Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
03 Iyul 2009-cu il Müxalifət liderləri ölümlə hədələndi            Sərəncamlar            Qəbullar            Atəşkəs reyimi pozulub             Metronun Əhmədli stansiyasında bomba həyəcanı            Prezidentlər Moskvada iyulun ortalarında görüşəcəklər            Kaçinski Bakıdadır            ATƏT məcburi köçkünlərə kömək edəcək            Səfir ermənilərlə təmasın tərəfdarıdır             Türkiyə və Rusiya münaqişələrin həllində fəal rol oynayırlar     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Təhlükəsiz Avropa hamımıza lazımdır"
    Dora Bakoyanni: "Məhz Azərbaycan bu prosesdə aparıcı ölkələrdəndir"

    Dünən Azərbaycana 2 günlük rəsmi səfərə gəlmiş Yunanıstanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyanni azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdü. Görüşdən sonra hər iki nazir birgə mətbuat konfransı keçirdi.
       
       Bu barədə məlumat verən Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov bildirdi ki, görüş həm təkbətək, həm də geniş tərkibdə aparılıb. Görüşdə ATƏT-in hazırkı fəaliyyət prinsipləri, enerji məsələləri və Azərbaycanla Yunanıstan arasında əlaqələrin inkişaf perspektivi ətrafında müzakirələr keçirilib: "ATƏT sədrinə Dağlıq Qarabağ probleminə dair aparılan müzakirələr və şəxsən öz mövqeyimi çatdırdım. Yunanıstan - Azərbaycan ikitərəfli əlaqələrinə toxunularaq qeyd edildi ki, iki ölkə arasında münasibətlər yüksək səviyyəyə çatıb. Enerji məsələsində bildirildi ki, Azərbaycan qazı bu ölkənin bazarına çatdırılır. İndi necə etmək olar ki, həmin qazın həcmi bir qədər də artırılsın".
       D.Bakoyanni isə vurğuladı ki, prezident İlham Əliyevin Yunanıstana səfərindən sonra bu ölkələr arasında əlaqələr daha da genişlənib. Keçən həftə Afinada keçirilən xarici işlər nazirlərinin görüşündə E.Məmmədyarovun iştirak edə bilmədiyini vurğulayan ATƏT sədri həmin toplantı və onun nəticələri barədə azərbaycanlı həmkarına məlumat verdiyini dedi:
       
       "Nazir Dağlıq Qarabağ problemində baş verən irəliləyişlər barədə mənə danışdı. Mən bu irəliləyişlərdən məmnunam. Təhlükəsiz və dayanıqlı Avropa hamımıza lazımdır. Məhz Azərbaycan bu prosesdə aparıcı ölkələrdəndir". Xanım diplomat onu da vurğuladı ki, Azərbaycan - Yunanıstan əlaqələrinin inkişafı üçün imkanlar mövcuddur. Bu imkanlardan istifadə edərək bütün sahələrdə əməkdaşlığı gücləndirmək vacibdir. D.Bakoyanni iki ölkə arasında qaz əməkdaşlığı və yeni layihələr barədə də danışdı. Vurğuladı ki, Türkiyə - Yunanıstan - İtaliya kəməri Afina üçün çox əhəmiyyətlidir: "Müsbət haldır ki, artıq bu istiqamətdə xeyli iş görülüb". "Azərbaycanın Yunanıstana verdiyi təbii qazın həcmi artıralacaq" - bu fikirləri isə xarici işlər naziri Elmar Məmmədyarov səsləndirdi. Nazir bildirdi ki, bununla əlaqədar razılıq əldə edilib: "Artıq Azərbaycan qazının bir hissəsi Yunanıstan bazarına çatdırılıb. Hesab edirəm Türkiyə - Yunanıstan - İtaliya kəməri müxtəliflik üçün əsas imkanlardan biridir. Bu istiqamətdə də danışıqlar davam edir. Düşünürəm bu layihə üzrə aparılan danışıqlar daha irəlidir".
       Jurnalistlərin Azərbaycanda demokratik vəziyyətlə bağlı sualını isə D.Bakoyanni cavablandırdı. Onun sözlərinə görə, ATƏT Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərində bu ölkə ilə yaxından əməkdaşlıq edəcək. Sözügedən qurum bununla bağlı artıq hazırlıq işlərinə başlayıb: "ATƏT-in Bakı ofisi seçki məsələləri ilə bağlı həm hökumət, həm də siyasi partiyalarla əməkdaşlıq edir. Azərbaycan da öz növbəsində bu məsələlərdə ATƏT-lə yanaşı, Avropa Şurası ilə də əməkdaşlıq aparır. Bu əməkdaşlıq çərçivəsində biz bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq".
       
    Azad Əliyev
    Bu yazı 90 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Türkiyə və Rusiya münaqişələrin həllində fəal rol oynayırlar (317)
    Səfir ermənilərlə təmasın tərəfdarıdır (102)
    ATƏT məcburi köçkünlərə kömək edəcək (120)
    Kaçinski Bakıdadır (113)
    Prezidentlər Moskvada iyulun ortalarında görüşəcəklər (110)
    Vladimir Doroxin: "Bu, qeyri-formal mahiyyət daşıyacaq"
    Metronun Əhmədli stansiyasında bomba həyəcanı (120)
    Atəşkəs reyimi pozulub (137)
    "Polis həmişə xalqa sədaqətli olmağa çalışıb" (108)
    Dünən Azərbaycan polisinin bayramı idi
    Qəbullar (102)
    Sərəncamlar (107)
    Əfqanıstanda analoqu olmayan əməliyyata başlanıb (119)
    "Təhlükəsiz Avropa hamımıza lazımdır" (90)
    Dora Bakoyanni: "Məhz Azərbaycan bu prosesdə aparıcı ölkələrdəndir"
    Cəlilabad kəndləri alov içində (149)
    Hətta yanğın sakinlərin evlərinə də keçib


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    Pənah Hüseyndən yeni təklif

    Müxalifət düşərgəsində vəziyyət o qədər ağırlaşıb ki, bəzən bunu siyasi böhran kimi dəyərləndirirlər və


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17