz ləyaqətini qoruduğu kimi, qarşısındakının da ləyaqətini, hörmətini saxlamalıdır. Seçkilər vaxtı mənim barəmdə çıxan 50-yə qədər məqaləni yığıb saxlamışam. Bilirəm ki, onları kim sifariş verib, kim yazıb. O yerdə ki qərəzlisən, yalansan, onun üstü gec-tez açılır! Mətbuat haqqı və ədaləti sevir!
       
       - Təcrübə göstərir ki, aşağıdan təkamül yolu mümkün deyil. Azərbaycan cəmiyyəti də elə bir həddə gəlib çıxıb ki, yuxarıdan islahatlar lazımdır. Necə hesab edirsiniz, söz və mətbuat azadlığının təmin olunmasında dövlətin iradəsinə ehtiyac varmı?
       
       - Açıq danışaq. Yerindən qalxan qəzet açır, bəzən ali təhsili olmayan adam yurnalist kimi ortaya çıxır. O əvvəlcə özünü qələm adamı kimi təsdiq etmək əvəzinə başlayır dövlət başçısından, hansısa nazirdən yazmağa. Yəqin siz də təsdiq edərsiniz ki, müstəqillik dövründə haqqında ən çox yazılan, tənqid olunan, yalan, böhtan deyilən dövlət başçılarıdır. Ulu öndər Heydər Əliyev, sonra İlham Əliyev. Onun özünün dediyi fikirdir ki, məni də tənqid edirlər, qoy etsinlər, səbirli olmaq lazımdır. Bu, prezidentin nümunəsidir. Sonuncu hadisəni xatırlatmaq istəyirəm. "Təzadlar" qəzetinin baş redaktoru barədə məhkəmə hökmü çıxandan sonra bu xəbər prezidentə çatdı, dərhal öz münasibətini bildirdi. Bu problemin qanuni həll yolu apellyasiya idi və bu mərhələdə baş redaktor azad olundu. Prezidentimiz dedi ki, "Azərbaycanda bundan sonra dediyi sözə görə yurnalist həbsə atılmamalıdır". Prezident səbirlidir, dözümlüdür, məmurlara da bunu tövsiyə edir. Qəzetlərin mətbəələrə borcları bağışlanıb, güzəştli kreditlər verilib, birdəfəlik yardımlar olunub. İndi isə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub. Dövlət bu konsepsiyanı reallaşdırmaq üçün fond yaradıb. Bundan artıq iqtidar nə etməlidir? Qeydiyyat asanlaşıb, qanunçuluq bazası yerində, təhqir edirsən, dözürlər, üstəlik, dövlət maliyyə baxımından da yardımlarını əsirgəmir. Dövlət bundan artıq daha nə eləməlidir? Bəs mətbuat əvəzində nə edir? Dövlət söz və mətbuat azadlığının qarantı olduğu kimi, ölkə vətəndaşlarının da şərəf və ləyaqətlərinin qoruyucusu olmalıdır. Mən əli qələmsiz Azərbaycan vətəndaşının əli qələmli yurnalistin qarşısında aciz qalmasını qəbul edə bilmirəm!
       
       - Beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanda 3 yurnalist həbsdədir. Düz 40 ildir yurna-listikadasınız, deputatsınız. Həbsdə olan yurnalistləri tanıyırsınız. Həmkar kimi bayram günlərində, yaxud hansısa bir gündə onların ailələrinə baş çəkib problemləri ilə maraqlanmısınızmı?
       
       - Elə sual verdiniz ki, cavab verməyə çətinlik çəkirəm. Əgər deputatlıqdan sual verirsinizsə, onların heç biri mənim seçicim deyil. Söhbət yurnalistlikdən gedirsə, mənim onunla hər hansı sıcaq münasibətim olmayıb. Hərəmiz də bir əqidəyə xidmət edirik. Onun qapısı hara açılır, evi hardadır, heç bilmirəm.
       
       - Burada söhbət sizin yurnalist həmkarınızdan gedir...
       
       - Həmkar deyəndə bir cür çıxır axı... Azərbaycanda 3500-dən çox qəzet, yurnal qeydiyyatdan keçib. Deyilənə görə, cibində yurnalist vəsiqəsi gəzdirən 60 minə qədər adam var. İndi onların hər birinin başına iş gələndə hər birinə baş çəkməliyəm? Mənim üçün Qənimət Zahid Azərbaycanda fəaliyyət göstərən yurnalistlərdən biridir. Onunla heç bir şəxsi münasibətim, ailəvi yaxınlığımız olmayıb. Bəlkə soruşmaq istəyirsunuz ki, yurnalist həbsxanadadır, niyə onun azadlığı üçün çalışmırsınız? Bu suala cavab verim ki, İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurasının sədri Əflatun Amaşov bu barədə dəfələrlə dövlət qurumlarına, iqtidara müraciət edib. Gedib həbsxanada Qənimət Zahidlə görüşüb. Onun qardaşı Sakit Zahidov həbsxanada olarkən onunla görüşüb. O da çıxandan sonra Əflatun Amaşov haqqında dedi ki, onun heç bir xidməti olmayıb, o, iqtidara işləyən adamdır.
       
       - Necə hesab edirsiniz, yurnalistlərin azadlığa buraxılmasının zamanı deyilmi?
       
       - Tam səmimiyyətimlə deyirəm, heç vaxt arzulamamışam ki, kimsə həbsxanaya düşsün. Xüsusən də gözlərim önünə gələndə ki bir qadın, ana həbsxana qapıları arxasında qalacaq, istəmərəm, mənim üçün çox ağırdır. Amma hər şey məndən, mənim iradəmdən də asılı deyil. İnsan öz əməlləri haqqında düşünməlidir. Həbsxanada olan yurnalistlərə münasibətim aydındır. İki nəfər dalaşıb. Qənimətlə Vüsal. Bu onu vurub, o bunu vurub, o da şikayət edib, bu da! O da ekspertizadan keçib, bu da. Heç biri də şikayətini geri götürməyib. Ortada da dalaşma və bunu təsdiq edən dəlil-sübutlar var. Əgər Qənimət Zahid yurnalist olduğuna görə buraxılsa, Vüsal deyəcək ki, insan haqları pozulur - necə olur, onu buraxırlar, məni həbs edirlər? Burada məhkəmə, hüquq mühafizə orqanları nə eləsin?
       
       - Baş redaktoru olduğunuz "Azərbaycan" qəzetində ölkədəki problemlərdən çox az yazılır...
       
       - Sizdə qəzetimizin bugünkü (23 iyul - red.) nömrəsi varmı? Xahiş edirəm onu gətirsinlər. Elə həmin nömrədə iki səhifə tənqid vermişik axı... "Azərbaycan" qəzeti mənim gözümdə dünyanın ən gözəl, ən göyçək, ən yaxşı qəzetidir. Onu sevirəm, ömrümü ona həsr etmişəm. Bütün biliyimi, bacarığımı, qüvvəmi qoyuram. O qəzetdə tək mənim deyil, bütün kollektivin əməyi var. Yəni tənbəllik edim, yalandan görkəm verim, can yandırım, filan edim, belə söhbət yoxdur. Belə məsələlər mənim xarakterimə yaddır. "Azərbaycan" qəzetinin tənqidinə gəldikdə, bizdə kifayət qədər müxalifət qəzetləri var. Bu müxalifət qəzetləri hər gün birinci səhifədən başlayıb sonuncu səhifəyə qədər tənqid verir. Bunu qəbul edə bilmirəm. Bizdə "Gündəlik Azərbaycan", "Realnı Azerbaydyan" adlı qəzetlər çıxırdı. Həmin qəzetlərin nömrələrində bir dəfə də olsun müsbət yazı yox idi, əvvəldən axıra qədər tənqidiydi, təhqir idi! Bu, qəzetdir? Qəzetçilikdir? Ölkədə quruculuq gedir axı, bunu kim göstərməlidir? Yaxşı nümunə var, onu kim təbliğ etməlidir? İnsanları qarşıdakı vəzifənin həllinə kim səfərbər etməlidir? Biz rəsmi dövlət qəzetiyik. Prezidentimiz bu boyda işlər görür, addımlar atır, əməkhaqqı yüksəlir, iqtisadi yüksəliş var, xalqın sosial müdafiəsi yaxşılaşır.
    Bu yazı 1421 dəfə oxunmuşdur.
    BQXK-nin əməkdaşları azərbaycanlı əsirlərlə görüşüblər
    Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndələri əsirlikdə olan Rafiq Həsənov və Anar Hacıyevə baş çəkiblər. Bu barədə "Həftə içi"nə BQXK-nin Azərbaycan nümayəndəliyindən bildiriblər. Məlumata görə, iyulun 23-də həyata keçirilən başçəkmə zamanı BQXK əməkdaşları əsirlərin saxlanma şəraitinin monitorinqini aparıb, onlarla təktəbət görüşlər keçiriblər. BQXK-nin əməkdaşları R.Həsənovdan ailəsinə çatdırmaq üçün məktub alıblar. A.Hacıyev isə ailəsinə məktub göndərməyib. Dünən BQXK-nin Bakı ofisinin əməkdaşları R.Həsənovun ailəsi ilə görüşərək onun məktubunu ailəsinə çatdırıblar və ailəsindən ona məktub alıblar. Qeyd edək ki, R.Həsənov 2008-ci il oktyabrın 8-də, A.Hacıyev isə mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
       
       
    Elnur
    Bu yazı 149 dəfə oxunmuşdur.
    Bir qrup nurçu polisə gətirilib
    GƏnCƏdƏ nurçuluq ideologiyasını təbliğ etmək istəyən bir qrup rayon polis şöbəsinə gətirilib. Bu barədə "Həftə içi"nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, Gəncə şəhər Kəpəz rayon polis şöbəsi əməkdaşları tərəfindən 3-cü mikrorayon, ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində nurçuluq dini təriqətini təbliğ etdikləri üçün şəhər sakinləri Rüfət Verdiyev, onun qardaşı Rəşad, Murad Ağayev, Elnur Əliyev, Azər Hüseynov, Elaj Mürsəlov, Rövşən İsgəndərov, onun qardaşı Etibar, İsmayıl Əsgərov, Alim Allahverdiyev və Bakı şəhər sakini Elçin Hacıyev polis şöbəsinə gətiriliblər. E.İsgəndərov, İ.Əsgərov barələrində İnzibati Xətalar Məcəlləsinin 310-cu, E.Mehdiyev barəsində isə 299-cu maddəsi ilə protokol tərtib olunub, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.
       
       
    Elnur
    Bu yazı 155 dəfə oxunmuşdur.
    "Belə forumların keçirilməsinə lüzum görürəm"
    "Çalışmalıyıq ki, xalq Qarabağ məsələsində vahid mövqedən çıxış edə bilsin"
    Bir müddət öncə Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə keçirilən Qarabağ forumu arxada qalsa da, nədənsə, bu gün orada iştirak etməyənlər barəsində daha çox yazılır.
       
       
       
       ı Foruma qatılmış Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak etməyənlərlə bağlı məsələlərin bu gün bu şəkildə şişirdilməsinin hardan qaynaqlandığını bilmədiyini desə də, müəyyən məsələlərə aydınlıq gətirdi. Onun sözlərinə görə, Azərbaycanın ən həssas məsələsi olan Qarabağ münaqişəsi ətrafında baş verənləri foruma qatılan partiyalar saf-çürük etməyə çalışıblar: "Münaqişənin aradan qaldırılması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş məqamların rəsmi Bakıya sırınması Madrid prinsipləri ilə ortaya çıxdı. Bunun aşkarlanmasında ABŞ Dövlət Departamentinin rolu da az olmadı. Bildiyiniz kimi, rəsmi Vaşinqton bu məsələni o zaman ortaya çıxardı ki, Azərbaycan öz qazını Rusiyaya satmaqla bağlı razılığa gəldi. Azərbaycan ictimaiyyəti bu prosesə göz yuma bilməzdi və biz bu forumu keçirməklə ictimaiyyətin məlumatlandırılmasına, eyni zamanda, onun sərt reaksiyasının formalaşmasına nail ola bildik". Ə.Oruca görə, forumda bəzi partiyaların iştirak etməməsinin müəyyən səbəbləri var. Bəzi partiyalar hakimiyyətdən maddi dəstək aldıqları, digərləri də ABŞ və Avropanın müəyyən dairələri hesabına gün-güzəranlarını düzəltdikləri, həmin ölkələrin təsiri altında olduqları üçün forumda iştirak etməyiblər.
       
       ı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Mikayıl Rəhimlinin sözlərinə görə, onlar həmin tədbirdə baş katib səviyyəsində təmsil olunublar: "Biz heç vaxt Qarabağla bağlı tədbirlərə dəvət olunduqda ondan imtina etmirik. Azərbaycan dövləti və xalqı üçün ən ümdə məsələ kimi bu gün qarşımızda olan Qarabağ münaqişəsinin həlli istiqamətində ölkənin siyasi institutları bir araya gəlirsə, orada iştirak vacibdir. Bizim üçün əsas odur ki ölkənin aparıcı siyasi institutları bir araya gəlib münaqişənin həlli yollarını arayırlar. Əgər bu istiqamətdə aparılan danışıqların mahiyyəti barədə Azərbaycan ictimaiyyətini düzgün məlumatlandıra bildiksə, bu, müsbət qarşılanmalıdır".
       
       ı Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə tədbirdə iştirak etməməsini texniki səbəblərlə əlaqələndirmədi. Əksinə, səbəbin başqa olduğunu dedi: "Mən hər hansı texniki səbəblərdən deyil, sadəcə, bu cür forumları ciddi saymadığım üçün getmirəm. İkincisi, kimlərinsə belə ciddi məsələyə qeyri-ciddi yanaşaraq tədbirə qatılmasının özü də Qarabağ münaqişəsinə münasibətdə dəqiq olmadığını göstərir". Həmin tədbirə qatılanların fikrinə münasibət bildirən ADP sədri vurğuladı ki, hər bir qüvvənin öz baxışlarını cəmiyyətə yayması üçün müxtəlif formalar tapılmalıdır: "Əgər Azərbaycanda müxtəlif partiyalar varsa, onların Dağlıq Qarabağla bağlı fərqli fikirləri də olmalıdır. Bu fikirlər zaman-zaman qəzet vasitəsilə, müsahibələrdə, xaricilərlə görüşlərdə ictimaiyyətin diqqətinə çatdırılır. Velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur. Çünki Dağlıq Qarabağla bağlı konkret müəyyən fikirlər var. Problemin mahiyyətini də bilirik, onun həlli yollarını da. Ona görə də biz bundan sonra, sadəcə, milli mövqeyin müəyyənləşməsi istiqamətində cəhdlər eləməliyik. Çalışmalıyıq ki, Azərbaycan xalqı Qarabağ məsələsində vahid mövqedən çıxış edə bilsin. Ona görə də mən belə forumların keçirilməsinə lüzum görürəm".
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 142 dəfə oxunmuşdur.
    "Tolişi sədo"nun baş redaktoru ağır vəziyyətdədir
    DÖvlƏtƏ xəyanətdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilən Talış Mədəniyyət Mərkəzinin sədr müavini, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun səhhətinin pisləşdiyi bildirilir. Bu barədə "Tolişpress" agentliyi məlumat yayıb. N.Məmmədovun hüquqlarını müdafiə edən komitənin sədri Hilal Məmmədovun məlumatına görə, məhbusun sağ əli işləmir, əvvəlki xəstəlikləri isə kəskinləşir. O, məhbusla görüşən vəkil Ramiz Məmmədovun, həyat yoldaşı Məryəm Məmmədovanın və oğlu Emil Məmmədovun sözlərinə əsaslandığını bildirib. H.Məmmədov katarakta, qalxanvarı və prostat vəzilərinin əməliyyatına ehtiyac duyan, qan təzyiqindən əziyyət çəkən 68 yaşlı N.Məmmədovun daha bir xəstəliyinin - osteoxondroz, güclü ağrı və hərəkət məhdudluğu ilə ifadə edilmiş sağ mil siniri nevritinin aşkarlandığını söyləyir. Komitə sədri onu da bildirir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1 ay əvvəl 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində N.Məmmədovla görüşüb və məhkumun koloniyanın tibb məntəqəsində yerləşdiriləcəyini vəd edib. H.Məmmədov vədin indiyədək yerinə yetirilmədiyini deyib. Ermənilərə məxsus "Voskanapat" portalı isə ("voskanapat.info") N.Məmmədovun azadlığa çıxmasında rəsmi Bakıya təsir etmək üçün hüquq-müdafiə təşkilatlarına müraciət ünvanlayıb.
       
       
    Elnur
    Bu yazı 156 dəfə oxunmuşdur.
    İctimai Komitə üzvləri yığıncaq keçirəcək
    ƏDLİYYƏ Nazirliyi yanında Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsi 2, 12, 13, 17 saylı cəzaçəkmə müəssisələri və Qobustan qapalı həbsxanasına baxış keçirib. Bu barədə "Həftə içi"nə məlumat verən İctimai Komitənin koordinatoru Sahib Məmmədov bildirdi ki, məsələylə bağlı Ədliyyə Nazirliyinə hesabatlar təqdim olunub. Onun sözlərinə görə, imkan verilsə, yay aylarında yığıncaq keçirəcəyik. "Toplantıda hesabatda qoyduğumuz məsələlərlə bağlı hansı tədbirlərin həyata keçirildiyini müzakirə edəcəyik. Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 96-cı sessiyasına qatılmışdım. Orada Azərbaycan hökumətinə ən çox ünvanlanan suallar Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin fəaliyyəti ilə bağlı idi. Bu forma onlar üçün çox maraqlı idi. Yaxşı model olduğu üçün beynəlxalq aləmdə müsbət imic də qazanıb".
       
       
    Bu yazı 149 dəfə oxunmuşdur.
    İsveçrədəki soydaşlarımız toplanıblar
    İSVEÇRƏDƏKİ Azərbaycanlıların Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlı ailələr üçün yay düşərgəsi təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Həftə içi"nə verilən məlumata görə, Gvatt-Zentrum adlı istirahət kompleksində təşkil olunan yay düşərgəsində 30 soydaşımız öz imkanları hesabına toplaşıb. Soydaşlarımız yay düşərgəsinin təşkil olunduğu kompleksin toplantı salonunda "Azərbaycanı tanıyın" adlı gecə də keçiriblər. Gecədə ölkəmiz haqqında geniş və hərtərəfli bilgi verilib. Tədbirə qatılan "Thuner Tagblatt" qəzetinin müxbiri ertəsi gün bu mərasim və Azərbaycan haqqında ətraflı yazı dərc edib. Yazıda Dağlıq Qarabağ münaqişəsi barədə bilgilər də xüsusi yer alıb.
       
       
       
       
       
       
    Əli
    Bu yazı 141 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3573)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3464)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17