Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
02 Iyul 2009-cu il Zaqatala avarlarından Dağıstan prezidentinə müraciət            Qəbul             Sərəncamlar             Komitəyə heç bir dini icma müraciət etməyib            "İrəvan uzun müddət işğalçı siyasət apara bilməz"            Novella Cəfəroğolu kampaniya keçirəcək            Mahal İsmayıloğlu 2 il aldı             Lyudmila Zıkina vəfat etdi            Diffamasiya problemləri araşdırılacaq            Beynəlxalq axtarışda olan soydaşımız tutuldu     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Əks-səda" qadın problemlərini araşdırır
    Fəal xanımlar bir sıra təklif irəli sürüblər

    "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi iyunun 29-da Lənkəran şəhərində "Qadın problemləri və cəmiyyət" mövzusunda "dəyirmi masa" keçirib. BJTMİB-dən "Həftə içi"nə verilən məlumata görə, tədbirdə Lənkəranda fəaliyyət göstərən dövlət idarə və müəssisələrindən, eləcə də ictimai təşkilatlardan olan 25-dək qadın iştirak edib.
       
       Mərkəzin sədri Sevinc Kərimova söhbət zamanı görüş barədə ətraflı məlumat verib. Bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Qadın problemlərinin həlli, mövcud vəziyyət və çıxış yolları " layihəsi çərcivəsində baş tutub. Layihənin eksperti Sədaqət Kamal "Gender (qadın-kişi bərabərliyinin təminatı) haqqında qanunun reallaşmasına doğru" mövzusunda mühazirə oxuyub. Tədbirdə iştirak edən fəal xanımlar cənub bölgəsində qadınların ictimai fəallığı üçün heç bir məhdudiyyət olmadığını qeyd edərək onları narahat edən problemlərlə bağlı bir sıra təkliflər irəli sürüblər.
       "Doğrusu, onlarla ünsiyyət zamanı özüm üçün bəzi məlumatları təzələdim. Cənub zonasında qadınların müti və daim ailədə hüquqlarının məhdudlaşdırıldığı haqqında yanlış məlumatlar əsasında beynimdə yaranmış təsəvvürümün gerçəyi əks etdirmədiyini gördüm", - deyə S.Kərimova bildirib. Sonra deyib ki, qadınların "dəyimi masa"da fəal iştirak edərək təkliflərlə çıxışı və təşəbbüskarlıq göstərmələri mənim diqqətimi çəkdi: "Məsələn, Xanbulaq kənd məktəbinin direktoru Mərziyə Əliyeva gənc qızlara erkən yaşlarından ginekoloji bilgilərin verilməsinin çox faydalı ola biləcəyini söylədi.10 saylı Lənkəran şəhər məktəbinin direktor müavini icra nümayəndəliklərində qadınların sayının artırılması təklifi ilə çıxış etdi. Şəhər Təhsil Şöbəsinin metodisti Cəmalə Sadıqova orta məktəblərdə istifadə olunan dərsliklərdə gender bərabərliyinin prinsiplərinin geniş təbliğ olunmasının vacibliyini vurğulayıb. Velədi kənd məktəbinin direktoru Mahizə Məcidova hazırda cəzaçəkmə müəssisəsində olan qadınların problemlərini - ana və qadın olduqlarına görə - daima diqqətdə saxlamağı, onlara kömək göstərəcəyini qeyd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin hüquqşünası Rəmziyyə Şiriyeva qadınlar arasında işsizliyi aradan qaldırmaq üçün yeni iş yerlərinin açılmasına ciddi ehtiyac olduğunu vurğulayıb.
       S.Kərimova bundan əvvəl bir "dəyirmi masa"nın da QHT və KİV nümayəndələrinin iştirakı ilə Bakı şəhərində keçirildiyini bildirib: "Bu görüşdə biz qadınların iş yerlərində cinsi qısnamalara məruz qalmaları, əmək qanunvericiliyinin işəgötürən tərəfindən pozulması və konkret faktlar əsasında müzakirə apardıq".
       Mərkəz sədrinin sözlərinə görə, may ayının 1-dən başlayan layihə çərçivəsində indiyədək bir sıra işlər görülüb. Bakı və Lənkəran şəhərində 200 qadın respondent arasında sorğu keçirilib. Bakı şəhərində keçirilən sorğu zamanı qadınların məşğulluq problemi araşdırılıb. Lənkəranda aparılan sorğuda daha çox qadın hüquqlarına dair suallar verilib, ailədaxili zorakılıq hallarının vəziyyəti araşdırılıb. Hazırda 15-dək KİV-də gedən qadın problemlərinə dair yazıların monitorinqi aparılır. Layihə çərçivəsində hələ görüləcək çox işlər var. Avqust ayından etibarən mərkəzin bir telefonu "qaynar xətt" rejimində işləyəcək. "Qaynar xət"də iş yerində seksual qısnamalara məruz qalan xanımlardın anonim şəkildə məlumat toplanacaq. Gəncə və Qubada da analoji "dəyirmi masa"lar təşkil olunacaq. Sonda Bakı şəhərində KİV və QHT nümayəndələrinn iştirakı idə "Cəmiyyətdə qadın problemlərinin təzahür formaları: KİV-lərin mövcud reallıqlara baxışı" mövzusunda keçiriləcək "dəyirmi masa"da həm Bakı şəhərində, həm də regionlarda aparılan sorğuların nəticələri müzakirə olunacaq. Aidiyyəti qurumlara təkliflər hazırlanıb təqdim ediləcək. Eləcə də aparılan monitorinq haqda ictimaiyyətə məlumat veriləcək, KİV rəhbərlərinə təkliflər hazırlanacaq.
       S. Kərimova layihənin məqsədi barədə də məlumat verib: "Layihə qadın problemlərinin cəmiyyətin hər bir üzvü tərəfindən real surətdə dərkinə, bu istiqamətdəki maarifləndirmə işlərinin, eləcə də kütləvi informasiya vasitələrindəki təbliğatın daha da mütəşəkkil surətdə aparılmasına yardım etmək və gender mədəniyyətini yaymaqdır. "Əks-səda" BYTMİB ilə müvafiq qurumların bu sahəyə dair perspektiv əməkdaşlıq modelini hazırlamaq, bununla da ölkədə demokratik proseslərin vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini vermək məqsədi qarşıya qoyulub. Layihə respublika ərazisində həyata keçirilir. Maarifləndirmə işləri və tematik tədbirlərin arealı, paytaxt da daxil olmaqla, ölkənin bir neçə regionunu əhatə edir. Ölkəmizdə qadın və kişilərin hüquq və imkan azadlıqları prinsipi Azərbaycan Respublikası Konstitusiyasında ifadə olunur. Məsələ eyni zamanda bir sıra hüquqi aktlar, prezident fərman və sərəncamları, həmçinin hökumət qərarları ilə də tənzimlənməkdədir. Bu istiqamətdə ən sistemli addım kimi isə 2006-cı ildə ölkə prezidenti cənab İlham Əliyevin fərmanı ilə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası qanununun qüvvəyə minməsini göstərmək olar. Sənəddə məqsəd cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaq və bununla da gender bərabərliyini təmin etməkdir. Qanun cinsi ayrı-seçkiliyi qadağan edir. Göründüyü kimi, Azərbaycan dövləti bu sahədəki çətinliklərin aradan qalxmasında maraqlıdır və hazırkı dövrdə üzərinə düşən tədbirləri həyata keçirməkdədir. Amma problemlər hələ də qalmaqdadır. Bunun bir sıra obyektiv səbəbləri var və onlardan da konkret xoşagəlməz situasiyalar doğur ki, həmin halların subyektləri qismində ayrı-ayrı fərdlər, vətəndaşlar çıxış edirlər.
       Mövcud vəziyyətə səbəb olaraq ümumən cəmiyyətin bütün təbəqələrinin üzləşdikləri sosial çətinlikləri göstərmək mümkündür. Təkcə onu qeyd edək ki, son statistik nəticələrə görə, hazırda muzdla işləyən qadınların sayı 601.750 nəfərdir. Ölkədə 117,2 min işsiz qadın var. Aparılan araşdırmalar isə işsiz qadınların sayının daha çox olduğunu ortaya qoyur. Bununla belə, müəyyən psixoloyi amillər də istisna deyil. Ümumən isə hazırda ölkədə qadın hüquqları ilə bağlı xoşagəlməz situasiyanın təzahür formaları yalnız əmək münasibətləri ilə məhdudlaşmır və hər bir halda bununla əlaqədar cəmiyyətin qarşısında duran vəzifə müxtəlif vasitələrlə həmin vəziyyətə təsir etməkdir. Qeyd edək ki, "Əks-səda" BYTMİB 2005-ci ildə bir qrup yurnalist tərəfindən yaradılıb. Təşkilatın əsas məqsəd və məramı yurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, qadınların, yeniyetmə gənclərin cəmiyyətdə sosial və mənəvi durumlarının araşdırılması, təhlil olunması istiqamətində layihələr hazırlayıb həyata keçirməkdir. Təşkilat regionlarda fəaliyyət göstərən yurnalistlər üçün təlimlər təşkil etmiş, həmçinin yurnalistlərin informasiya mənbələrinə çıxışını asanlaşdırmaq yönündə bir sıra tədbirlər keçirib.
       
    Sevil
    Bu yazı 130 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Beyons dünya turunda (245)
    Pop-ulduz necə dəfn ediləcək? (151)
    Hadisədən hadisəli şəkillər (205)
    "Əks-səda" qadın problemlərini araşdırır (130)
    Fəal xanımlar bir sıra təklif irəli sürüblər


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Məscid tikilməsinin əleyhinə deyiləm"

    Milli Məclisin növbədənkənar sessiyasının son iclasında müzakirəyə çıxarılan bir sıra qanun layihələri cəmiyyət


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5092)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4964)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17