Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 046(1947)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Layihənin adı
    "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrasında Kütləvi İnformasiya Vasitələrinin rolunun artırılması
    Problemin qoyuluşu və təsviri
       
       Azərbaycan dövlətinin iqtisadi gücünün artması demokratik dəyərlərin güclənməsi, beynəlxalq aləmə uğurlu inteqrasiyası ölkəmizdə insan hüquqlarının müdafiəsi, hər kəsin layiq oluğu ləyaqətlə yaşaması üçün siyasi iradəni, təşkilati və hüquqi mexanizmlərin yaradılmasını zəruri edir.
       
       Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təsdiq edilməsi haqqında" Sərəncamı dövlət quruculuğu və ictimai inkişaf baxımından çox vacib siyasi sənəddir. Sərəncamda göstərildiyi kimi, ölkədə hüquq-mühafizə fəaliyyəti təkmilləşmiş, QHT-lərin, KİV-lərin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektli müdafiə mexanizmləri formalaşdırılmışdır.
       
       Bununla belə, "dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından daha da təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi" sahəsində ciddi vəzifələr qarşıda durmaqdadır.
       
       AR-də insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının 47-ci maddəsinə görə, mütəmadi olaraq "KİV-də insan hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, bu məqsədlə radio və televiziya saatlarının təşkili, qəzetlərdə hüquq guşəsinin yaradılması, KİV nümayəndələri üçün insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi" müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Mətbuat Şurasına, Milli Televiziya və Radio Şurasına, eləcə də, KİV-lərə və QHT-lərə həvalə edilmişdir.
       
       Milli Fəaliyyət Planının qəbul edilməsindən iki il yarım keçsə də bu sahədə həyata keçirilən tədbirlərin araşdırılması göstərir ki, Planda KİV-lərin fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş vəzifələr heç də tam şəkildə icra olunmur. (müdafiə mexanizmlərinin inkişaf dinamikasının KİV-lərdə əks olunması, nöqsanların aradan qaldırılmasında KİV-lərin rolunun artırılması, ictimaiyyətlə dövlət orqanları arasında KİV-lərin körpü rolu oynaması, rubrikaların açılması, insan hüquqları sahəsində yazan yurnalistlərin ixtisaslaşdırılması və s.)
       
       KİV-lərin analizi, AR İnsan Hüquqları Müvəkkili (Ombudsman) yanında Ekspertlər Şurasının üzvləri, hüquq müdafiəçiləri, dövlət orqanlarının əməkdaşları və yurnalistlərlə aparılan söhbətlər, araşdırmalar göstərir ki, Plan üzrə görülən işlər KİV vasitəsilə əhalinin geniş təbəqələrinə, beynəlxalq təşkilatlara, ictimai birliklərə, dövlət məmularına və s. çatdırılmır. İnsan hüquqlarının mahiyyətini və müdafiə mexanizmlərini dərindən bilən yurnalistlər azdır. Bu sahədə analitik yazılar az yazılır, hüquq müdafiəçilərinin işi təşviq olunmur, beynəlxalq qurumların işi haqda məlumatlar mətbuatda ardıcıl verilmir.
       
       Hüquq müdafiəçiləri ilə yurnalistlərin daimi işgüzar əməkdaşlığı yox dərəcəsindədir, KİV-lərin işinə insan hüquqları üzrə ekspertlər cəlb edilmir, müəllif yazıları, daimi fəaliyyət göstərən rubrikalar çox azdır.
       
       İnsan hüquqları sahəsində maarifləndirici materiallar, KİV-lərə "əlavə" olaraq metodik vəsaitlər, insanların fərdi məlumatlana biləcəyi səhifələr, konkret hüquq pozuntuları və bu hüququn bərpası mexanizmi ilə bağlı prosesləri əks etdirən reportaylar demək olar ki, yoxdur.
       
       Bütün bu problemləri və onların həlli yollarını, eləcə də, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi prosesini ardıcıl, sistemli və obyektiv olaraq əhaliyə çatdırmaq üçün bu layihəni təqdim edirik.
       
       
       
       
       
       Layihənin məqsədi
       
       Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının və MFP-nin həyata keçirilməsində KİV-lərin rolunun artırmaq, AR-də insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) icrasının gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etmək, mətbuatda insan hüquqları sahəsində maarifləndirmə və müdafiə tədbirlərini həyata keçirməkdir.
       
       
       
       
       
       Layihənin vəzifələri
       
       1. İnsan hüquqları üzrə MFP-nin KİV-də təbliği, Azərbaycan dövlətinin bu yöndə gördüyü tədbirlərin əhaliyə çatdırılması.
       
       2. İnsan hüquqları haqda yazan yurnalistlərin peşəkarlığının artırılması, onların insan hüquqları haqda dərindən məlumatlandırılması.
       
       3. Ölkədə insan hüquqlarının müdafiəsinin real vəziyyətinin öyrənilməsi, bu istiqamətdə KİV-lərin rolunun müəyyənləşdirilməsi, problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması.
       
       4. Əhalinin ayrı-ayrı təbəqələrinin və şəxslərin hüquqlarının müdafiəsinə yardım edilməsi.
       
       5. KİV rəhbərləri, hüquq müdafiəçiləri və dövlət qurumlarının nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi.
       
       6. İctimaiyyətin və yurnalistlərin diqqətinin insan hüquqlarının müdafiəsinə yönəldilməsi.
       
       7. İnsan hüquqları sahəsində maarifçiliyin KİV vasitəsilə genişləndirilməsi.
       
       
       
       
       
       Görüləcək işlər
       
       Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:
       
       1. AR Ombudsmanının, hüquq müdafiəçilərinin, Milli Məclisin deputatlarının, MFP-nın icrasına məsul olan dövlət orqanlarının, QHT-lərin və KİV-lərin nümayəndələrinin iştirakı ilə Bakıda "İnsan hüquqlarının müdafiəsində KİV-lərin iştirakı mexanizmləri" mövzusunda dəyirmi masanın təşkil edilməsi.
       
       Dəyirmi masada 10 KİV nümayəndəsi, 2 Ombudsman əməkdaşı, 3 hüquq müdafiəçisi, 2 millət vəkili, 4 dövlət orqanı əməkdaşı və 4 QHT nümayəndəsi iştriak edəcəkdir. Üç saat davam edəcək dəyirmi masaların yekunları ümumiləşdiriləcək, bu sahədə mövcud vəziyyət öyrəniləcək, təkliflər paketi müvafiq orqanlara təqdim olunacaq, ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
       
       2. KİV əməkdaşları üçün insan hüquqları üzrə MFP-nın icrasında KİV-lərin vəzifələri ilə bağlı təlimin təşkil edilməsi.
       
       Təlimdə 20 yurnalist insan hüquqlarının mahiyyəti, insan hüquqları üzrə beynəlxalq standartlar, Azərbaycanın qoşulduğu əsas konvensiyalar, insan hüquqlarının ayrı-ayrı sahələri üzrə müdafiə mexanizmləri, insan hüquqları üzrə milli müdafiə təsisatları, insan hüquqlarının pozulması ilə bağlı araşdırmaların aparılmasının hüquqi mexanizmləri, ifadə azadlığı ilə şəxsi hüquqların uzlaşdırılması qaydaları və s. haqda məlumat alacaqlar.
       
       3. Qəzetdə iki həftədə bir dəfə olmaqla "Hüquqlarımızı bilək!" başlıqlı səhifə-rubrikanın təşkil edilməsi.
       
       Bu rubrika çərçivəsində dövlət məmularının, siyasətçilərin, milllət vəkillərinin, Ombudsman əməkdaşlarının, hüquq müdafiəçilərinin, yaradıcı ziyalıların, hüquqşünasların, filosofların və başqalarının insan hüquqları sahəsində fikirləri, insan hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi ilə bağlı mülahizələri, insan və dövlət münasibətlərinin düzgün qurulması haqda təklifləri ictimaiyyətə çatdırlıacaq, mövzu üzrə ictimai diskussiyalar aparılacaqdır.
       
       Rubrikanın materialları seçmə şəklində 500 nüsxə ilə ayrıca kitab kimi çap ediləcəkdir. Kitab KİV əməkdaşlarına, hüquq müdafiəçilərinə, dövlət qulluçularına, millət vəkillərinə, hüquqşünaslara, müəllimlərə, tələbə-gənclərə və respublikanın əsas kitabxanalarına paylanacaqdır.
       
       4. Müxtəlif regionlarda yaşayan əhalinin aztəminatlı və həssas qruplarının, eləcə də, ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı araşdırma xarakterli materialların hazırlanması.
       
        Bu məqsədlə təqribən 5 dəfə 2 yurnalist regionlara konkret məqsədli ezamiyyəyə göndəriləcək, onlar regioan üçün ənənəvi olan, tez-tez təkrarlanan, həllində özünənməxsus çətinliklərlə üzləşilən və süründürməçiliyə yol verilən şikayətləri araşdıracaq, reportaylar hazırlayacaq, ictimaiyyət üçün maraqlı məqamları qəzetdə dərc etdirəcəklər. Bu işlər çərçivəsində "qəbul otağı" rubrukası yaradılacaq. Əməkdaşlarımız müxtəlif dövlət orqanlarının qəbul günlərində iştirak edib vətəndaşların hüquqlarının qorunması ilə bağlı görülən işlərin monitorinqi aparacaq. Belə araşdırma xarakterli yazılar vətəndaşların müraciətlərinə baxılması işini təknilləşdirilməsinə, müsbət təcrübənin yayılmasına, insan hüquqlarının müdafiəsi sahəsində yerlərdə yol verilən nöqsanların aradan qaldırlmasına, ilk baxışda nəzərə çarpmayan problemlərin həllinə kömək edəcəkdir. Bütün bu araşdırmalar, reportaylar MFP-nin icrası fonunda ifadə ediləcəkdr.
       
       5. MFP-yə uyğun olaraq, qəzetdə bu sahədə 2009-cu ildə görülmüş işlərə həsr olunmuş 4 əlavənin hazırlanıb çap edilməsi.
       
       Belə əlavələr üçün materiallar müvafiq icra hakimiyyəti orqanlarından, beynəlxalq təşkilatlardan, müxtəlif hesabatlardan toplanacaq, ümumiləşdirilərək dərc ediləcəkdir. Layihənin icrası müddətində 4 əlavə, hər biri 8 səhifə olmaqla hazırlanıb pulsuz yayılacaqdır. Bu materiallar hüquq müdafiəçilərinə, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlara və mütəxəssislərə öz fəaliyyətlərini düzgün qurmaq, görülən işlər haqqında sistemli məlumat əldə etmək imkanı verəcəkdir. Çap materiallarından müxtəlif beynəlxalq hesabatların hazırlanmasında istifadə ediləcək, insan hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər haqda beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti məlumat əldə edə biləcəklər. Bu isə, dövlətimizin siyasətinin mahiyyəti haqda dolğun məlumatların yayılmasına, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə səbəb olacaqdır.
       
       6. Gündəlik dərc olunan qəzetimizdə hüquqşünasların cəlb edilməsi ilə hər sayda "Hüquq məsləhətxanası" rubrikasının təşkil edilməsi.
       
       Bu rubrikaya hər kəs yazılı və ya şifahi, telefonla, poçtla və internetlə müraciət edə biləcək, hər bir məsələ ilə bağlı hüquqşünas məsləhəti alacaqdır. Buraya həmçinin bölgələrə səfərlər zamanı yurnalist araşdırmaları nəticəsində üzə çıxan hüquqi problemlər də daxildir. Bu sualların cavablandırılması həm konkret problemin həllinə kömək edəcək, həm də əhalinin hüquqi maariflənməsinə xidmət göstərəcəkdir.
       
        8. Layihə çərçivəsində goruləcək bütün işlər barədə materiallar, dərc olunmuş məqalələr qəzetin internet səhifəsində yaradilacaq xüsusi rubrikada da mütəmadi olaraq yerləşdirilicək.
       
       
       
       
       
       Fəaliyyət planı
       
       Layihənin icra planı cədvəl şəklində layihəyə əlavə edilmişdir. (Əlavə 1)
       
       
       
       
       
       Layihədən faydalananlar
       
       Layihənin icrası nəticəsində birbaşa olaraq KİV əməkdaşları, dövlət qurumlarının nümayəndələri, hüquq müdafiəçiləri, QHT-lər, hüquqları pozulmuş şəxslər faydalana biləcəklər. Dolayısı ilə, qəzetin geniş oxucu kütləsi, qəzetə əlavələrdən istifadə edənlər, kitabın oxucuları və s. faydalanacaqlar. Layihənin icrasına könüllüllər, gənc yurnalistlər, tələbələr, regionlarda çalışan yurnalistlər cəlb ediləcəkdir. Onlar bu prosesdə həm insan hüquqlarını öyrənəcək, həm də layihədə iştirak etmək vərdişlərinə yiyələnəcəklər.
       
       
       
       
       
       
       
       Gözlənilən nəticələr
       
       1. AR Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "AR-də insan hüquqları üzrə Milli Fəaliyyət Planı"nın icrası vəziyyəti haqda əhali məlumatlandırılacaq, Planın ayrı-ayrı müddəaları və bütövlükdə əhəmiyyəti təbliğ olunacaqdır.
       
       2. İnsan hüquqları sahəsində çalışan yurnalistlərin peşəkarlığı artacaq, onlar insan haqları haqda məlumatlandırılacaqlar.
       
       3. KİV nümayəndələri, hüquq müdafiəçiləri, dövlət qurumlarının əməkdaşları arasında daimi əməkdaşlıq mexanizmi formalaşacaq, əlaqələr güclənəcək.
       
       4. Əhali insan hüquqları ilə bağlı geniş şəkildə maariflənəcək, problemlərinin həlli mexanizminə yiyələnəcəklər.
       
       5. Ayrı-ayrı vətəndaşların hüquqları müdafiə ediləcək, insan hüquqlarının müdafiəsi mexanizmi təkmilləşəcəkdir.
       
       6. Layihənin uğurlu icrası nəticəsində qəzetin abunəçiləri artacaq, redaksiyanın maddi durumu yaxşılaşacaqdır.
       
       
       
       
       
       
       
       Layihənin monitorinqi
       
       Layihənin icrasının gedişi və gözlənilən nəticələrin effektliyi əsaəsən redaksiyadaxili monitorinq vasitəsilə təmin ediləcək, KİV-də ictimaiyyətin məlumatlandırılması üçün materiallar dərc ediləcəkdir. Donor və ya onun həvalə etdiyi monitorinq qrupu istənilən vaxt layihənin gedişi ilə bağlı yoxlama apara bilər. Layihə ictimaiyyət üçün açıqdır.
       
       
       
       
       
       Layihənin davamlılığı
       
        Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığı aşağıdakı şəkildə təmin olunacaqdır:
       
       1. Layihnin icrası nəticəsində əldə edilmiş bilik və bacarıqlar yurnalistlərin fəaliyyətinin uzun müddətli təminatı olacaqdır.
       
       2. Layihə müddətində formalaşmış əlaqə və əməkdaşlıq davam etdiriəcək, tərəflər bundan uzun illər qarşılıqlı şəkildə faydalana biləcəklər.
       
       3. Layihə çərçivəsində dərc olunmuş materiallar gələcək fəaliyyət üçün metodiki vəsait rolunu oynayacaqdır.
       
       4. Layihə başa çatdıqdan sonra redaksiya öz vəsaiti hesabına və layihənin icrası nəticəsində cəlb olunmuş abunəçilər hesabına bu fəaliyyətləri qurulmuş mexanizm üzrə qismən davam etdirəcəkdir.
       
       5. Redaksiya davamlı və genişləndirilmiş layihə hazırlayıb donorlara təqdim edəcəkdir.
       
       
       
       
       
       Layihənin qiymətləndirilməsi və hesabatlığı
       
       Layihənin gedişi və əldə olunan nəticələr faydalananların sayı və rəyi, aparılan ictimai monitorinqlərin nəticələri, redaksiyaya müraciət edənlərin sayı, KİV ictimaiyyətinin verdiyi dəyərlə qiymətləndiriləcəkdir. Hər bir fikir və rəyin, müraciətin və şikayətin xüsusi qeydiyyatı aparılacaqdır. Eləcə də, insan hüquqlarının müdafiəsi ilə bağlı verilmiş təkliflərin dövlət orqanları tərəfindən həyata keçirilməsi layihənin qiymətləndirilməsi üçün əsas götürüləcəkdir.
       
       Layihə müddətində bir aralıq və bir yekun hesabat hazırlanıb donora təqdim ediləcəkdir.
       
       
       
       
    Bu yazı 4850 dəfə oxunmuşdur.
    Arxiv
    Layihənin adı
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3575)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3465)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3411)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3405)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3266)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17