Mərkəzi Bankda
"qaynar xətt" açıldı
MƏrkƏzi Bankın mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumatda bildirilir ki, 2006-cı ildən etibarən bankda bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə xüsusi qrup fəaliyyət göstərir. Qrupun əsas fəaliyyət istiqamətləri istehlakçıların müraciət və təkliflərinin qeydiyyatı və araşdırılması, istehlakçıların bank xidmətləri ilə bağlı maarifləndirilməsi və hüquqlarının müdafiəsinin təmin edilməsi, həmçinin bank xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması olub. Ötən dövr ərzində qrup əhalidən çoxlu sayda müraciət və təkliflər alıb və müvafiq qaydada icrasını təmin edib. Hazırda qrupun fəaliyyəti daha da aktivləşdirilib və "qaynar xətt" istifadəyə verilib. Bank xidmətləri istehlakçıları aidiyyəti sual və təkliflərlə bağlı bankın 493-11-22 (daxili 387) telefon nömrəsinə müraciət edə bilərlər.
Naibə